Dua ibadətdir

Dua ibadətdirMənbə: http://zikr.az

      Dua sözünün mənası çağırış deməkdir. Dua edən öz Rəbbinə üz tutaraq Onu köməyə çağırır. Duaları qəbul edən, çağırışlara cavab verən yalnız Uca Allahdır. Dua ibadətdir. Odur ki, dua edən yalnız Allahdan istəməlidir. Allahdan qeyrisinə dua edib nəsə istəmək Allaha şərik qoşmaqdır. Allaha şərik qoşmaq isə günahların ən böyüyüdür.
Dua insanı Allaha yaxınlaşdıran ən gözəl ibadətdir. Peyğəmbər salləllahu aleyhi və səlləm demiş­dir: "Uca Allah üçün duadan daha əziz heç nə yoxdur". (ət-Tirmizi, 3370, 3696).
Allaha doğru açılan əllər geriyə boş qaytarılmır. Allah Elçisi buyur­muş­dur: "Həqiqətən, sizin Rəbbiniz həyalıdır, səxavətlidir; əllərini Ona doğru qaldırıb dua edən qulunun əllərini boş qaytarmağa həya edər". (Əbu Davud, 1490).
Allaha dua etdikdə üç şeydən biri baş verir. Peyğəmbər demişdir: "Hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsil­məsi olmayan bir dua edərsə, Allah ona üç şeydən birini verər - ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər". Əbu Səid dedi: "Elə isə duaları çoxaldaq!" Allah Elçisi dedi: "Allah daha çox verəndir!" (əl-Buxari "Ədəbul-Mufrad" 710).
Allahdan nə qədər istəmək lazımdır? Allah Elçisi demişdir: "Biriniz Allahdan istədikdə, çox istəsin, çünki o, öz Rəbbindən istəyir".
Tələsməyənin duası qəbul olunur. Peyğəmbər demiş­dir: "Biriniz "Mən dua etdim, am­ma duam qəbul olunmadı" deyərək tələs­mədikcə, duası qəbul olunar". (əl-Buxari, 6340).
Ən fəzilətli dua hansıdır? Allah Elçisi demişdir: "Qulun "Allahım, Səndən dünya və axirətdə salamatlıq diləyirəm" (Allahummə inni əs'əlukəl-muafətə fid-dunyə vəl-əxirati) - duasından daha fəzilətli ediləcək heç bir dua yoxdur".
Xoş gündə Allahı xatırla ki, Allah da səni dar gündə xatırlasın. Peyğəmbər buyur­du: "Kimi sıxıntı və kədər anında duasının qəbul olunması sevindi­rir­sə, qoy xoş günündə duasını çoxaltsın".
Rədd olunmayan dualar 
Allah Elçisi demişdir: "Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası".
Allah Elçisi buyurdu: "İki dua rədd edilməz və ya nadir halda rədd edilər; azan veril­dik­də və döyüş meydanında düşmənlə qarşılaşdıqda edilən dua". Həm­çinin, Pey­ğəm­bər dedi: "Və yağış vaxtı!"
Allah Elçisi buyur­du: "Üç duanın qəbul olunmasına şübhə yoxdur; atanın, müsafirin və məzlumun duası".
Peyğəmbər demiş­dir: "Üç nəfərin duası rədd edilməz; Allahı çox xatırlayanın, məzlumun və ədalətli rəhbərin duası".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 6997   Tarix: 11 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182