Adını dəyişmək istəyən şəxs nə etməlidir?

Adını dəyişmək istəyən şəxs nə etməlidir?BiG.AZ saytı "Media forum" saytına istinadən bildirir ki, bu məqsədlə "ASAN xidmət" mərkəzinə üz tutan vətəndaşdan 9 sənəd tələb olunur:

- adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ;

- ərizə verən şəxsin doğum şəhadətnaməsi;

- ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

- ərizə verən şəxsin nikahı pozulubsa, nikahın pozulması haqqında şəhadətnamə;

- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum şəhadətnaməsi;

- şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

- ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;

- dövlət rüsumunun (10 manat) ödənilməsi barədə sənəd.

Bəs şəxsiyyət vəsiqəsində və ya doğum şəhadətnaməsində orfoqrafik səhvlə yazılan adları necə dəyişmək olar? Azərbaycanda belə hallara çox rast gəlinir: sənədlərdə Rafael əvəzinə Rəfayıl; Oqtay əvəzinə Oktay... Bu halda vətəndaş nə etməldir?

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Hüseynov "Media forum" saytına deyib ki, istənilən halda adın dəyişdirilməsi üçün vətəndaşın doğum şəhadətnaməsi əsas götürülür: "Bizim adın dəyişdirilməsi üzrə həyata keçirdiyimiz xidmət Daxili İşlər Nazirliyinə aiddir. Əgər şəxsiyyət vəsiqəsi və ya xarici pasportda doğum şəhadətnaməsi ilə üst-üstə düşməyən məlumat varsa, hər hansı texniki səhv olubsa, onu vətəndaş dərhal, yerində və ya sonradan görüb gəlibsə, qurum sənədi dəyişir. Doğum haqqında şəhadətnamədə hansı məlumat varsa, onlar eynilə şəxsiyyət vəsiqəsində, daha sonra şəxsiyyət vəsiqəsinin əsasında da xarici pasportda əks olunur. Əgər doğum haqqında şəhadətnaməni alan vətəndaş burada yol verilən texniki səhvə əhəmiyyət verməyib onun əsasında şəxsiyyət vəsiqəsi, sonra pasport alıbsa, dəyişiklik kökündən aparılır.

Tutaq ki, adı doğum şəhadətnaməsində "Səyidə" göstərilən vətəndaş adının dəyişdirilib düzgün formada, yəni "Səidə" yazılmasını istəyirsə, yenə də bu ad dəyişmə sayılır. Vətəndaş ilk olaraq aidiyyəti rayon üzrə vətəndaşlıq aktlarının dövlət qeydiyyatı şöbəsinə müraciət edir, prosedur oradan başlayır. Çünki ilkin sənədi həmin qurum verib. Doğum şəhadətnaməsi dəyişəndən sonra yeni ada uyğun yeni şəxsiyyət vəsiqəsi üçün müraciət edilir. Prosedur yenə ad dəyişmədə olduğu kimi davam edir, eyni sənədlər təqdim edilir, dövlət rüsumu ödənir, yeni adla yeni şəxsiyyət vəsiqəsi alınır. Əsas sənəd kimi doğum haqqında şəhadətnamə və orada göstərilən məlumatlar götürülür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7619   Tarix: 01 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qabırğaları qırılıb" - Həyat yoldaşından açıqlama

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb". Qeyd edək ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai"

17.04.2024 2006
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17.04.2024 618
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17.04.2024 446
.

Qəzada avtomobil 2 təkər oldu - VİDEO

Türkiyənin Kadıköy şəhərində avtomobil parkinq halında olan maşına dəyərək qəza edib. BİG.AZ xəbər verir ki, qəza zamanı sürücü yüngül xəsarət alıb. Qəza anı təhlükəsizlik kamerasına çəkilib

17.04.2024 404
.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 257
.

Daha bir sabiq deputat vəfat etdi - FOTO

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib. Bu barədə universitetdən -a bildirilib. Vurğulanıb ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib

17.04.2024 699
.

Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır

Ermənipərəst senator Bob Menendes ona qarşı rüşvətalma maddəsi ilə federal cinayət işinin açılmasına səbəb olan əməllərdə arvadı Nadin Arslanyanı ittiham etməyi planlaşdıra bilər. Bu yaxınlarda açıqlanan məhkəmə sənədlərindən belə qənaət hasil olur. Vəkilləri senatorun arvadı Nadin Arslanyanın onda

17.04.2024 494
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

13:55 176
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

15:17 114