Kasıbın kömürünü varlı çıxarmalıdır? - VİDEO

Kasıbın kömürünü varlı çıxarmalıdır? - VİDEOTürkiyədə baş verən dəhşətli mədən faciəsindən sonra açıqlama verən AKP-nin başqan müavini Hüseyn Poladın sözləri sərt reaksiyalara səbəb olub.

BiG.AZ axar.az saytına istinadən xəbər verir ki, partiyanın ümumi toplantısında çıxış edən AKP-nin başqan müavini və partiya sözçüsü Hüseyn Polad Somada yaşanan faciə və 4 gündür yaşananlarla bağlı fikirlər səsləndirib. Baş nazir Ərdoğanın yumruq atması iddialarını təkzib edən Polad Baş nazir köməkçisi Yusuf Yerkəlin də vətəndaşa təpik atmasını belə açıqlayıb: "Yerkəl o təpiklədiyi adamın ona hücum etdiyini, həkimdən 7 günlük tibbi arayış aldığını açıqlayıb. Özü də bu hadisədə iştirak etdiyi üçün kədərləndiyini bildirib". Hüseyn Poladın verdiyi açıqlamada diqqət çəkən bir detal da olub.

Polad jurnalistlərdən birinin ona verdiyi, "Orada maddi vəziyyəti yaxşı olmayan birinin çıxardığı kömür başqa bir kasıba gedir. Bunun bu cür edilməsi nə qədər doğrudur?" sualına maraqlı cavab verib: "Sualınızı yaxşı başa düşdüm. Siz jurnalistsiniz. Varlı deyilsiniz. Sizi mədənə göndərsək işləyə bilərsinizmi? Və ya kasıblar üçün çıxardılan kömürü varlılar çıxarmalıdır deyə, bir şey olarmı? Belə bir məntiq nə dərəcədə doğrudur?".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1256   Tarix: 17 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040