Ağıllı telefonlarla bağlı bilmədiyiniz 6 SİRR

Ağıllı telefonlarla bağlı bilmədiyiniz 6 SİRRMobil telefonunuz itibsə, təşvişə ehtiyac yoxdur

Son illər ağıllı telefonların bazara çıxarılması əsas işi texnologiya ilə bağlı olan və bu texnikadan düzgün istifadə etməyi bacaran insanların işini daha da asanlaşdırdı. Lakin bütün bunlarla yanaşı, düzgün istifadə edilmədiyi halda ağıllı telefonlar həm də şəxsi, gizli məlumatlarımızın deşifrə edilməsi baxımından olduqca təhlükəlidir. Bu tipli təhlükələrlə qarşılaşmamağınız üçün indi sizinlə Android sistemli mobil vasitələrdən istifadə edərkən, əməl etməli olduğumuz təhlükəsizlik qaydaları haqqında danışmaq istəyirik.

Ekranınızı kilidləyin!
Əməl etməli olduğunuz ən əsas təhlükəsizlik tədbiri ekranı kilidləməkdir. Bu tətbiq demək olar ki, bütün cihazlar üçün eynidir. Bunun üçün mobil alətdən istifadə etməyə başlamazdan əvvəl parametrlər bölməsindən təhlükəsizlik və ekran kilidləmə hissəsini seçin. Sizin üçün xüsusi əhəmiyyətli olan qovluqları iki dəfə kilidləyin. Bu mövzuda App Lock tətbiqini "Google Play Store"dan pulsuz yükləyə bilərsiniz.

Mobil telefonunuz itibsə, təşvişə ehtiyac yoxdur
Bu mövzuda həm Google, həm də ESET Mobile Security, Anti-Theft tətbiq proqramı sizə unikal təhlükəsizlik tədbirləri təklif edir. Belə ki, səssiz rejimdə olan telefonunuz evdə itsə belə, (divanın, şkafın arxasına düşsə də) Anti-Theft tətbiqi ilə onu asanlıqla tapa bilərsiniz. Eyni zamanda telefonunuz sizdən çox uzaqda olduğu halda başqasının əlinə keçməsin deyə, onu kilidləyə və xəritə üzərindən yerləşdiyi ərazini tapa bilərsiniz.

Gizli məlumatlarınızı telefonda saxlamayın
Məsələn, kredit kartınızın şifrəsini və ya şəxsiyyət vəsiqənizdəki fotoşəkili telefonunuzun yaddaşında saxlamağınız təhlükəsizliyiniz baxımından etibarlı deyil. Çünki mobil telefonunuz istəmədiyiniz bir insanın əlinə keçərsə, o, asanlıqla bu məlumatlardan istifadə edərək, sizin adınızdan müxtəlif xoşəgəlməz işlərə imza ata bilər. Düzdür, telefonunuzu itirdiyiniz halda siz eyni zamanda "Google Android Device Manager" və "ESET Mobile Security"də Anti-Theft proqramı vasitəsilə uzaqdan məlumatlarınızı silə bilərsiniz. Amma daha yaxşı olar ki, şəxsi məlumatlarınızı saxlamaq üçün hard disklərdən və mikro kartlardan istifadə edəsiniz.

Hər proqramı yüklədikdə icazə pəncərəsini diqqətlə oxuyun!
Androiddə tətbiq icazə pəncərləri darıxdırıcı kimi görünsə də, əslində bu sizin mobil sisteminizin təhlükəsizliyini təmin etmək baxımından çox önəmlidir. Bəzi hallarda proqram yükləyərkən icazə pəncərəsi sizdən Android funksiyasına və şəxsi məlumatlarınıza nəzarət etmək üçün icazə istəyir. Əgər bu icazə mətnini oxumadan onunla razılaşırsınızsa, deməli bilərəkdən şəxsi məlumatlarınızın təklükəsizliyini heçə endirirsiniz. Bunun üçün də daha yaxşı olar ki, nə qədər sıxıcı hesab etsəniz də, hər proqramı, tətbiqi yükləyərkən icazə pəncərəsini diqqətlə oxuyasınız.

Telefonla ödəmə edərkən diqqətli olun!
Müasir Android cihazlar telefonla ödəmə imkanı təqdim edən NFC sisteminə malikdir. Hətta bəzi ölkələrdəki mağazalarda bununla bağlı ödəmə sistemləri fəaliyyət göstərir. ESET araşdırmaçıları belə qənaətə gəliblər ki, banklarla bağlı hər yeni texnologiya komputer hücumları üçün potensial hədəfdir. Buna görə də bu texnologiyadan istifadə edərkən bankdan doğru məlumat alınması və ya birbaşa olaraq NFC sistemi ilə ödəmə edilməsi tövsiyə edilir.

Təhlükəsizlik proqramı istifadə edin!
ESET-in məlumatlarına görə, son bir ildə ağıllı telefonlarda mənfi məqsədlərlə işlədilən proqramların sayı 63 faiz artıb. Yəni heç də istifadə etdiyiniz bütün proqamlar təhlükəsiz deyil. Bunun üçün eyni ilə komputerinizi qoruduğunuz kimi cib telefonunuzu da qorumaq məqsədilə mobil təhlükəsizlik (Mobile Security) proqramları istifadə edin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4750   Tarix: 09 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580