Kriştiano Ronaldo: Krallığa gedən yol-VİDEO

Kriştiano Ronaldo: Krallığa gedən yol-VİDEOBiG.AZ fanat.az saytına istinadən xəbər verir ki,"Real"ın ulduzu Kriştiano Ronaldo daha bir rekorda imza atdı. "Bavariya" ilə oyunda dubl edən portuqaliyalı Çempionlar Liqasının cari mövsümündə vurduğu qolların sayını 16-ya çatdırdı. Bununla da Lionel Messinin rekordunu qıran Ronaldo Çempionlar Liqası mövcud formatla keçirilməyə başlayandan sonra bir mövsümdə ən çox qol vuran oyunçu olub.

Bəs Ronaldo bu rekorda necə nail oldu? Ulduz futbolçunu rekorda aparan qolların xronologiyasını təqdim edirik.

Qalatasaray - Real 1:6

Ronaldo - 3 qol

2013-cü ilin 17 sentyabrında "Türk Telekom Arena"da baş tutan oyunda het-trik edən Ronaldo rekorda gedən yola start verdi. Portuqaliyalı ulduz yaxın məsafədən vurduğu iki qolu adına yaraşan gözəl bir qolla tamamlayıb möhtəşəm startla başladı.

Real - Kopenhagen 4:0

Ronaldo - 2 qol

Oktyabrın 2-də "Santyaqo Bernabeu"da keçirilən oyunda Danimarka çempionu Ronaldo təhlükəsinin fərqinə vararaq qarşısını almaq üçün xüsusi tədbirlər görsə də, onu dayandıra bilmədi. Portuqaliyalı star hər iki hissədə 1 qol vuraraq 4:0 hesablı qələbənin memarı oldu.

Real - Yuventus 2:1

Ronaldo - 2 qol

Oktyabrın 23-dəki qarşılaşmada yenə özündən söz etdirən ulduz futbolçu 5-ci dəqiqədə Canluici Buffonu keçərək "Yuventus"u meydanın mərkəzinə dəvət etdi. Fernando Llorente bərabərlik qoluna Ronaldo mübahisəli penalti qolu ilə cavab verdi. Amma bu onun gecənin ulduzu olması gerçəyini dəyişdirmədi.

Yuventus - Real 2:2

Ronaldo - 1 qol

Noyabrın 11-də Turində baş tutan matçda Ronaldo yenə sözünü dedi. Klassik bir "Real" əks-hücumu zaman topa son olaraq toxunan Ronaldo yenə adını tabloya yazdırdı. Bununla da qollarının sayını 8-ə çatdıran portuqaliyalı gözünü Lionel Messinin 14 topluq rekorduna dikmiş oldu.

Kopenhagen - Real 0:2

Ronaldo - 1 qol

"Parken" stadionunun ev sahibliyi etdiyi dekabrın 10-dakı matçda o, komandasının ikinci qoluna imza atdı. Bununla da Ronaldo qrupdakı 5-ci matçda 9-cu qolunu vurdu.

Şalke - Real 1:6

Ronaldo - 2 qol

Ronaldo yeni ilə də qolla başladı. Fevralın 26-da keçirilən 1/8 finalın "Şalke 04"lə ilk oyununda qol seriyasını qaldığı yerdən davam etdirən portuqaliyalı star almanları iki dəfə meydanın mərkəzinə dəvət etdi. Bu oyundan qısa müddət əvvəl "Ballon d`Or"a sahib çıxan Ronaldo bu matçdakı dublla uğurunu qeyd etdi.

Real - Şalke 04 3:1

Ronaldo - 2 qol

Martın 18-də "Santiaqo Bernabeu"da baş tutan cavab matçında "Real" rəqibinə qarşı daha mərhəmətli davranıb, ilu oyunun yarısı qədər qol vurdu - 3:1. Amma Ronaldo yenə dayanmadı. Qaret Beylin ötürməsindən sonra hesabı açan ulduz futbolçu ikinci yarıda daha bir dəfə fərqləndi. Bununla da o, 7-ci matçında 13-cü qolunu vurmuş oldu.

Real - Borussiya D 3:0

Ronaldo - 1 qol

Aprelin 2-də "Real" ötən mövsüm yarımfinalda uduzduğu Dortmund "Borussiya"sı ilə üz-üzə gəldi. Qisas matçında komandasının sonuncu qoluna imza atan Ronaldo bununla da Lionel Messinin rekordunu təkrarladı. Yeri gəlmişkən, bu Ronaldonun "Borussiya"ya vurduğu son qol oldu və cavab matçını zədə səbəbindən kənardan izlədi.

Bavariya - Real 0:4

Ronaldo - 2 qol

Və nəhayət rekordun qeydə alındığı matç - "Bavariya" ilə səfər oyunu. Qarşılaşmanın ilk dəqiqələrində aldığı zərbədən sonra yerdə qalan Ronaldonun hamını həyacanlandırdı. Amma tezliklə ayağa qalxalaraq oyunu davam etdirdi. 34-cü dəqiqədə Qaret Beyl sürətlə qapıya yaxınlaşaraq topu tora qovuşdurmaq əvəzinə daha əlverişli vəiyyətdə olan Ronaldoya ötürmə etdi və 29 yaşlı futbolçu dəqiq zərbə ilə Neueru məyus etdi. Matçın son dəqiqələrində daha bir qola imza atan portuqaliyalı qırılması çətin olan bir rekorda imza atdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2251   Tarix: 04 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740