Xarici dil öyrənənlərə faydalı məsləhətlər

Xarici dil öyrənənlərə faydalı məsləhətlərXarici dil öyrənirsinizsə bununla hər gün məşğul olun. Bu hər hansı idman növü üzrə idman zalında məşq etməyə bənzəyir. Dil öyənərkən də idman zalında olduğu kimi sistemli olaraq işləyin. Gün ərzində heç olmasa 10-15 dəqiqənizi yeni cümlələrin öyrənilməsinə ayırın.

Dil öyrənmə prosesi zamanı xarici dilə qarşı marağınız tez bir zamanda itirsə öz işləmə qrafikinizi yaradın. Məsələn, bir qədər xarici dil üzrə işlədikdən sonra musiqi dinləyin, təmiz havada gəzintiyə çıxın. Təmiz havada gəzintiyə çıxmaq daha məqsədə uyğundur. Bu beyninizin dincəlməsinə də kömək edəcək.

Məzmun hər bir dilin əsasıdır! Heç vaxt sözləri ayrılıqda öyrənməyin. Sözləri cümlə, kontekst daxilində öyrəndikdə yadda saxlamaq prosesi də asan başa gəlir.
Artıq öyrəndiyiniz söz və cümlələri qeyd formasında bir kənara yazın və dialoq zamanı onlardan maksimum şəkildə istifadə etməyə çalışın.

Təcrübəli tərcüməçilərin ən çox istifadə etdiyi üsuldan istifadə edə bilərsiniz. Qarşınıza nə yazı çıxırsa onu beyninizdə öyrənmək istədiyiniz dilə tərcümə etməyə çalışın.
Sözləri əzbərləmək də faydalıdır. Lakin bu zaman müəllimin düzəltdiyi və doğru şəkildə öyrətdiyi söz və ifadələri əzbərləmək lazımdır.

İstifadə üçün artıq hazır olan ifadələri birinci şəxsin təkində yadda saxlayın.
Heç bir dili sadəcə dərslik vasitəsilə öyrənmək olmaz. "Mən yalnızca kitabdakı bütün tapşırıqları edəcəm və müəllimimə diqqətlə qulaq asacam" fikri yalnışdır. Xarici bir dili yaxşı öyrənmək üçün o dildə olan filmlərə baxın, ədəbiyyat oxuyun, musiqi dinləyin və ən əsası dil daşıyıcısı ilə ünsiyyət qurun!.

Səhvlərdən deyil, düzəliş edilməyən səhvlərdən qorxun. Heç zaman heç bir şeyi yoxlanmamış qoymayın.

Heç nəyə baxmayaraq, xarici dili öyrənəcəyinizə əmin olun!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2180   Tarix: 07 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300