"Qadınlar kinonu kişilərdən fərqli hiss edir" - müsahibə

"Qadınlar kinonu kişilərdən fərqli hiss edir" - müsahibəBiG.AZ kulis.az-a istinadən bu günlərdə aktrisa Nikol Kidmandan alınan müsahibəni təqdim edir.

- Necə oldu ki, sizi Qreys Kelli roluna çəkdilər?

- Heç vaxt şahzadəni oynamamışdım. Məni sevindirdi ki, "Monako Şahzadəsi" ənənəvi bioqrafik film deyil, müxtəlif janrların kombinasiyasıdır. Bundan əvvəlki iki filmim çox ağır təcrübə idi və qərara gəldim ki, yaxın yarım ildə özümü xoş bir şeylə mükafatlandırım. Avstraliya səhrasında qan-tər içində eşələnirsən, bir də fransız Rivyera, dadlı yemək, gözəl hava... uşaqları da özümlə götürdüm. Əlbəttə filmə çəkilmək üçün başqa səbəblərim də var idi. Anam Qreys Kelli heyranı idi, mən də uşaqlıqdan onun filmlərinə baxırdım, xüsusən Hiçkok çəkənə.

- Çəkildiyiniz filmin qəhrəmanı kübar qaydalardan, öhdəliklərdən əzab çəkir. Siz də oxşar hisslər keçirmirsiniz ki? Elə, məsələn Kannı götürək: qırmızı xalılar, fotosessiyalar, müsahibələr...

- Öz peşəmlə 14 yaşımdan məşğul olmuşam, ərə gedəndə də çox gənc idim. Yəqin bilirsiniz, bu mənim ikinci evliliyimdir, dörd uşağım var. Əlbəttə, elə dövrlər oldu ki, üstümə götürdüyüm öhdəliklərdən ikrah duyurdum. Hiss edirdim ki, əlim-qolum bağlıdır. Amma bunun öhdəsindən gələ bildim. Amerikanın cənubunda ən sakit bir yerdə məskunlaşmışam. Orada özümü azad hiss edirəm.

- Obrazını yaratdığınız Qreys bilərəkdən aktyor karyerasından ailəsinin xətrinə vaz keçir. Özünüz belə addım atardınızmı?

- Xoşbəxtlikdən belə seçim etmək məcburiyyətim yoxdur. Əgər kinodan getmək istəsəm, bunu günü sabah, sakitcə edə bilərəm. Amma mənə elə gəlir ki, ən yaxşı rollarımı hələ də oynamamışam. İndiyədək işləmək imkanım olmayan istedadlı rejissorlarla işləməyi arzulayıram. Amma aktrisanın işi budur: arzulamaq və gözləmək! Dünən Alfonso Kuaronu gördüm və öz-özümə dedim: "İlahi, o, necə də xoşbəxtdir. O, nəsə düşünə, yaza və film çəkə bilər. Biz isə həmişə gözləyirik..."

- Sizə nə olub axı, kamera götürün və irəli!

- Nə danışırsınız? Mənim uşaqlarım var. Mən bu yerdə Qreys Kellini yaxşı başa düşürəm. Yaxşı ana olmaq və özünü kinoya həsr etmək dəhşətli dərəcədə çətindir. Uşaqlar, ailə, iş, yaradıcılıq... bunları necə bir birinə qatasan? Uşaqlarımı Fransaya "Monako Şahzadəsi"nin çəkilişlərinə, sonra da Verner Hersoqun "Səhra kraliçası" filminin çəkilişlərinə apara bildim, xoşbəxtlikdən. Amma onları özümlə hər yerə daşıya bilmərəm axı... Yox, rejissor olmaq üçün mənim enerjim, ən əsası da istedadım çatmır. Mən rejissorlarla onların dünyagörüşü ilə, fikirləri ilə, çəkilişləri müxtəlif aspektlərdən çəkə bilməsi ilə fəxr edirəm. Mənim istedadım başqadır: mən istənilən mövqe və nəzər nöqtəsində məna və məntiq tapa bilərəm. Bu keyfiyyət mənə müxtəlif adamlarla dostluq etmək, hamı ilə ümumi dil tapmaq imkanı verib.

- Sizin başqa nadir keyfiyyətiniz var: siz heç nədən qorxmursunuz...

- İmkan vermərəm ki, mənim hərəkətlərimi qorxu idarə etsin. Mən istəyirəm ki, arxaya, keçmişə baxanda deyə bilim: "Mən hər şeyi daddım. Əlbəttə, bütün təcrübələr eyni dərəcədə uğurlu olmadı, amma heç olmasa cəhd etdim. Bütün gücümlə cəhd etdim."

- Belə olurmu ki, ekrana baxanda nə isə xoşagəlməz, sizə diskomfort gətirən bir şey görəsiniz?

- Bu, tez-tez baş verir. Amma nə edə bilərəm? İş artıq görülüb. Həm də ekranda mən deyiləm, personajdır.

- Bəs tənqidi resenziyalar da kefinizi pozmur?

- Düzü, mən onları oxumuram. Hərdən deyirlər ki, səni tənqid ediblər. Ötən il mən Kann münsiflər heyətində oldum, bu, əla bir məşq oldu: mən heç nə oxumadım, yalnız filmlərə baxdım və öz hisslərimi dinlədim. Dünyada məlumat həddən artıq çoxdur, artıqları ötürmək, ələmək lazımdır. Xoşbəxtlikdən resenziya yazmağım da lazım deyildi. Mən sadəcə qadın və aktrisa kimi reaksiya verməli idim. Biz qadınlar kinonu kişilərdən fərqli hiss edirik. Kannda işləyəndə buna bir daha əmin oldum. Elə hallar oldu ki, başqalarını qıcıqlandıran filmlərə heyran qaldım! Bir də mübahisə etməyi sevirəm və məni inandırmaq da mümkündür! Yəni yekunla tamamən razı idim.

- Xüsusən fəxr etdiyiniz filminiz hansıdır?

- "Dovşan yuvası". Bu layihə mənə əzizdir və ona qələbə qazandırdığım üçün fəxr edirəm. Həm də ona maliyyə tapmağa da yardım etmişəm. Bu qədər əzab və iztirab dolu rolu oynamaq üçün hisslərimin, intuisiyamın, beynimin ən gizlin künc-bucağını gözdən keçirdim. Bir də, Conatan Qleyzerin "Doğuş" filmini. Bu filmə görə məni nə qədər danladılar! Amma bu film indiyədək mənə maraqlı və qeyri-adi gəlir. Ümumiyyətlə, mən rollarımla fəxr edirəm. Şadam ki, belə banal burjua həyat tərzi keçirirəm , o, mənə öz peşəmdə eksperimentlər etməyə və qorxmamağa imkan verir. Əgər mən yaxşı yemək bişirə bilsəydim, bundan həzz alardım və aktrisalığa getməzdim. Amma mənim bişirdiklərim bərbaddır. Hərənin bir işi var, mən də kinoya çəkilirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2119   Tarix: 20 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229