ANS-də erməni mahnılarını səsləndirən aparıcı danışdı

ANS-də erməni mahnılarını səsləndirən aparıcı danışdı"İndi hamısı patriot olub, guya vətənpərvərdirlər".

Birincisi, istədik-istəmədik Ermənistan da Qafqaz dövlətidir. Odur ki, "Qafqaz top 20"-də Ermənistan mahnısının olması labüddür. İkincisi, biz, ANS olaraq Dağlıq Qarabağı Azərbaycan ərazisi sayırıq. Baxmayaraq ki, bəzi şəxslər bu haqda artıq heç düşünmür.

ANS-dən və ANS ÇM radiosundan vətənpərvər ikinci bir kanal varsa, barmağınızı qatlayıb deyin. İndiyə qədər ANS özünü müharibə meydanında da təsdiqləyib. Vahid Mustafayevdən vətənpərvər ikinci bir şirkət rəhbəri varmı?

O, əlində avtomat, çiynində kamera ilə Qarabağ müharibəsində iştirak edib. Verilişin ideya müəllifi də odur.

Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında "Qafqaz top 20" verilişinin aparıcısı Aytən Səfərova deyib.

"Bu, adi bir radio layihədir. Və onu yaradanlar da heç bir siyasi məqsəd güdmür. Əslində, Azərbaycanın ilk özəl radiostansiyasıyıq və özəl radiostansiyası erməni mahnısı səsləndirməklə Ermənistanı ifşa edir. Cəlil Məmmədquluzadənin "Kamança" əsərinin ideyasını davam etdiririk. İndi hamısı patriot olub, guya vətənpərvərdirlər, sosial şəbəkələrdə hamı şirə dönüb. Bu bar-bar bağıranlardan biri desin ki, Vahid Mustafayev və digər ANS-çilər kimi Qarabağ müharibəsində olublarmı?!".

Qeyd edək ki, ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedən "Qafqaz top 20" musiqili verilişində mütəmadi olaraq erməni müğənnilərin mahnılarının səsləndirilməsi böyük etiraz doğurub. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də Aktual.az-a açıqlamasında məsələyə münasibət bildirib:

"ANS rəhbərliyi qanunverciliyin nə olduğunu bilmir. Onlar yalnız özlərinə lazım olanda qanunvericilikdən, vətənpərvərlikdən danışırlar".

Onun sözlərinə görə, ermənilərin işğalçılıq siyasətinin qurbanı olan Azərbaycan xalqına qarşı bu hörmətsizlik qəbuledilməzdir:

"Bu həssas məsələyə hər bir insan diqqətlə yanaşmalıdır. Yəni, belə məsələlərdə insanların hissiyyatı nəzərə alınmalıdır".

Milli Televiziya və Radio Şurasının sədrinin fikrincə, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsinə qurumun irad bildirməsinə ANS rəhbərliyinin cavabı heç bir məntiqə sığmır:

"Bilirsiz, onların məntiqi ilə yanaşsaq, deməli onda gərək Azərbaycanda erməni filmləri də göstərilsin, malları da satılsın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6736   Tarix: 04 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877