İflic olan gələcəyimiz

İflic olan gələcəyimizUşaq serebral iflic xəstəliyi ilk dəfə olaraq avstraliyalı psixoanalitik Ziqmund Freyd tərəfindən XIX əsrin sonunda aşkar edlilib. Xəstəlik baş beynin doğuşdan öncə, doğuş vaxtı və ya doğuşdan sonra müxtəlif səbəblərdən zədələnməsi ilə yaranır.

Müasir dövrdə doğulan hər 1000 uşaqdan 8-10-u bu xəstəlikdən əziyyət çəkir.

Baş beyin zədələnməsi

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Həkim-pediatr Elza Abbasova deyir ki, baş beynin zədələnməsi nəticəsində əmələ gələn uşaq serebral iflici döllərdə, yeni doğulan uşaqlarda, yaxud uşaqların ilk aylarında ortaya çıxır. İflic xəstəliyi zamanı müxtəlif hərəki pozğunluqlar, piramid yolların (hərəkət sistemi), qabığaltı düyünlərin, beyincik və beyin sütununun patologiyası əmələ gəlir. Xəstəlikdən əziyyət çəkənlərin çoxunda epileptik tutmalar, nitq qüsuru olur. Psixi pozulmalar müxtəlif şəkildə - yüngül geridə qalmadan imbesil (əqli zəifliyin növü) dərəcəsinə qədər çata bilir.

İflicə aparan səbəblər

Həkimin sözlərinə görə, bətndaxili infeksiya, intoksikasiya, ananın şəkərli diabet, anemiyadan əziyyət çəkməsi, hamiləlik zamanı düzgün qidalanmama, vitamin çatışmazlığı, stress, gec və vaxtından əvvəl baş verən doğuşlar, doğuş travması uşaq serebral iflicinin əmələ gəlməsinə səbəb olur. Həmçinin hamiləlik dövründə ananın tütün məhsullarından, narkotik vasitələrdən, alkoqoldan istifadə etməsi və yaş faktoru yəni ananın yaşının 35-dən yuxarı olması bu xəstəliyin yaranmasına gətirib çıxarır:

"Ananın hamiləliyin ilk aylarında infeksion, xüsusən virus xəstəliklər keçirməsinin böyük əhəmiyyəti var. Ekzantem infeksiyalar - məxmərək, herpes, kəskin respirator virus infeksiyaları, hətta anada yüngül, simptomsuz keçdikdə, döldə müxtəlif ağırlıqda beynin patologiyasını törədə bilər. İnfeksion proses dölə hematogen yolla (cift vasitəsilə) keçə bilər. Ananın infeksion xəstəliklərindən sonra döldə degenerativ dəyişikliklər gedir. Beynin hansı inkişaf dövründə patologiyaya uğramasından asılı olaraq müxtəlif qüsurlar, eybəcərliklər və inkişafdanqalma halları yaranır".

Beyni pozan travma

Həkim-pediatr bildirib ki, hamilə qadınlara nəzarət edən həkimlər bilməlidirlər ki, yuxu dərmanları, qusmaya qarşı preparatlar, antibiotiklər dölə, ilk növbədə, onun sinir sisteminə toksiki təsir göstərə bilər. Dölün normal inkişafı, xüsusən onun beyni, vitamin, mikroelementlər mübadiləsi pozulduqda, qanda şəkərin miqdarı aşağı olduqda, nuklein turşularının quruluşu və tərkibi dəyişdikdə pozulur. Dölün bilavasitə zədələnməsinə travma səbəb ola bilər. Qan dövranının pozulması ciftin qismən ayrılması, onda qansızmaların olması, beynin qidalanmasının pozulması və onun inkişaf qüsuru ilə əlaqədardır.

Doğuş zamanı beyin fəaliyyətinin pozulmaları - intranatal uşaq serebral iflicləri çox vaxt travma mənşəli olur. Məsələn, doğuş fəaliyyətinin zəif olması nəticəsində çətin doğuş, göbək venasının boyuna dolanması, doğuş asfiksiyasının müxtəlif dərəcəsi və sair. Bütün bu amillər uşağın beyin fəaliyyətinin pozulmasını törədə bilər: "Beynin zədələnməsi təkcə çətin doğuş zamanı deyil, tez və vaxtından qabaq olan doğuşlarda da rast gəlinir. Doğuş travması beynin maddə və qişalarında qansızma yaradır, beyin maddəsi parçalanır, nekrozlaşır, bunlar beynin gələcək inkişafını pozur və uşaq serebral iflicinin yaranmasına səbəb olur".

İflic olmuş ayaqlar

E.Abbasovanın dediyinə görə, patoloji prosesdən asılı olaraq xəstəliyin 4 əsas klinik forması var - spastik diplegiya (Littl sindromu), hemiplegiya, psevdobulbar, beyincik forma.

Xəstəliyin spastik diplegiya forması çox vaxt doğuş zamanı zədələnmələr nəticəsində meydana çıxır, bu da bətndaxili pozulmalarla da əlaqələndirilir. İlk aylarda mərkəzi ifliclər uşaqların əlləri və ayaqlarında davam edir, sonralar əllərdə hərəkətlər bərpa olunur, əsasən ayaqların iflicləri üstünlük təşkil edir. Ayaqlarda yaxınlaşdırıcı və açıcı qrup əzələlərdə tonus daha çox yüksəlir. Bununla əlaqədar ayaqlar açılmış və bir-birinə yaxınlaşmış, bəzən çarpaz vəziyyətdə olur. Uşaq fiziki inkişafdan qalır, onun oturma, durma və gəzməsi xeyli ləngiyir.

Budu yaxınlaşdıran əzələlərin kəskin gərginliyi və baldırın ara əzələlərinin kontrakturu nəticəsində belə xəstələrin yerişi qəribə olur. Xəstə yeriyərkən ayaqlarının altına deyil, barmaqlarına istinad edir, dizlər bir-birinə toxunur və yeriyərkən sürtülür. Qollarda da tonus artır, onlar gövdəyə yaxınlaşdırılmış, dirsək oynaqlarında azca bükülmüş olur. Qollarda hərəkətlərin həcmi və qüvvəsi azalır. Vətər refleksləri şiddətli güclənir, bəzən kontraktura nəticəsində bu və ya digər vətər refleksini yaratmaq olmur. Adətən, patoloji reflekslər müşahidə edilir. Ətraflar inkişafdan qalır, atrofiya, osteoporoz (sümüyün dağılması) inkişaf edir: "Spastik diplegiyası olan uşaqlarda ilk günlərdə ümumi qıcolma tutmaları baş verir. Bir müddət sonra böyük və kiçik epileptik tutmalar olur. Epileptik tutmalar baş verdikdə xəstəliyin gedişi kəskinləşir. Tədricən xəstədə kəkələmə başlayır".

Əqli gerilik, zəifgörmə...

Həkim vurğulayıb ki, uşaq serebral iflicinin hemiplegiya forması çox vaxt erkən yaşlarda beyin xəstəlikləri keçirdikdə baş verir. Lakin hemiplegiya bətindaxili zədələnmələr, yaxud doğuş travması nəticəsində də yaranır. Doğuşdan sonra xəstəlik çox vaxt kəskin başlayır, qusma, huşun pozulması, qıcolmalar olur. Tutmalar epileptik şəkildə bir neçə saat, hətta bir neçə sutka davam edir. İfliclər tez inkişaf edir. Uşağın lap ilk günlərində ətrafların hərəkətində bir qolu ilə bir qıçı iştirak etmir. Həmin uşaqlar gec oturur, onların durması və yeriməsi isə xüsusilə ləngiyir, çətin olur. Ətraflar inkişafdan qalır, əzələlər atrofiyaya uğrayır, sümüklər nazilir və qısalır. Nitq və intellekt pozğunluqları baş verir: "İflicin hemiplegiya forması zamanı uşaqların çoxu əqli gerilik, zəifgörmə və epilepsiyadan əziyyət çəkir".

Tıntınlıq

Pediatrın söylədiyinə görə, psevdobulbar forma zamanı sorma, udma, çeynəmək aktları pozulur, dodaq, dil və üzün hərəkəti məhdudlaşır. Bu formadan əziyyət çəkən uşaqlarda boğulma, çeçəmə olur, süd çox vaxt burnundan tökülür, ağzını yaxşı yuma bilmir, dili kənara çıxır, ağzından selik tökülür. Böyük uşaqlarda isə iflicin başqa əlamətləri: məcburi gülüş, yaxud ağlama, nitqin pozulması, tıntınlıq müşahidə olunur.

Pozulan beyincik

E.Abbasova bildirib ki, xəstəliyin beyincik formasında ən çox beyinciyin özü və onun yolları pozulduğu üçün müvazinət pozğunluqları, hecavi nitq və digər simptomlar meydana çıxır. Uşaq gəzə bilmir, ayaqlarını geniş qoyaraq, nəyə isə istinad edərək dayanır. Vətər refleksləri yüksəlir. Qarışıq formalarda müxtəlif dərəcəli beyincik pozulmaları piramid və ekstrapiramid simptomlarla yanaşı gedir.

Xəstəliyin gedişi

Həkimin sözlərinə əsasən, uşaq serebral iflicləri reqrediyent gedişə malikdır. Yəni onun gedişi yavaş olub, müxtəlif dərəcəli yaxşılaşmalarla davam edir. Epilepsiyanın əlavə olunması proqnozu pisləşdirir və xəstəliyin gedişi reqrediyentdən proqrediyentə keçə bilər.

Proqnoz əsasən beynin zədələnməsinin vaxtından və dərəcəsindən asılıdır. Bətndaxili inkişafın ilk aylarında antenatal zədələnmə olduqda proqnoz ağırlaşır. Beyin qüsurları, eybəcərliklər onun hamiləliyin birinci yarısında zədələnməsi ilə əlaqədardır.

Diaqnozun tez qoyulması və müalicəyə vaxtında başlanması müəyyən nəticə əldə etməyə imkan verir. Mərkəzi sinir sisteminin zədələnməsinin vaxtında aşkar edilməsi və lazımi müalicə ocaqlarına göndərilməsi üçün bütün yeni doğulmuş uşaqların nevroloji müayinəsi aparılmalıdır.

Müalicə

Hərəki funksiyaların bərpa və inkişafında müalicə bədən tərbiyəsi, masaj, isti vannalar mühüm əhəmiyyət kəsb edir. Xüsusi aparat vasitəsilə müvafiq proqram üzrə iflic olan əzələlərə elektroimpulslar verilir. Müalicənin yaxşı nəticə verməsi üçün uşaq nevropatoloqu və ortopedi birlikdə fəaliyyət göstərməlidirlər. Ortopedik kömək nəticəsində deformasiya və kontrakturların qarşısı alınır. Xəstəyə B1, B2, B6, B12, E, A vitaminlərindən ibarət müalicə kursu təyin olunur. Uşağın psixi inkişafını yaxşılaşdırmaq məqsədilə də müalicə aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4020   Tarix: 22 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001