Photoshop CS5-də Content-Aware funksiyası ilə obyektin şəkildən silinməsi

Rus dizayn forumlarının birində Adobe Photoshop CS5-in təqdimat yazısını oxuyurdum. Yazıdan alt hissədə də istifadəçilər yeniliklər haqqında şərh qoymuşdular. Bir dizaynerin yazısı olduqca xoşuma gəlmişdi: "bir azdan fotoşopu açıb deyəcəksən ki, mənə belə bir dizayn lazımdır, özü bütün işi görəcək..." :) . Belə bir güclü funksionalla bu gün tanış olaq.

Tutaq ki, belə bir şəkil var. Qızın oğlana naz edib ədəbsizcəsinə arxasını çevirməsi bizi yaman əsəbləşdirir. "Ay qız utanmırsan? Bu nə hərəkətdi? ))) İndi səni ordan yox edək sən də bax halına...". Görəcəyimiz işdən sonra oğlan dənizi seyr edirmiş kimi görünəcək.
Photoshop CS5-də Content-Aware funksiyası ilə obyektin şəkildən silinməsiBunun üçün sizə rahat olan metodla fotonun xanım olan hissəsini qeyd edin. Mən Lasso Tool alətini seçdim.
Photoshop CS5-də Content-Aware funksiyası ilə obyektin şəkildən silinməsiBu şəkildə, çox da səliqəli olmamaq şərtilə rahatca qeyd edin.
Photoshop CS5-də Content-Aware funksiyası ilə obyektin şəkildən silinməsiSonda belə bir qeydolunma alınmalıdır.
Photoshop CS5-də Content-Aware funksiyası ilə obyektin şəkildən silinməsiYeri gəlmişkən, xırda elementləri də nəzərdən qaçırmayaq. Qızın kölgəsini də özü ilə birgə yox edəcəyik.
Photoshop CS5-də Content-Aware funksiyası ilə obyektin şəkildən silinməsiMenyudan Edit-Fill (Shift F5) əmrini verək.

Photoshop CS5-də Content-Aware funksiyası ilə obyektin şəkildən silinməsiContents-Use bölümündən Content-Aware-ni seçirik. Bu alqoritm qeyd olunmuş zonanı əraf hissəni nəzərə almaqla doldurur.
Photoshop CS5-də Content-Aware funksiyası ilə obyektin şəkildən silinməsiOK düyməsini basdıqdan sonra alınan nəticə bizi heyran etməyə bilməz:
Photoshop CS5-də Content-Aware funksiyası ilə obyektin şəkildən silinməsiŞəkli böyüdüb baxanda belə görürük ki, "qızın izi tozu da qalmayıb".
Photoshop CS5-də Content-Aware funksiyası ilə obyektin şəkildən silinməsiBu qədər sadə metodla oğlanı dilxor vəziyyətdən dənizi seyr edən sakit bir vəziyyətə gətirmiş olduq. Hələlik... ;)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 16943   Tarix: 31 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040