Bakıda Qafqazın ən böyük məscidi tikiləcək
Giriş qapılarında altı eskalator quraşdırılacaq.
Azərbaycanın paytaxtında nadir memarlıq nümunəsi olan məscid tikilir.
BiG.AZ AzərTAc-a istinadən xəbər verir ki, bu məscid Qafqazda ən böyük ibadət ocağı olacaq. Bu məsciddə dörd min insan eyni vaxtda ibadətlə məşğul ola biləcək.
Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarət olacaq. Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaq. Bu şamların altında isə dini ayələr quraşdırılacaq.
Dini qaydalara əsasən, məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaq. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin ümumi hündürlüyü isə 95 metr nəzərdə tutulub.
Minarələrin içərisində xüsusi lift quraşdırılacaq. Eyni zamanda, məscidə xüsusi gözəllik verəcək minarələrdə Quran ayəsi ilə bəzədilmiş kəmərbənd quraşdırılacaq. Məscidin giriş portalı da xüsusi zövqlə hazırlanıb. Hündürlüyü 27 metr olan portal məscidə xüsusi gözəllik verir.
Layihəyə əsasən, məscidin daxili də xüsusi texnologiya ilə hazırlanacaq. Daxili divarlar yapma elementləri ilə dekorativ detallarla xalça kimi yığılacaq. Burada hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaq. Pəncərələrin haşiyəsi isə eni 57 santimetr olan qabarma detallarla tamamlanacaq.
Ümumiyyətlə, nadir memarlıq nümunəsi olan məsciddə möminlərin ibadəti üçün bütün zəruri şərait yaradılacaq. İki ibadət zalı ayrı-ayrılıqda kişi və qadınlar üçün nəzərdə tutulub. Hərəkət rahatlığı üçün giriş qapılarında kişilər üçün dörd, qadınlar üçün iki eskalator quraşdırılacaq.
Layihədə əlilliyi olan möminlər də nəzərə alınıb. Onların məscidə rahat giriş və çıxışı üçün bütün zəruri şərait yaradılacaq. 1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda dörd yüzdən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulub.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 4479 Tarix: 17 aprel 2014
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNamiq "İmtahan"ı təqdim etdi
Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq
23.04.2024 237 "Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı
"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa
23.04.2024 307 Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin
Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind
23.04.2024 159 Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar
a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl
23.04.2024 592 Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib
Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn
23.04.2024 114 Bütün sosial ödənişlər bu tarixdə veriləcək
Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib
23.04.2024 616 Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO
Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən
23.04.2024 913 İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR
Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib
23.04.2024 280 4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı
Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar
23.04.2024 350