Gustave Faberge: əfsanəvi dəbdəbə yaradıcısı

Gustave Faberge: əfsanəvi dəbdəbə yaradıcısı
Gustave Faberge-ni sözün əsl mənasında məşhur zərgərlik şirkətinin əfsanəvi yaradıcısı hesab etmək olar. O 1814-cü ildə Parnda dünyaya gəlib. Gənclik illərində Peterburqda təhsil almağa qərar verir və elə bu şəhərdə qalır. Onun 28 yaşı olduqda artıq öz biznesini yaratmağa hazır olduğunu düşünür və kiçik bir emalatxana açır.

Gustave Faberge-nin öz işini başlamaq üçün haradan pul əldə etdiyi bu günə qədər də məlum deyil. Zərgərlik incəsənəti tarixçilərindən birinin təxminlərinə görə, Faberge pulları danimarkalı qaynatasından ala bilərdi. O həmçinin bu pulları öz atasından da ala bilərdi. Peter Faberge xarrat idi və daha sonradan bəxti gətirərək zəngin tacir qızı ilə evlənə bilir. Gustav ailənin ən kiçik övladı idi. Onun üç bacısı var idi və o zamana qədər onlar çoxdan ailə həyatı qurmuşdular və öz övladları var idi.
Gustave Faberge: əfsanəvi dəbdəbə yaradıcısı
"Zərgərlik nəhəngi" üç nəfər tərəfindən yaradılıb. Faberge-nin ilk əməkdaşlıq etdiyi şəxslər Avqust Holmstrom və Hinkias Pendin idi. Hinkias Perdin isə öz növbəsində Karl Faberge-nin gələcək müəllimi iid.

Gustave-ın öz biznesini necə aparması dövrün əsas sirri idi. Belə məlum olur ki, o 1860-cı ildən etibarən öz işlərini Drezdendən idarə edir. Tarixçilərin verdiyi məlumata görə, Faberge ailəsi nəslin 4-cü davamçısını daha yaxşı bir iqlimdə dünyaya gətirmək üçün ora köçmüşdü. Beləliklə, 1862-ci ildə ailədə Aqafon Faberge – bu nəslin ən istedadlı rəssamı dünyaya gəlir. Onun eskizlərinə Ermitaj muzeyində rast gəlmək mümkündür.

1872-ci ildə Gustav Faberge işlərdən uzaqlaşmaq qərarına gəlir. Lakin hətta təqaüddə olduğu zaman belə işdən uzaqlaşmır. O daha sonradan emal etmək üçün oğlu Karla qiymətli daşlar göndərirdi.
Çox təəssüflər olsun ki, heç bir muzey kolleksiyası Gustav Faberge-nin yaratdığı dəbdəbəli nümunələri sərgiləmir. Lakin İngiltərə kraliçasının 1914-cü ildə yardılmış və Gustav Faberge-nin 100 illik yubileyinə həsr edilmiş mozaik pasxa yumurtası var. O zaman onun dəyəri 240 min dollar idi. Ekspertlər belə hesab edirlər ki, bu əl işini 7-10 milyon dollara satmaq olar
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1397 Tarix: 17.04.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol