ABŞ-ın birinci xanımının çəkildiyi serial-VİDEO

ABŞ-ın birinci xanımının çəkildiyi serial-VİDEOABŞ-ın birinci xanımı Mişel Obamanın çəkildiyi "İstirahət parkları və zonaları" serialının 6-cı mövsümünün son bölümü artıq internetdə yayılıb.

24 apreldə efirdə yayımlanan bölüm internetə yükləndiyi qısa müddət ərzində böyük baxış toplayıb. Çünki amerikalılar Mişel Obamanın ilk aktrisalıq məharətini məhz görmək üçün "Park və istirahət ərazisi" serialının bu bölümünü böyük həyacanla gözləyirdilər.

Xanım Obama bu serialda özünü oynayır və İndiana ştatının park və istirahət ərazilərindən danışıb. Ssenaridə o, təsadüfən San-Fransiskoda konqresdə "İstirahət parkları və zonaları" serialının ulduzu Emi Polerlə toqquşur. Mişel Obama aktrisanın doğma şəhərinin bərpası fəaliyyətini dəstəkləyir, Çikaqoda Milli park və istirahət xidmətində vəzifəyə keçməyi təklif edir.

Qeyd edək ki, ABŞ-ın birinci xanımı Mişel Obama ABC telekanalında yayımlanan "Nashville" serialının növbəti bölümündə də çəkilib. Xanım Obama serialın baş qəhrəmanı, kantri-müğənni Reyn Ceymsin (Konni Britton) təşkil etdiyi xeyriyyə gecəsində qonaq qismində iştirak edəcək. Televiziya tənqidçiləri Mişel Obamanın seriala çəkilməsini musiqili-dramatik serialın reytinqinin aşağı olması ilə əlaqələndirirlər. Onlar iddia edirlər ki, serial rəhbərliyi tamaşaçını cəlb etmək üçün bu fənddən yararlanıb. Amerikanın birinci xanımının iştirak etdiyi bölüm mayın 7-də yayımlanacaq.

Mişel Obama "Park və istirahət ərazisi" serialında rol almış ilk Ağ Ev nümayəndəsi deyil. İki il bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden bu filmə çəkilib. Serialda Baydendən əlavə 3 senator və prezident postuna namizəd Con Makkeyin də çəkilib. Kinonun rejissoru keçmiş dövlət katibi Hillari Klinton üçün də rol hazırladığını bəyan edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1255   Tarix: 01 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390