Arvadı ilə dalaşan kişi küçədə 6 nəfəri öldürdü, 5 polisi yaraladı

Arvadı ilə dalaşan kişi küçədə 6 nəfəri öldürdü, 5 polisi yaraladıÖtən gün Çində küçənin ortasında dəhşətli hadisə baş verib.

BiG.AZ-ın ans press-ə istinadən verdiyi məlumata görə, orta yaşlı bir kişi küçənin ortasında bıçaqla silahlanaraq insanlara hücum edib. Həmin şəxs ətrafda olan insanlardan 6 nəfəri doğrayıb.

Bu qanlı cinayətə mane olmaq istəyən polislər həmin şəxsin hücumuna məruz qalıblar. Beləliklə də, 5 polis əməkdaşı ağır yaralanıb. Polislərin cəhdi nəticəsində həmin şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs evdə arvadı ilə mübahisə edib. Arvadı tərəfindən təhqir olunan kişi əsəblərini soyutmaq üçün cinayətə əl atıb.

Polis onu da müəyyən edib ki, həmin şəxs əsəb xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1037   Tarix: 28 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040