Təyyarə qəzalarına son-VİDEO

Təyyarə qəzalarına son-VİDEOAvstraliyada təsadüfən çəkilən bu videodan paraşütlə təchiz olunmuş ən azı 1 təyyarənin mövcud olduğu və öz birbaşa funksiyasını çox yaxşı həyata keçirdiyi görünür.

Aerodinamikadan və mühəndis təfəkküründən uzaq olan adamların tez-tez verdiyi bu suala mütəxəssislər bir qayda olaraq cavab verirlər ki, təyyarə qəzaları əsasən havaya qalxan və ya yerə enən anda baş verir və ya ekstremal yüksəklikdə və böyük sürət zamanı açılan paraşüt sərnişinlərin ölümü ilə nəticələnə bilən təzyiq dəyişikliyi yaradır və s.

Lakin məlum olur ki, aerosənaye mühəndislərinin bu məsələyə münasibəti ancaq nəzəri bəhanələrlə kifayətlənmir. Təyyarə paraşütü artıq reallıqdır.

"İTN" agentliyinin yaydığı videoda bildirilir ki, motoru dayanan kiçik təyyarə Avstraliyanın Blu Mountains adlı ərazisində yerə enib. Xəbərdə əsasən, 1300 metrlikdə açılan paraşüt təyyarəni və içindəki 4 sərnişini sakitcə kiminsə bağına endirib. Sərnişinlərdən ancaq birinin yüngül yaralandığı bildirilir. Təyyarə də, təbii, tam zədəsiz deyil, amma çox güman ki, adi təmirdən sonra yenidən uça bilər.

Deyəsən bəşəriyyət təyyarə "profilaktoriyaları" dövrünə qədəm qoymaq üzrədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1620   Tarix: 20 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740