Hadisə Gəncədən geri dönər-dönməz özünə 600 minlik ev aldı

Hadisə Gəncədən geri dönər-dönməz özünə 600 minlik ev aldıİki gün öncə Gəncədə konsert verən türk müğənnisi Hadisə özünə təzə ev alıb.

BiG.AZ-ın ANS PRESS-ə istinadla verdiyi məlumatına görə, uzun zamandır Ləvəntdə kirayədə oturan gözəl müğənni bundan sonra şəxsi mənzilində yaşayacaq.

Yüksək kirə pulu ödəməkdən şikayətçi olan müğənni, xeyli müddətdir satılıq ev axtarırdı. Müğənninin məhz Azərbaycandan geri qayıtdıqdan sonra yeni mənzil aldığı çox maraqlıdır. Gəncəlilər qarşısındakı çıxışının 1 saatına 125 min dollar alan (300 min TL) Hadisə, geri dönər-dönməz 600 min dollarlıq lüks mənzilin pulunu ödəyib.

Məşhur ifaçı İstanbulun Rumelihisarında aldığı mənzildə böyük bacısı ilə yaşayacaq. Hadisənin yeni mənzili Fatih Sultan Mehmet Köprüsünə və Boğaz mənzərəsinə baxır.

Bir yandan yaxında çıxacaq yeni albomunun yazılması ilə bağlı vaxtının bir çoxunu studiyada keçirən Hadisə, bir yandan da yeni evə köçmə təlaşı yaşayır.

Hadisə Gəncədən geri dönər-dönməz özünə 600 minlik ev aldı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 3581   Tarix: 10 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti