Yol polisindən sürücüyə gülməli məktub - FOTO

Türkan Məmmədli adlı xanım sürücü "Avtosfer.az" saytına müraciət edərək dövlət yol polisinin ona göndərdiyi radar məktubunda ciddi yalnışlığa yol verildiyini bildirib. Türkan xanımın təqdim etdiyi sənədlərdən aydın olur ki, məktubu ona Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Əsədov Fərid Vaqif oğlu göndərib. Kapitanın yazdığı bildirişdə qeyd olunur ki, Türkan Məmmədli yol hərəkəti qaydası pozuntusuna yol verdiyinə görə barəsində tətbiq olunmuş MMX-287685 nömrəli inzibati xəta haqqında elektron protokol üzrə işə baxılması üçün 7 gün ərzində Xətai rayon DYPŞ-yə gədməlidir.

Amma Türkan xanım üstündən 14 gün keçməsinə baxmayaraq həmin şöbəyə getməyib. Çünki: "Mənə yazıblar ki, xətanın törədilməsini qeydə alan radar görüntüləri sizə göndərilir. Əgər göstərilən müddətdə vəsatət vermədikdə və DYP şöbəsinə gəlmədikdə barənizdə inzibati tənbeh haqqında qərar qəbul ediləcək. Amma mən ora getməmişəm və getmək fikrim də yoxdur. Birincisi, ona görə ki, mənim idarə etdiyim avtomobil "Hundai Tucson" markalıdır və nömrəsidə 90 SE 966-dır. Lakin mənə göndərilən məktubda "Toyota-Land Cruser" markalı, 90 UM 035 dövlət nömrə nişanlı avtomobilin fotoları əks olunub.

Həm də mən həmin ərazini heç tanımıram və orada olmamışam. Bunlar isə iddia edirlər ki, guya mən orada dayanma-durma qaydasını pozmuşam. Görəsən, bu məktubu mənə yazan, fotoları mənə göndərən şəxslər bircə dəfə də olsun öz yazdıqlarını oxuyurlarmı?" Türkan Məmmədlinin sualı çox marıqlıdır: görəsən, yol polisi bu suala nə cavab verəcək? Daha bir maraqlı məqam odur ki, Xətai DYPŞ-nin əməkdaşının göndərdiyi protokolda və fotomaterialların üzərində də Türkan Məmmədlinin avtomobilinin nömrəsi, markası və digər göstəricilər yazılsa da fotonun başqa nəqliyyat vasitəsinə məxsus olduğuna diqqət etməyiblər.

Belə halda isə çox qəribə bir sual ortaya çıxır: görəsən, qaydanı bu fotolarda əks olunan nəqliyyat vasitəsi pozub, yoxsa Türkan xanımın avtomobili? Hərflər, rəqəmlər realdır, yoxsa fotomaterial? Xatırladaq ki, belə hallara dünya praktikasında vaxtaşırı olaraq rast gəlinir. Bir neçə gün öncə Fransada buna bənzər hal yaşanmışdı. Avtomobilinin maksimal sürəti 220 km/saat olan bir sürücüyə magistralda 519 km/saat sürətlə hərəkət etdiyi üçün cərimə və inzibati məsuliyyət nəzərdə tutan sənəd daxil olmuşdu. Həmin sənəd texniki xəta kimi qiymətləndirilsə də, Paris polisi bu tip yanlışlıqlara görə paytaxt sakinlərindən üzr istədi.

Yol polisindən sürücüyə gülməli məktub - FOTOYol polisindən sürücüyə gülməli məktub - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6831   Tarix: 20 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018