Xoşbəxtliyə açar olan doqquz qayda

Xoşbəxtliyə açar olan doqquz qaydaMark Tven dünya ədəbiyyatının parlaq simalarından biridir. Məşhur romanlar müəllifi olmaqla yanaşı, o, istedadlı natiq, satirik və müəllim idi. Ömrünün sonuna doğru ard-arda baş verən faciələrə:

Üç övladını, həyat yoldaşını və ən yaxın dostunu itirməsinə, ölümcül xəstəliyə tutulmasına rəğmən, müasirlərinin qeydlərinə görə, Tven yumor hissini itirməmişdi. Bir dəfə onun öldüyü barədə şayiə yayılır və bu şayiələr Tvenin də qulağına çatır. Yazıçının tarixə düşmüş cavabı belə olmuşdu: "Mənim ölümüm barədə şayiələr çox şişirdilib".

1. Özündən məmnun olmayan insan həyatdan məmnun ola bilməz.

Özünüzdən, öz davranışınızdan və hərəkətlərinizdən məmnun deyilsinizsə, həmişə ümumi narahatlıqdan əziyyət çəkməli olacaqsız. Özündən məmnun insan sakitdir, özünü daxilən azad hiss edir və gerçəkdən arzuladığı hər şeyə nail ola bilər. Özünüzü daxilən azad hiss etmirsizsə, bu, sizin yüksəlişinizə ciddi əngəl olacaq. Hətta yüksəliş yollarını düzgün müəyyən etsəz belə, daxili azadlığın olmaması irəliləyiş yolunda müqavimətə çevriləcək. Azad olmağı bacarmalısız. Başqalarından bəyəni gözləməyin. Bəyənini öz içinizdə axtarın. Bu daxili səddi aşın və özünüzə sahib çıxın. Elə də asan məsələ deyil, öhdəsindən gəlmək bir xeyli zaman çəkə bilər, odur ki, ruhdan düşməyin.

2. Yaş yalnız sizin şüurunuzdadır. Əgər onun haqda düşünmürsüzsə, deməli, mövcud deyil.

Bir çox sədlər məhz şüurumuzdadır. Bizə elə gəlir ki, hansısa işlə məşğul olmaq üçün yaşımız ötüb, bu iş daha bizlik deyil, bundan sonra dəyişə bilmərik. İnamla deyə bilərəm, həyatda elə bir vəziyyət çətin mümkün olsun ki, ürəyinizə yatan bir işlə məşğuliyyət üçün artıq gecikmiş olasız.

3. Gülüş – insana məxsus olan ən güclü silahdır; heç kim incə yumor həmləsinə duruş gəritə bilməz.

Yumor istənilən ciddi vəziyyəti gülüş üçün zəminə çevirə bilir. Gülüş xoş ovqatın rəhnidir. Ovqat yaxşı olanda işləmək də asan olur, çünki gülüş mənfi emosiyaları beyindən sıxıb çıxarır, müsbət yüklü beyin bədəndə yeni güc axını yaradır. Ovqatı xoş insan istənilən problemin həllinə daha yaxındır, nəinki ovqatı təlx biri.

4. Qəzəb – içində saxlandığı qabı aşındıran turşu kimidir. O, saxlandığı qaba töküldüyü qabdan daha çox zərər yetirir.

Qəzəb ilk növbədə bətnində yuva saldığı kəs üçün dağıdıcı, ən azından isə faydasızdır. Qəzəbli olarkən siz vəziyyət üzərində nəzarəti asanlıqla itirirsiz və bir çox səhv hərəkətlər, o cümlədən cinayətlər məhz qəzəbli vəziyyətdə törədilir. Birinə qarşı daimi qəzəbiniz varsa, anlamalısız ki, bununla həmin adama deyil, elə özünüzə zərər yetirirzis. Ola bilsin, həmin adamın sizin qəzəbinizdən heç xəbəri yoxdur. İndi baxın, belə qəzəb onamı, yoxsa sizin özünüzə ziyandır. Qəzəb duyduğunuz adam vaz keçiləcək biri deyilsə, arada olan münaqişəni qaldırmaq üçün ilk addımı ondan gözləməyin, bunu heç tərəddüdsüz özünüz edin. Buna görə heç vaxt peşmançılıq duymayacaqsız, çünki bilirsiz, bu addımı məhz öz əsəblərinizi xilas etmək üçün atmısız. Gərəksiz qəzəbdən uzaq olmağı bacarmaq özü bir məsudluqdur.

5. Sanmayın ki, dünya sizə nədəsə borcludur. Dünyanın sizə heç bir borcu yoxdur. O, sizdən əvvəl də mövcud idi.

Uşaqkən bizə lazım olan çox şeyi valideynlər təmin etdiyindən, bəzi adamlar yetkinlik yaşına çatdıqdan sonra da şüuraltı olaraq uşaqlıq gözləntilərini bir növdən saxlayırlar. Onlara elə gəlir ki, ətrafdakılar onlar üçün nələrisə etməlidir. Bunun üçün özlərindən səbəblər də düşünüb tapırlar. Sanki hər nə istəsələr dünya bunu onlara verməyə borcludur. Gözləntiləri doğrulmadıqda kimdəsə günah axtarır, küsür, depressiyaya düşürlər. Birdəfəlik qəbul etmək lazımdır ki, dünyada bir çox şeylər bizə aydın olmayan qaydalarla cərəyan edir, əgər görürsüzsə ki, nəsə siz istəyən kimi getmir, bunda kimisə günahlandırmağa gərək yoxdur. Çalışın, arzu etdiyiniz şeylərə öz əzminizlə nail olasız. Dünya indiyədək çox ədalətsizliklərə şahiddir, hesab etməyin ki, ən dəhşətli ədalətsizlik belə onun sonu ola bilər.

6. Yeni ideyalarla ortaya çıxan insanı bu ideyalar uğur qazanmayınca əcaib sayırlar.

Yeniliklər həmişə qorxuducudur. İnsanların yeni ideyalara göstərdiyi reaksiya sizi və ya sizin ideyalarınızı deyil, həmin adamların özlərini səciyyyə edir. Bu onların daxili hisləridir, hansılar ki, sözlərində, hərəkətlərində və mühakimələrində ifadə olunur. Hətta ən qorxunc vəziyyətdə də onlar sizi gec-tez rahat buraxacaq və öz işlərinin başına qayıdacaqlar. Buna görə, vahiməyə düşməyin və lazım bildiyiniz işi görməkdən çəkinməyin. Bir çox görkəmli adamlar və yenilikçilər təcrid edildikdən xeyli sonra öz istəklərinə nail olmuş, haqq etdikləri dəyəri qazanmışlar.

7. Pessimizm – zəif əsəbli adamların müdriklik kimi başa düşdüyü sözcükdən başqa bir şey deyildir.

Sizin fərdi dünyanız diqqətinizin nələr üzərində cəmlənməsndən xeyli asılıdır. Siz problemlər içində itib-bata və özünüzü öz gözünüzdə əzabkeş və qurban kimi görə bilərsiz. Amma diqqətinizi pozitiv şeylərə cəmləməklə qısa zamanda həyatınızın yaxşıya doğru dəyişdiyini hiss edəcəksiz. Qeyri-iradi olaraq diqqətinizi problemlərə cəmləməklə siz yaxşıya doğru yolunuzu özünüz qapadırsız. Problemlər barədə düşüncələri bir az qovun ki, qəlbinizdə fərəh üçün yer açılsın.

8. Öz ruhunu yüksəltməyin ən yaxşı yolu başqasının ruhunu yüksəltməkdir.

Çətinliyə düşmüş bir insana, hətta tanımadığınız biri olsa, imkan daxilində kömək göstərdikdə ruhunuz mütləq yüksələcək. İnsanın özünü xilaskar kimi görməsi fərəh doğurmaya bilməz. Eyni zamanda, yardım etdiyiniz adam da əvəzində sizə və ya başqa birinə yardım etməyə çalışacaq. Beləcə, şəfqət hissi getdikcə daha çox adamı bürüyəcək.

9. İyirmi il sonra siz etdiklərinizdən daha çox, etmədiklərinizə görə təəssüf çəkəcəksiz.

Buna görə, yelkənləri qaldırın və sakit limanı tərk edin. Yelkənləriniz üçün səmt küləyi seçin. Axtarın. Xəyallar qurun. Kəşflər edin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2952   Tarix: 13 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055