Televiziya aparıcısı həkim xəstəni öldürdü

Televiziya aparıcısı həkim xəstəni öldürdü8 yaşlı Bakı şəhər sakini Səriyyə Ələkbərova həkim savadsızlığının qurbanı olub.

BiG.AZ axar.az-a istinadən xəbər verir ki, o, "Azad Azərbaycan" (ATV) televiziyasında yayınlanan "Çox yaşa" verilişinin aparıcısı, uroloq Vasif İsmayıl tərəfindən bu il fevralın 5-də "City Hospital-da əməliyyat olunub və sidik kisəsi çıxarılıb. Səhv həyata keçirilən əməliyyat Səriyyə Ələkbərovanın həyatını itirməsinə gətirib çıxarıb.

S.Ələkbərovanın sidik kisəsində xoşxassəli şiş olub və o əvvəllər bir neçə dəfə əməliyyat edilib. Şişin təkrar-təkrar kəsilməsi xəstəyə əziyyət verdiyindən, o, V.İsmayıla müraciət edib. V. İsmayıl isə sidik kisəsinin ümimiyyətlə götürülməsini məsləhət görüb və bunun heç bir qorxulu hal olmadığını, xəstənin bir həftə sonra sağlam evə qayıdacağını deyib.

Amma xəstənin vəziyyəti əməliyyatdan dərhal sonra kəskin pisləşib. S.Ələkbərovanın həyat yoldaşı Zakir Ələkbərovun dediyinə görə, əməliyyat zamanı və əməliyyatdan sonra iki dəfə xəstənin ürəyi dayanıb, böyrəkləri və bağırsaqları öz funksiyasını itirib. Bağırsağın fəaliyyətini artırmaq üçün xəstəyə prozerin və ona məlum olmayan başqa iynələr vurulub. İynənin dozası artıq olduğundan əzələ zəifliyi, sinir keçiriciliyinin pozulması kimi fəsadlar ortaya çıxıb. Həm də xəstənin ağ ciyərlərində durğunluq yaranıb, tənəffüs çatışmazlığı baş verib. Xəstə mart ayının 8-nə qədər "City Hospital"da reanimasiyada qalıb. Bu bir ay ərzində Vasif həkim xəstənin yaxşılaşacağı barədə yalan vədlər verib.

Məlum olub ki, əslində S.Ələkbərovanın ölümünə səbəb onun xəstəliyi yox, məhz düzgün əməliyyat edilməməsidir. Əməliyyat zamanı onun bağırsağı düz tikilməyib. Zondla qidalandırılan xəstənin möhtəviyyatı düz bağırsaqdan çıxmaq əvəzinə cinsiyyət orqanından çıxıb. Qarnının ön divarında aparılan təxminən 15 sm-lik kəsik tikilməyib, tamamilə açıq qalıb və irinləyib.

Bir aydan sonra Vasif İsmayıl Səriyyə xanımın sinir sistemini müalicə etmək üçün nevropatoloqa müraciət edib. 1,5 ay "City Hospital"da nəticəsiz müalicədən sonra ağrılara tab gətirməyən S.Ələkbərovanı ailəsi nevropatoloqun məsləhəti ilə Tibb Universitetinin Tədris Terapevtik klinikasına köçürüb. Amma burada xəstənin vəziyyətinin ağırlaşdığını görən klinika ondan imtina edib. Ailə məcburiyyət qarşısında xəstəni nevroloji müalicə üçün "Medistyle" özəl hospitalına aparıb. Burada həkimlər onun əzələlərini bərpa etməyə, əsəb sistemini müalicə etməyə çalışsalar da, bir nəticə hasil olmayıb. O, ağır vəziyyətdə evə gətirilib və martın 26-da dünyasını dəyişib.

Həkim Vasif İsmayıl isə iddia edir ki, xəstə müalicənin səhv aparılmasından deyil, əməliyyatdan sonra meydana çıxan fəsadlara görə dünyasını dəyişib. "Səriyyə Ələkbərovada əməliyyatdan 3-4 gün sonra əzələ zəifliyi fəsadı meydana çıxdı. Onun ağ ciyərində də ləkələr var idi. Onu reanimasiyada saxlayaraq müalicə eləmək mümkün idi. Ailəsi maddi vəziyyətinin imkan vermədiyini əsas gətirərək xəstəni reanimasiyadan çıxardı" – deyə Vasif İsmayıl bildirib.

Amma S.Ələkbərovanın həyat yoldaşı həkimin yalan danışdığını deyir: "Həkim yalandan deyir ki, guya biz maddi vəziyyətimizin çətin olduğunu deyərək xəstənin reanimasiyada müalicəsinə imkan verməmişik. Faktiki olaraq biz 1,5 ay xəstəni reanimasiyada saxlamışıq və bu müddət ərzində xəstənin əməliyyatı və müalicəsi üçün 22 min manat xərc çəkmişik. Üstəlik bu müddətdə xəstəyə vurulan 20 litr qanı, plazmanı, immunoglobulini, albumini də biz öz hesabımıza almışıq. Biz görəndə ki, artıq "City Hospital"da xəstənin sağalması üçün heç nə edə bilmirlər və xəstə əldən gedir, onda məcburiyyət qarşısında qalıb onu başqa klinikaya aparmışıq. Başqa klinikada isə xəstəyə baxan kimi bizə onun ölümcül olduğunu, müalicə üçün çox gec qaldığını bildirdilər. Məsləhətləşdiyimiz bir neçə həkim bizə bildirdi ki, sidik kisəsinin götürülməsi onun ölümünə gətirib çıxara bilməzdi. Həkim əvvəllər Səriyyənin sidik kisəsində əməliyyat edildiyini nəzərə alaraq bir müddət gözləyəndən sonra əməliyyat etməliydi. Amma o bunun fərqinə varmadan xəstəni tələsik əməliyyat edib. İkincisi, o əməliyyat zamanı xəstənin bağırsaqlarını düz tikməyib. Həkim deyir ki, xəstənin ağ ciyərlərində ləkələr olub və əməliyyatdan sonra onun ağ ciyərində durğunluğun yaranmasına da bu hal səbəb olub. Bəs həkim olan şəxs bilməliydi ki, ağ ciyərində belə bir problemi olan adamı əməliyyatdan sonra nə gözləyə bilər".

Z.Ələkbərov deyib ki, həkim V.İsmayılın bundan sonra başqa insanların canına qəsd etməsinin qarşısını almaq üçün onunla hüquq müstəvisində danışmaq məcburiyyətindədirlər: "O, ölümünə bais olduğu xəstənin həyatına görə qanun qarşısında cavab verməlidir. Üstəlik, xəstənin müalicəsi üçün sözügedən klinikaya ödənilən vəsait də geri qaytarılmalıdır. Biz bizə dəyən həm maddi, həm də mənəvi ziyana görə təzminat tələb edəcəyik".

Z.Ələkbərov həmçinin vurğulayıb ki, Vasif İsmayıl bir insanın həyatına öz savadsızlığı və səriştəsizliyi ilə son qoymasına baxmayaraq, hələ də ATV-də "Çox yaşa" verlişini aparır və özünün reklamı ilə məşğuldur: "Bu reklam isə insanların həyatı bahasına başa gəlir. Həm ATV telekanalı, həm də V.İsmayılın əməkdaşlıq etdiyi klinikalar daha çox insanın həyatına edilə biləcək qəsdlərin qarşısını almaq üçün bu adamın reklamının qarşısını almalı, necə deyərlər, bazarını bağlamalıdır....".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 6291   Tarix: 17 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gözaltı kölgələrin yaranma SƏBƏBİ

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir. Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar. -a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər. K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir. Onu

17.08.2020 2081
.

Çin daha bir peyki orbitə yerləşdirib

Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən "Ziyuan-3" silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib. "Report" "NASA Spaseflight"ə istinadən xəbər verir ki, "Uzun Yürüş 4B" ("Çanq Jen

25.07.2020 799
.

Bərbərxana və gözəllik salonları yenidən bağlanır

Xəbər verdiyimiz kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. "Qafqazinfo"nun məlumatına görə, məhdudiyyətləri tətbiq olunduğu müddət ərzində bərbərxana və gözəllik salonları bağlanacaq. Bun

18.06.2020 2779
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518
.

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"

"Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cava

24.07.2020 977
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606