Subay qızlar nəyə görə evli kişilərlə münasibətə meyil edirlər?

Subay qızlar nəyə görə evli kişilərlə münasibətə meyil edirlər?Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı varlıq yoxdur.

BiG.AZ-ın məlumatına görə, yunan faciə janrının görkəmli nümayəndəsi olmuş Evripid bu haqda öz yazılarında qeyd edib.

Bu gün bu fikrə nəzər saldıqda həqiqətən də görkəmli yazıçıya haqq verməmək mümkün deyil. Çünki zərif cinsin nümayəndələrinin nə zaman nə edəcəyi heç kimə məlum deyil.

Elə götürək müasir dövrümüzün gənc xanımlarını. Gənc nəsil bu gün öz seçimləri ilə demək olar ki, yaşlı nəsli mat qoya bilir. Belə ki, subay olan bəzi qızlarımız münasibət qurmaqda evli kişilərə üstünlük verirlər.

Onlar evli kişilərlə münasibətə girir, sonra bu münasibətləri çox hallarda vətəndaş nikahı ilə yekunlaşdırırlar. Bu şərtlərlə yaşayan çox az sayda qadın var ki, bəxti gətirmiş olur. Yəni, qadınlar ailəsi olan kişi ilə münasibətə girir və daha sonra onların münasibətləri yeni bir ailənin yaranmasına gətirib çıxarır. Təbii, artıq evli olan kişi başladığı yeni münasibəti rəsmiləşdirə bilmədiyindən çarə ancaq vətəndaş nikahına qalır. Buna razılaşan qadınlar isə demək olar öz hüquqlarını nə dini baxımdan, nə də hüquqi baxımdan bilmirlər. Ən nəhayət sonda yenə də ağır zərbə altında qadınlar qalmış olur...

Nəyə görə subay qızlar münasibət seçimində evli kişilərə üstünlük verirlər?

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bu gün alfonsluq ifadəsi işlənir ki, nədənsə bunu yalnız kişilərə xas edirlər və bu çox geniş yayılmış bir formadır.

"Deyim ki, evli kişilərə meyil salan qadınlar ki var, onlar da alfons qismində tanına bilərlər. Burada iki məsələ var. İlkin olaraq evli kişilər subay qızların etibarından sui-istifadə edir. Burada artıq alfonsluq yox, sui-istifadə halı baş verir. Mənim fikrimcə, isə artıq bu, cinayətdir. Kimlərinsə etibarından, hisslərindən sui-istifadə etmək, onu inandırmaq, həyatına müdaxilə etmək və gələcəyini təhlükə altına qoymaq bu, böyük bir cinayətdir" – ekspert bildirib.

M.Zeynalova təəssüf edir  ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, ümumiyyətlə, qanunvericilikdə bu cür mənəvi dəyərlər baxımından hər hansı cinayət statusu yoxdur və müəyyən edilmir. Bu isə geniş yayılmış bir məsələdir.

Qızların evli kişilərlə maddiyyata görə münasibət qurması fahişəliyin elit formasıdır

Ekspert vurğulayıb ki, digər bir məsələ isə qızlar evli kişilərdən məqsədli istifadə etmək istəyirlər.

"Bu isə iqtisadi imkanları yüksək olan kişilərdir ki, qızlar burada daha çox alfonsluq məqsədi ilə, kişilərin iqtisadi imkanlarından bəhrələnmək və öz gələcəklərini müəyyən etmək, özlərinin maddi durumlarını yaxşılaşdırmaq üçün münasibət qururlar. Həmçinin, qızlar özlərinin potensialını və cəmiyyətdə rolunu inkişaf etdirmək üçün bir çox hallarda bu yoldan keçmək istəyirlər. Təəssüflər olsun ki, bu, artıq fahişəliyin elit formasıdır. Yəni, bunun da adı fahişəlikdən başqa bir şey deyil" – deyə QHT sədri diqqətə çatdırıb.

Bu cür münasibətlərin qurulmasına günahkar kimdir?

Xanım ekspertin fikrincə bu münasibətlər toplusunun yaranmasının əsas səbəbi də, qadınlar deyil.

"Mən inana bilmirəm ki, hər hansı bir qadın kişiyə telefon nömrəsini versin və ya onu yoldan çıxarmağa cəhd göstərsin. Bütün əməllər kişilər tərəfindən atılan addımdan başlayır. Burada birmənalı olaraq günahkar kişilərdir. Yəni, kişi əxlaqlıdırsa, hər hansı formada qızın meylini hiss etmiş olsa müəyyən dəyərlər sistemində həmin xanımı bu yoldan çəkindirməlidir. Ancaq biz bunu görürükmü? Görmürük" – deyə M.Zeynalova bildirib.

Bu münasibətlərdə uduzan tərəf cəmiyyət olur

M.Zeynalova deyir ki, burada məqsəd sadəcə qadınlardan istifadədir. Bu da təbii ki, cinayətdir.

"Qadının şüuruna, hisslərinə hakim olaraq onu inandırmaq və sonra da ondan sadəcə olaraq istifadə məqsədi daşımaq mənəvi cinayətdir. Bəlkə də adam öldürmək bundan yüngül bir cinayətdir" – xanım ekspert diqqətə çatdırıb.

Burada uduzan tərəfin cəmiyyət olduğunu deyən QHT sədrinə görə, ola bilsin ki, fərdlərin uduzması o qədər də böyük əhəmiyyət kəsb etmir. Ancaq bundan bütün toplum əziyyət çəkir.

"Çünki bu hal xərçəng kimi yayılmaqdadır. Bu, insanların bir-birinə inamını azaldır. Həmçinin, ailə modeli, müqəddəsliyi, ideologiyası, dəyərləri bununla da, tamamilə pozulur. Bundan ayrı-ayrı fərdlər yox, cəmiyyət əziyyət çəkir. Həmçinin, deyə bilərəm ki, bu, ayrı-ayrı fərdlərin faciəsidir. Bu gün bizim kitablardan da oxuduğumuz sevgi məfhumu artıq yoxa çıxmağa başlayır. Bu, həm də, aqressiyaya yol açır. Bundan cəmiyyət böyük zərər çəkir" – deyə M.Zeynalova bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5614   Tarix: 05 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201