Cəbhədəki partlayışın əsl səbəbi: yaralı əsgər danışdı- FOTO

Cəbhədəki partlayışın əsl səbəbi: yaralı əsgər danışdı- FOTOƏsgər bayrağı səngərdən asmaq üçün külünglə bayrağın dirəyinə vurdu və partlayış baş verdi

BiG.AZ xezerxeber-ə istinadən xəbər verir ki,məlum olduğu kimi aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan əsgərlər hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdiriliblər. "Bizim yol" qəzetinin əməkdaşı onların müalicə olunduğu hospitalda olub. Qeyd edək ki, hadisə nəticəsində 6 hərbçi yaralanıb, 3 nəfər həlak olub.

Qəbul şöbəsindən bildirilib ki, burada 3 yaralı əsgər var. Həmin əsgərlər Talıbov Emin Talıb oğlu, Musayev Bəhruz Məhəmməd oğlu və Mirzəyev Alı Pənah oğludur. Ən ağır yaralının E.Talıbovun olduğu bildirildi. Digər xəstələrin vəziyyətinin normal olduğu deyildi.

Qəbul şöbəsində xəstələrin Hospitalın Reanimasiya şöbəsində olduğu deyilsə də, oradan deyilib ki, xəstələr Oftalmologiya şöbəsindədir.

Qəzetin əməkdaşı yazır ki, o səhhətinin ağır olduğu deyilən əsgər Emin Talıbovun yerləşdiyi 105-ci palataya yollanıb. Valideynləri və qohumları da burda idi. Yaralı əsgər və onun yaxınları ilə söhbət edə bildik.

Yaralı əsgər 5 dəfə əməliyyat olunacaq

"Oğlum Emin əziyyət çəkərək danışır. Sol gözündən əməliyyat olunub, ağır xəsarət alıb. Əməliyyat olunmayan sağ gözünü isə aça bilmir. Sinədən yuxarısı, baş da daxil olmaqla xəsarətlər alıb. Bədəninə qəlpələr daxil olub", deyə yaralı əsgərin atası Talıb Talıbov bildirdi. Onun sözlərinə görə, oğlu Emin 2013-cü ilin iyul ayında hərbi xidmətə çağırılıb: "Emin 9 aydır ki, əsgərdir, xidmət müddəti 1 il 6 aydır. 2015-ci ilin yanvar ayında ehtiyyata buraxılmalı idi".

Talıb Talıbov bildirdi ki, həkimin ona dediyinə görə, Eminin həyatı təhlükədə deyil: "Həkim dedi ki, Emin hələ 4 dəfə əməliyyat olunacaq. Bir dəfə əməliyyat olunub. Gözündə, üzündə və başqa bədən nayihələrində minanın qəlpələri var. Qəlpələri bədənindən təmizləmək azı 2 ay vaxt aparacaq".

Çətinliklə danışan yaralı əsgər Emin Talıbovla qısa söhbət edə bildik. O, səhhətinin yaxşı olduğunu, sağ qalmasını möcuzə hesab etdiyini vurğuladı.

Emin Talıbov hadisəni belə təsvir etdi: "Səngər batmışdı, biz də səngəri təmizləyirdik. Oradakı minaların da təmizlənməsi nəzərdə tutulmuşdu. Ancaq səngər minalardan yaxşı təmizlənmədi deyə tank əleyhinə mina partladı. Əsgər Kərimov Seyfəddin bayrağı səngərdən asmaq üçün külünglə bayrağın dirəyinə vurdu. Külüng bayrağın dirəyinə dəyən zaman mina partladı. Kapitan Orucəliyev Ceyhun, əsgərlər Kərimov Seyfəddin və Abdullayev Novruz minalanmış əraziyə yaxın dayanmışdılar. Mən və bir neçə əsgər partlayış baş verən yerdən bir az kənarda idik".

"Yaralıların vəziyyəti stabildir..."

Müdafiə Nazirliyinin rəsmi saytında aprelin mina partlaması nəticəsində ağır yaralanan əsgərlərlə bağlı Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil Babayevin açıqlamasını yerləşdirib. F.Babayevin açıqlamasında bildirilir: "Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı və baş reanimotoloqu hadisə bölgəsinə yollanıblar.

Yaralıların hamısına yerində baxış keçirilib. Xəsarət alanlar çox qısa müddətdə bölgədəki müalicə müəsissəsinə çatdırılıblar, hər birinə vaxtında müvafiq yardımlar göstərilib. Yaralılara daha ixtisaslaşdırılmış yardımın göstərilməsi məqsədilə onlar sanitar aviasiya vasitəsilə Silalhli Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə olunub. Ümummiyyətlə qeyd etmək istərdim ki, yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Onların müalicəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin tam nəzarəti altındadır və adekvat gedir. Müalicə müddəti hələ tam bəlli deyil. Bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil. Bu, bir çox səbəblərdən asılıdır. Düşünürəm ki, yaxın 10 gündə müalicənin yekunları haqqında məlumat vermək mümkün olacaqdır.

Yüngül xəsarət alanlar yerində hərtərəfli müəyinə olundu. Ciddi zədələri olmadığından hər hansı bir dərin müayinəyə, yaxud Silalhli Qüvvələrin Baş Klinik Hospitalında müəlicəyə ehtiyac yoxdur.

Yaralılar sanitar helikopter vasitəsilə mərkəzi hospitala gətirilib. Helikopterdə yol boyu ixtisaslaşdırılmış cərahiyyə yardımı, ümummiyyətlə reanimasion tədbir görmək üçün bütün lazımi avadanlıq, dərman preparatları vardır. Uçuş müddətində hansısa bir hal baş verərsə dərhal onu aradan qaldırmaq üçün helikopter ən müasir avadanlıqla təchiz olunub.

Xəstələrə psixoloji yardım da göstəriləcək. Təbii ki, bu önəmli məsələlərdən biridir. Artıq o iş başlanıb. Birinci gündən onların psixoloji reabilitasiyası ilə məşğul olunur, məsələ tam nəzarət altındadır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7131   Tarix: 10 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693