Bu altı qorxulu canini tanıyın - Adlar

Cinayətkar və mənfi qəhrəman – təbii ki, eyni anlayış deyil. Mənfi personaj, bir qayda olaraq, müsbət qəhrəmanın antaqonisti – əksi olur. O, heç də bütünlüklə şər qüvvə deyil, sadəcə, əsas qəhrəmanın, belə demək mümkünsə, rəqibidir. Buradan ortaya bir sıra suallar çıxır! Bəs müsbət qəhrəman nə dərəcədə müsbətdir? Onun rəqibi heç bir məsələdəmi haqlı deyil? Və beləlikklə, suallar sonsuzadək baş alıb gedir! Cani isə sırf şərin təcəssümüdür, o, həmişə və hamıya fəlakət gətirir və əgər digər qəhrəmanlar, heç olmazsa, ağ-qara çalardadırsa, cinayətkar hər vaxt qara-zil qaradır. Beləliklə,BiG.AZ belə ədəbi canilərdən bir neçəsini oxucularına təqdim edir:
Bu altı qorxulu canini tanıyın - AdlarProfessor Moriarti
Bu obrazı Artur Konan Doyl Şerlok Holms seiyasından olan hekayətlərdə yaradıb. "Professor" – canilər aləmindəki bu dahinin heç də cinayət ləqəbi deyil. Ceyms Moriarti universitet müəllimidir, Nyutonun ikihədliklər qanunu üzrə dissertasiya müdaiə edib və buna görə ildə 700 funt alır. Ancaq Konan-Doylun onun haqqında yazdığı kimi, "cəhənnəmin bütün qüvvələrinə başçılıq edən bu avropalı parlaq zəka sahibi" irsən qəddarlığa meyillidir və cinayət törətmədən yaşaya bilmir. Sadə universitet müəllimi təsadüfən bu siyahının başında gəlmir. Onun gerçək prototipi olub – Adam Vort, XIX əsrdə yaşamış beynəlxalq cani. Vortu "Cinayət aləminin Napoleonu" adlandıran Skotland-Yard (ayrıca polisi olan London Siti istisna olmaqla Boyük London polisinin qərargah-mənzili – tərc.) əməkdaşlarının ardınca yazıçı uydurma Moriartiyə də bu titulu verir.

Bu altı qorxulu canini tanıyın - AdlarMiledi (eyni zamanda, ledi Vinter)
Bu obrazı Aleksandr Düma "Üç müşketyor" əsərində yaradıb. Miledi – keçmiş qrafinya de La Fer Atosun arvadıdır. Hiyləgər, fəndgir və amansız Miledi heç nəyin qarşısında dayanmır, fanatik Feltonu başdan çıxararaq labüd ölümə göndərəndə də zərrə qədər tərddüd etmir, azacıq da olsa vicdan əzabı çəkmir. O, Konstansiyanı da zəhərləyib öldürür. Miledinin şərəfsiz intriqa və cinayətlərini saymaqla qurtarmaz. Bu ledi öz məqsədlərinə çatmaq üçün hamıdan istifadə edir. Sözün qısası, ledi Vinter - əxlaqsızlıq mənbəyidir. Əlbəttə, bu cinayətkarın da real prototipi var – qrafinya Lüsi Karlayl, Bekingemin tərk etdiyi sevgilisi, qısqanclıqdan Rişelyenin casusu olmuş xanım.

Retçed Bacı (eyni zamanda, miss Qnusen)
Ken Kizinin "Ququ quşu yuvası üzərindən uçarkən" romanında yaratdığı personaj. Bu xanımın da öz prototipləri var. Veteranlar qospitalında gecə növbəsindəki sanitar işi müəllifi bu kitabı yazmağa həvəsləndirib. Kizi pasientlərlə uzun-uzadı söhbətlər etməklə bərabər həmkarlarının işini də diqqətlə izləyib. Bu qorxunc əhvalatı unudanlara xatırladaq ki, tibb bacısı sadəcə ruhi xəstələr şöbəsinə rəhbərlik etmir, onun həyati məqsədi onları mənən sındırmaq, tapdalamaq, iradəsiz itaətkar kütləyə çevirməkdir. Bu vəzifə insanlara qarşı amansız olmağı tələb edir və qəhrəman onu tam mənasıyla nümayiş etdirir. Əgər onun dərdi yalnız pasiyentlərlə olsaydı... O, artıq çoxdan eynilə bu cür tamamilə sağlam həmkarlarının – həkimlərin hər cür müstəqillik cəhdlərini məhv etmişdi. Bəlkə, Qnusen pasiyentlərinin ruhi vəziyyətlərinin qayğısına qalır? Yox, əlbəttə ki yox. Qarşımızdakı adi sadist və köməksiz insanları özünə tabe etmək hərisliyi ilə yaşayan, bütün bunların müqabilində isə tamamilə cəzasız qalan canidir.

Bu altı qorxulu canini tanıyın - AdlarArkadi Svidriqaylov
F.Dostoyevskinin "Cinaət və cəza" romanının qəhrəmanı. Məsum insanları məhv edən əxlaqsız və ədəbsiz məxluq: onun vicdanında 14 yaşlı qızın, xidmətçinin intiharı və ola bilsin ki, arvadının zəhərlənməsi kimi günahların izi var. Svidriqaylov çoxdan öz seçimini edib: o, şərin tərəfindədir və buna qətiyyən şübhə etmir. Özünü əxlari qanunlardan azad hesab edir. O, dünyəvi sıxıntı içərisindədir. Svidriqaylov bacardığı kimi əylənir, ancaq heç nə kömək etmir. Gecələr məhv etdiyi insanların ruhları onu rahat buraxmır. Xeyirxahlıq və bədxahlığı bir-birindən ayırd edə bilməməsi Svidriqaylovun həyatını mənasız boşluğa çevirir. Ona hörümçəklərlə tor bağlamış şüşə qabın obrazında özünə layiq əbədiliyin nəsib edilməsi heç də əbəs deyil. Bu pedofil və zorakıya bəraət qazandırmaq niyyətində deyilik (baxmayaraq ki, Dostoyevski nə isə buna bənzər bir fikir çatdırmağa çalışır) və onu "əsl" canilər sırasına daxil edirik.

Yekaterina İzmaylova
Nikolay Leskovun "Msen qəzasının ledi Makbeti" povestinin qəhrəmanı. Xatırladaq ki, bu evli xanım əvvəlcə Sergeyi özünə sevgili seçir. Ona mane olmasınlar deyə, qayınanasını, sonra ərini, daha sonra balaca məsum qızı öldürür, öz uşağından imtina edir və axırda isə Sergeyi yeni sevgilisi ilə birlikdə qayıqdan ataraq həyatına son qoyur. Bəzi tənqidçilər baş qəhrəman Yekaterina Lvovnanın hərəkətlərinə bəraət qazandırmağa çalışırlar, guya o, hər şeyi sevgi naminə edir, ancaq axı o, həm də amansız olur. Bu qadının cinayətkar əməllərini romantikləşdirmək lazım deyil. Bir-birlərini sevmiş, lakin ayrı düşmüş Romeo və Cülyetta özlərini öldürmək yolunu seçirlər, ancaq "məhəbbətləri naminə" ətraflarındakı insanları, o cümlədən körpə qızcığazı məhv etmirlər. Obrazın real prototipi haqqında heç nə məlum deyil, ancaq hər halda Leskovun cinayət palatasındakı işi ilə "Msen qəzasının ledi Makbeti" povesti arasında hansısa bağlılıq olmalıdır. Ola bilsin ki, Leskov işdəki təcrübəsindən kitabda istifadə edib

Bu altı qorxulu canini tanıyın - AdlarBöyük Qardaş
Copc Oruellin "1984" antiutopiyasında yaratdığı obrazdır. O, yazıçı uydurması olan Okeaniya dövlətinin rəhbəridir, olduqca realist cizgilərlə təsvir edilib. "Hər bir meydançada divarlardan eyni sima baxırdı. Portret elə işlənmişdi ki, harda daynırsan-dayan, baxışları üzərindən yayınmırdı. BÖYÜK QARDAŞIN SƏNƏ BAXIR". Romanda Böyük Qardaşın portret cizgilərinin Stalin və Birinci dünya savaşı zamanı Böyük Britaniyanın hərb naziri olmuş Qoratsi Kitçenerlə oxşarlığı diqqət çəkir. Oruellin sayəsində "Böyük Qardaş" ifadəsi ümumi ismə çevrilmiş və ümumi təqib, casusluq, insanların iradəsinin dövlət maşınına tam tabe olması, şəxsiyyətin boğulması və diktat mənalarını ifadə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5141   Tarix: 19 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882