Nokia-nın 1 Aprel zarafatı - Foto

"Nokia" şirkəti də 1 Aprel gününü qeyd edib.

Şirkət rəsmi bloqunda "Windows Phone" idarəetmə sistemi ilə işləyən və 41 meqapiksel kamerası olan "Nokia 3310" smartfonunun konseptini təqdim edib.

BiG.AZ-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, smartfonun konseptində qeyd olunur ki, 2000-ci ildə istehsal olunan modelin yenilənmiş versiyasında iki nüvəli çipset yerləşdirilib və RAM-ı 2 GB olan telefonda "microSD" standartlı kart üçün slot var. Ekran qismində diaqonalda 3 düyüm ölçüyə malik 768x1280 piksel icazəli "Clear Diamond" paneldən istifadə olunur.

Qeyd edək ki, Nokia-nın 3310 modeli 2000-ci ildə istehsal olunub və o, şirkətin tarixi ərzində ən çox satılan telefonlardan olub. Belə ki, Finlandiya istehsalçısı həmin dövrdə təqribən 125 milyon nüsxə satmışdı.

Nokia-nın 1 Aprel zarafatı - FotoNokia-nın 1 Aprel zarafatı - Foto


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 4272   Tarix: 05 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş