İngiltərə futbolunu idarə edən milyarderlər - Siyahı

İngiltərə futbolunu idarə edən milyarderlər - SiyahıGoal.com İngiltərə Premyer Liqasının ən zəngin klub sahiblərini müəyyənləşdirib.

BiG.AZ saytı axar.az saytına istinadən siyahını təqdim edir:

Mike Eşli (Nyukasl)
Sərvəti - 2.8 milyard dollar

"Sports Direct" adlı pərakəndə satış mağazasının sahibi olan Mike Eşli "Nyukasl"ın səhmlərinin bir hissəsini 91 milyon dollara almaqla hər kəsi təəccübləndirmişdi. Eşli daha sonra da qalan səhmləri 131 milyon dollara alaraq klubun sahibinə çevirilib.
Maraqlı: Eşli bir dəfə 335 min dollarlıq hesabı ödəmək üçün qumar oynayıb, amma qazana bilməyib.

Katarina Lieberr (Sautqempton)
Sərvəti - 3 milyard dollar

Katarina Lieberr 2010-cu ildə atasının gözlənilməz vəfatından sonra 3 milyard dollarlıq sərvətin sahibinə çevirilib. "Sautqempton"un bütün səhmlərinə sahib olan Lieberr klubun prezident vəzifəsini də Ralp Kruegerdən təhvil alıb.
Maraqlı: Katarina ""Sautqempton"u satmaq ehtimalının "0"a bərabər olduğunu deyir.

Şahid Xan (Fulhem)
Sərvəti - 3.8 milyard dollar

Şahid Xan "Forbes"in "Ən varlı 400 amerikalı" siyahısına 125-ci pillədən qoşulmuşdu. 1980-ci ildə "Flex-N-Gate" adlı avtomobil hissələri istehsal edən fabrik quran Xan qısa müddətdə içərisində böyük sərvətin sahibinə çevirilib. O, "Fulhem"i 2005-ci ildə 250 milyon dollara alıb.
Maraqlı: Şahid Xan 2010-cu ildə NFL klublarından "Louis Rams"dakı səhmlərini Stan Kroenkeyə satıb.

Ellis Şort (Sanderlend)
Sərvəti - 4 milyard dollar

İş dünyasının ən maraqlı simalarından biri olan Ellis Şort sərvətnin böyük hissəsini riskli yatrımlardan əldə edib. O, aralarında Almaniyanın "IKB Deutsche Industriebank AG" və Şotlandiyanın "Skibo Castle" kimi şirkətlərinin də olduğu bir çox böyük şirkətin səhmlərinə sahibdi. 2008ci ildə "Sanderlend"i satın alan iş adamı kluba bu günədək 335 milyon dollar xərcləyib.
Maraqlı: Ellis Şort "Sanderlend"in qələbə qazandığı son matçdan sonra təşkil etdiyi ziyafətdə 3 min dollarlıq bəxşiş vermişdi.

Stan Kroenke (Arsenal)
Sərvəti - 4 milyard dollar

Ticarətə daşınmaz əmlakın satışı ilə başlayan Kroenke daha sonra "Kroenke Sports Enterprises" adlı şirkət qurub. O, NFL-dən "St. Louis Rams", NBA-dan Denver Nuggets, NHL-dən "Colorado Avalanche", AFL-dən "Colorado Crush", MLS-dən "Colorado Rapids" kimi klubların hissələrini alıb. Kroenke bu klublarla yanaşı, Denverdəki "Pepsi Center"in də sahibidir. 2007-cü ildə "Arsenal"ın səhmlərinin böyük hissəsini alan iş adamı bunun üçün təxminən 1,2 milyard dollar xərcləyib.
Maraqlı: Kroenke "Wal-Mart" zincirinin varisi Ann Valtonla evlənib. Cütlüyün sərvəti təxminən 6 milyon dollardır.

Co Levis (Tottenhem)
Sərvəti - 4.2 milyard dollar

"Tavistock Group"un prezidenti Levisin bu holdinqi 1975-ci ildə bir çox sahələrə yatırım qoymağa başlayıb və hazırda 200-dən artıq şirkəti ətrafında birləşdirir. Enerji və yanacaq sahəsində bir çox yatırımı olan iş adamı cari mövsümdən əvvəl "Tottenhem"ə təxminən 150 milyon dollar xərcləmişdi.
Maraqlı: Levis hazırda "Aviva" adlı dəbdəbəli gəmisində yaşayır və işlərini burdan idarə edir. İş adamı həm də ümumi dəyəri təxminən 1 milyard dollar olan sənət kolleksiyasının sahibidi.

Malkolm Qleyzer (Mançester Yunayted)
Sərvəti - 4.5 milyard dollar

Gənc yaşında ailənin bütün işlərinin başına keçən nyu-yorklu iş adamı uğurlu yatırımları ilə şirkəti qısa müddətdə böyüdüb. Qlazer ticarət mərkəzlərinin idarəçiliyini həyata keçirən "First Allied Corporation" adlı qrupun da rəhbəridi. O, ilk dəfə idman sahəsinə 1995-ci ildə yatırım qoyub. NFL klublarından "Tampa Bay Buccaneers"i alan Qlazer daha sonra 1,3 milyard avro xərcləyərək "Mançester Yunayted"i almışdı. Klubun idarəçiliyi ilə oğlanları məşğul olur.
Maraqlı: Qlazer 1995-ci ildə "Bucs" üçün 192 milyon dollar ödəyib.

Roman Abramoviç (Çelsi)
Sərvəti - 13.8 milyard dollar

Neft sektorunda yatırımları ilə məşhurlaşan Abramoviç polad sənayesində də fəaliyyətə başlayıb. Böyük bir gəmi, təyyarə, maşın və ev kolleksiyasına sahib olan rusiyalı iş adamı 2003-cü ildə "Çelsi"ni satın aldıqdan sonra böyük pullar xərcləməyə başlayıb. Ölkəsində "National Academy of Football" adlı bir futbol akademiyası quran iş adamı Rusiyada 50-dən çox futbol meydançası tikdirib.
Maraqlı: Abramoviç 10 ən varlı rus iş adamlarından biridi.

Əlişir Usmanov (Arsenal)
Sərvəti: 18.6 milyard dollar

Rusiyanın ən varlı iş adamı olan Usmanov metal və mədən sektorunda fəaliyyət göstərən şirkətlərin sahibidi. Texnologiya sektorunda da önəmli yatırımları olan iş adamı "Twitter"in ən böyük səhmdarlarından biridi. Ötən il "Apple" və "Facebook"dakı səhmlərini satan rusiyalı milyader "Arsenal"ın ən böyük səhmdarlarından hesab olunur. O, təxminən 1,5 il əvvəl açıq bir məktub yazaraq "Arsenal"ın iş modelini və idarəçilik üsulunu tənqid etmişdi.
Maraqlı: Usmanov son olaraq "Alibaba" adlı bir internet şirkəti qurub.

Mənsur bin Zayed Əl Nahyan (Mançester Siti)
Sərvəti - 31.5 milyard dollar

Şeyx Mənsur ümumi sərvəti təxminən 150 milyard dollar dəyərində olan bir ailənin nümayəndəsidir. O, şəxsi sərvətinin böyük bir hissəsini neft sektorundan qazanıb. Şeyxin həmçinin "Virgin Galactic" (Kosmik uçuş şirkəti), "Daimler AG" (avtomobil şirkəti) və "Abu Dhabi Media Investment Corporation" kimi şirkətlərdə səhmləri var. 2008-ci ildə təxminən 1,5 milyard dollar qarşılığında "Mançester Siti"ni satın alıb. Heyx Mənsur bu günə qədər kluba böyük məbləğdə pul xərcləyib.
Maraqlı: Atlara böyük marağı olan Şeyx Mənsur öz atının şərəfinə festivallar təşkil edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2289   Tarix: 16 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024