Xoşqədəm Hidayətqızına ad günü təbrikləri

Xoşqədəm Hidayətqızına ad günü təbrikləriAprelin 6-da ATV kanalında yayımlanan "Səni axtarıram" verilişi 3 illik efir yaşını qeyd edəcək. BiG.AZ xəbər verir ki, verilişdə ekspert qismində çıxış edən ziyalılar "Səni axtarıram" haqqında fikir və təbriklərini modern.az-la bölüşüb.

Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov: "Mən verilişlər içərisində onu ən yüksək veriliş hesab edirəm. Xalqa xidmət edən bir verilişdir. Həqiqətən də, insanları bir-birinə qovuşdurur. Harda olsa, onu axtarır tapır. Bundan böyük bir hadisə ola bilməz. Bütün kollektivi təbrik edirəm, uğurları bol olsun. Çünki onlar hər şeyə layiqdirlər. Böyük işlər görürlər. Uzun müddətdir ki, orada ekspert kimi iştirak edirəm. Hətta "Sən tək deyilsən" verişindən də orada ekspert kimi iştirak edirdim. O da gözəl veriliş idi. Sonradan Xoşqədəm xanım bunu çevirdi "Səni axtarıram"a. Bəzən elə iştirakçılar olur ki, kiminsə təqsirindən acınacaqlı vəziyyətə düşüb. Zəmanəninmi, bizimmi, cəmiyyətinmi, özününmü, ya kimin? Əsas çətinlik bunu aydınlaşdıranda olur. Qalan hər şey normaldır. Arzu edirəm ki, daha böyük uğurlara imza atsınlar, daha da ucalsınlar".

Jurnalist Xaqani Səfəroğlu: "Səni axtarıram" verilişi Azərbaycan televiziya məkanında ilk sosial-ictimai yükü, mesajı olan bir veriliş oldu. Verilişin formatı, məzmunu Azərbaycan cəmiyyətində baş verən reallıqları göstərdi. Bir-birini axtaran insanların qovuşma məkanına çevrildi. Burada vacib məsələ verilişin cəmiyyətə verdiyi mesaj idi. Azərbaycan tamaşaçısı ölüm, itki hadisələrini başqa millətlərin efirindən görürdü. İlk dəfə olaraq tamaşaçılar yanında olan insanın faciəsi, itkisi barədə xəbər tutdu. Verilişin formatı çox ağırdır. Mən verilişdə ekspert-jurnalist qismində çıxış edərkən aparıcı Xoşqədəm Hidayətqızının çətin bir vəziyyətdə proqramı idarə etdiyinin şahidi oldum. Verilişdə iştirak edən hər tamaşaçı bir tale haqqında eşidəndə öz faciəsi yadına düşür və çox kədərli bir ortam yaranır. O qədər kədərli bir auditoriyanı idarə etmək çətindir. Düşünürəm ki, verilişin bu qədər populyar olmasının səbəbi də oradakı həyat hekayələrinin həqiqiliyi oldu. Tamaşaçı efirdən ona təqdim olunan həyat hekayəsinin saxta olduğunu görmür. İştirakçı ilə birgə həmin həyat hekayəsini yaşayır. Verilişin qayəsi odur ki, insanlar çətin anlarda bir-birinin yanında olmalı, dəstək verməlidirlər. Burada varlı, kasıb təbəqəsi yoxdur, insanlıq var. Yadımdadır bir nəfəri axtarırdılar, orada rus diasporundan tutmuş Bakıya qədər hər kəs kömək etmək üçün cəmləşmişdi. İp ucu bilən bir adam kömək etməyə çalışırdı. Bu da insanlara kollektiv həmrəylik mesajını verdi. Verilişi bu baxımdan uğurlu hesab etmək olar. Tam yeni formatda və ictimai məzmunlu yükü olan bir veriliş kimi özünü doğrulda bildi. Hesab edirəm ki, veriliş özündə dövlətin də maraqlarını əks etdirir. Bunu kommersiya proqramı saymaq olmaz. Uğurlar arzu edirəm, 30-50 illik yubileylərini qeyd etsinlər. Xoş xəbərləri daha bol olsun. Axıdılan göz yaşları xoş müjdədən, sevincdən olsun".

Jurnalist Seymur Vedizadə: "Səni axtarıram" şəksiz Azərbaycan teleməkanının ən populyar verilişidir. Bu populyarlığın arxasında Xoşqədəm Hidayətqızının şəxsi keyfiyyətləri və yaradıcı kollektivin gərgin əməyi dayanır. Üstəlik, "Səni axtarıram" reytinq cədvəllərində birinci olmaq üçün ucuz sensasiya arxasınca qaçmayıb, şəxsi həyata müdaxilə etməyib, milli-mənəvi dəyərlərə həmişə sadiq olub. Etiraf edim ki, jurnalist kimi məşhurlaşmağımda "Səni axtarıram"ın rolu da danılmazdır. Xoşqədəm Hidayətqızının əvvəlki layihəsində - "Sən tək deyilsən" layihəsində də iştirak etmişəm. Xoşqədəm xanım Azərbaycan jurnalistlərinə böyük etimad göstərib. Hər verilişdən sonra mobil telefonuma gələn çoxsaylı telefon zəngləri və saysız-hesabsız mesajlar onu deməyə əsas verir ki, mən bu etimadı doğrultmuşam. Həmişə jurnalist tərəfsizliyini qorumağa, haqqı nahaqqın ayağına verməməyə çalışmışam. Bundan sonra da bu prinsiplərə sadiq qalacağam. Məncə, "Səni axtarıram"ın ən böyük uğuru Azərbaycan tamaşaçısını doğma efirlərə geri qaytarmasıdır. "Səni axtarıram" Azərbaycan teleməkanında sağlam rəqabəti gücləndirdi. Son vaxtlar müxtəlif televiziya kanallarında bir-birindən maraqlı verilişlərin efirə yol tapmasında "Səni axtarıram"ın danılmaz rolu var. Xoşqədəm Hidayətqızı sübut etdi ki, nəinki yerli telekanallardan üz döndərmiş insanları geri qaytarmaq mümkündür, hətta qonşu ölkələrin tamaşaçılarını da Azərbaycana məxsus olan bir televiziya verilişinin işığına toplamaq olar.
"Səni axtarıram" bunu bacardı. Hesab edirəm ki, "Səni axtarıram"ın uğur qazanmasında düzgün ekspert seçiminin də rolu var. Xoşqədəm xanım Azərbaycan cəmiyyətinin qaymaqlarını - tanınmış ziyalıları, elm və mədəniyyət xadimlərini, millət vəkillərini öz verilişinə dəvət etməklə qalmaqallı şou-biznes əhlinin iştirakı olmadan da uğur qazanmağın mümkünlüyünü sübut etdi. "Səni axtarıram"ın 3 yaşını təbrik edir. bundan sonra da reytinq cədvəllərində birinci olmağı arzulayıram".

Aktyor Ağaxan Salmanlı: "Səni axtarıram" verilişi dəyərli, lazımlı verilişdir. Orada illərlə ayrı düşmüş insanlar bir-birini axtarıb tapır, sevinir. Kədərli sonluqlar da olur. Neyləmək olar, həyatdır. Aparıcısı Xoşqədəm xanım xeyirxah, mədəni, daxili mədəniyyətə sahib tərbiyəli bir insandır. Əsası odur ki, içində insanlara böyük sevgi var. Təcrübəli jurnalistdir. Səlis danışığa malik, fikirlərini aydın, lakonik, təsirli ifadə etməyi bacarır. Bu verilişə dəvət olunan ekspertlərin seçimində də həssas və məsuliyyətlidir. Mən verilişi təşkil edən komandanın işində heç bir qüsur görmürəm. Müraciət edən insanlarda bəzən vəziyyəti təhrif etmə, özünə sərfəli pozisiyadan yanaşma hallarına, bəzi məqamları gizlətməyə, günahını etiraf etməyə cəsarətsizliyə rast gəlinir. Təbii ki, belə hallarda ekspertlər hamılıqla çalışırıq ki, həqiqəti üzə çıxarıb, insanlara kömək edək. Belə vəziyyətlərdə çətinliklərimiz olur, əsəb keçirənlər də olur, lakin, bütün bunlar nəticədə arxada qalır. Kimsə kiminisə, tapır qovuşur. Bu sevinc hissləri hər şeyi bizə unutdurur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5579   Tarix: 07 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942