Oğluna ərə gedən Bollivud gözəli - FOTO

Oğluna ərə gedən Bollivud gözəli - FOTOAvaranın Nərgizi. Bilmirəm niyə ona bu adı verdim!? Amma hər halda onun məşhurlaşlaşmasında və hind filminin ilahəsinə çevrilməsində fövqəltəbii qüvvənin əli yox idi. Rac Kapur onu aktrisa Caddanbayın evində görüb, ilk görüşdən aşiq olanda "Od" filmində baş rola çəkilməyə dəvət etdi. Elə o vaxtdan Nərgiz od olub, hind filminin canına düşdü.

Əsl adı Fatimə Rəşid olan Nərgiz 1929-ci il iyunun 1-də Kəlküttə doğulub. Anası aktrisa Caddanbayın ayrı-ayrı kişilərdən üç uşağı vardı. O, hələ bir yaşından artıq kinoya çəkilməyə başlamışdı. Fatimənin qardaşları Ənvər Hüseyn və Əhtər Hüseyn də onunla birgə filmdə iştirak edirdilər.

Nərgiz böyüyəyəndə həkim olmağı arzulayırdı. Ancaq arzular qanad açıb uçdu və qıcığazın əli ona çatmadı. Təbii ki, taleyi ona daha maraqlı yol seçmişdi. Səs-küylü, dedi-qodulu, sevgili, həsrətli və bal kimi şirin, baş gicəlləndirən şöhrətli yol...

Bir yaşında debtünü nəzərə almasaq, 1943-cü ildə çəkildiyi "Tale" filmi qaraşın qızcığazın kinoda ilk işi olur. Bu film onun həm adını, həm də taleyini dəyişir. Məhz rejissorun təklifi ilə Fatima adını dəyişib Nərgiz qoyur. Ancaq Nərgizi hələ daha böyük uğurlar gözləyirdi. Təbii ki, uğurlu tərəfdaş da...

Günlərin bir günü hələ çox da məşhur olmayan, amma məşhur olmaq üçün çabalayan Rac Kapur teatrla bağlı bir məsələ üçün Caddanbayın evinə məsləhətləşməyə gəlir. Qapını onun üzünə açan Nərgizi görəndə Racın dili topuq çalır. Deyəsən o, aşiq olmuşdu. Bəli, elə ilk görüşdəcə. Üstəlik, həm də ağlına gəldi ki, elə çəkəcəyi filmə axtardığı aktrisa məhz bu sevimli qız ola bilər. Ancaq Nərgiz bu göygöz, kök oğlanı görəndə ilk təəssüratı Racınkı kimi ürəkaçan olmadı. Hələ rəfiqələri ilə birgə bu gombul oğlanı lağa qoydular.

Bir müddət sonra Rac Nərgizi "Od" filminə çəkilməyə dəvət etdi. Film böyük uğur qazanmasa da gənclər istedadlı aktyor və aktrisa kimi tamaşaçıların diqqətini cəlb edə bildi. Üstəlik, onlar nəinki tərəfdaş, həm də bir-birini böyük məhəbbətlə sevən cütlüyə çevrildilər. Lakin böyük məhəbbətin qarşısında uçurulması mümkün olmayan əngəl vardı. Rac Krişna ilə evli idi. Sonralar Rac Nərgiz haqda danışanda deyirdi: "Qadınların mənim həyatımda həmişə xüsusi yeri olub. Ancaq Nərgizin yeri tamam fərqli idi. Mən həmişə ona deyirdim ki, Krişna mənim arvadım, uşaqlarımın anasıdır. Sən isə filmlərimin anası olmalısan".

Nəhayət 1951-ci ildə məşhur "Avara" filminə çəkilən Nərgizin və Racın şöhrəti bütün dünayaya səs salır. Ancaq getdikcə böyüyən şöhrət onları bir-birindən uzaqlaşdırırdı. Dedi-qodulardan təngə gələn Nərgizin təkdilərinə baxmayaraq, Rac Krişnanı boşamır. Nərgizin səbri isə 1956-cı ilədək tab gətirir. Cütlüyün birgə çəkildiyi sonuncu film "Çori çori" (Chori chori) olur.

1957-ci ildə aktrisa "Hindistanın anası" adlı filmdə baş rol Məhbubə xanı canlandırır. Bu film Oskar mükafatına namizəd olur. Lakin cəmi bir səslə Oskarı "Kabiriya gecələri" filminə uduzur. Hətta deyilənə görə, Nərgiz filmin çəkilişləri zamanı yanan ot bağlamalarının arasında sıxışıb qalır. Filmdə onun oğlunu canlandıran Sunil Datt aktrisanı ölümdən xilas edir. Bu xilasdan sonra çoxları iddia etdi ki, Sunil həm də onu sevdiyi üçün gözüyumulu özünü təhlükəyə atdı. Ancaq gənc aktyor bu söhbətləri təkzib edərək "mən sanki bacımı xilas etdim" - deməklə kifayətləndi. Çünki Sunil bilirdi ki, Nərgiz ona heç gözünün ucu ilə belə baxmaz. Ancaq bu filmdən sonra Nərgizin də ona münasibəti dəyişməyə başlamışdı.

Sunil Datt deyirdi: "Mən çox məşhurlar tanıdım, amma bir yerdə yaşamaq, ailə qurmaq, bu, tamam başqa məsələdir. Nərgis isə əsl insan, ailəsinin qayğısına qalan qadın idi. O, hissiyatlı və hər şeyi başa düşən adamdır. Bir dəfə mənim bacım xəstələnmişdi. Düzü, mən bilmirdim ki, kimə müraciət edəm, haradan yaxşı həkim tapam. O, bacımı həkimə apardı və əməliyyat etdirdi. Hətta mənə heç nə demədi. Mən onda fikirləşdim ki, məhz budur mənim istədiyim qadın, ailə quracağım həyat yoldaşı. Beləcə, biz ailə qurduq".

Cütlük 1958-ci il martın 11-də nikah bağlayır. Sunildən Rac Kapurla Nərgizin sevgi macəraları haqda soruşanda o, düşünmədən cavab verirdi. "Mən onların sevgisi haqda heç nə bilmirəm. Yalnız onu bilirəm ki, Nərgiz mənim həyatıma gəldi. Keçmişin mənim üçün heç bir əhəmiyyəti yoxdur."

Evlilikdən sonra Nərgiz demək olar ki, kinodan tamamilə uzaqlaşdı. Düşünürdü ki, ailəsi və üç övladı ona bütün karyerasından, indiyədək qazandıqlarından daha dəyərlidir. O, övladlarına nümunəvi ana olmağı bacardı. Həm də sənətdə özündən sonra varisləri oldu. Artıq Nərgiz indən belə kinoda əldə edəcəyi uğurların davamını oğlunun timsalında görəcəkdi. Lakin bu müvəffəqiyyəti görmək ona qismət olmur. 1981-ci il mayın 7-də oğlu Sancayın ilk filminin premyerasına böyük həvəslə hazırlaşan sənətkarlar ailəsi mayın 3-ü səhərini Nərgizin ölümü ilə qarşıladı. Bəli, bu, tale idi. Ancaq deyəsən Nərgiz bu dünyadan nakam getməmişdi. Ən azından son nəfəsinə qədər oğlunun böyük sevincini o dünyaya ürəyində təsəlli olaraq aparmışdı. Hindistanın o vaxtkı baş naziri İndira Qandi aktrisanın ölümü ilə bağlı başsağlığı verəndə demişdi: "Onun dostcanlı, sevimli, səmimi siması insanları sevindirməyə davam edəcək".

Oğluna ərə gedən Bollivud gözəli - FOTOOğluna ərə gedən Bollivud gözəli - FOTOOğluna ərə gedən Bollivud gözəli - FOTOOğluna ərə gedən Bollivud gözəli - FOTOOğluna ərə gedən Bollivud gözəli - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 11159   Tarix: 28 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571