Diqqət: Bakıda özünüzü qara eynəkli cinayətkardan qoruyun

Diqqət: Bakıda özünüzü qara eynəkli cinayətkardan qoruyun

Diqqət: Bakıda özünüzü qara eynəkli cinayətkardan qoruyun
Onun eynəkli fotoları polis bölmələrinə paylanılıb.

Son aylarda Bakıda bankomatlardan qeyri-qanuni pul çıxarılması ilə bağlı polisə edilən şikayətlərin sayı xeyli artıb.

BiG Az,oxu.az-a istinadən xəbər verir ki, əsasən yaşlı sakinlər kart vasitəsi ilə təqaüdlərini götürməkdə səriştəli olmadığından aldanırlar.

Bildirilir ki, son vaxtlar Bakıda vətəndaşların kartlarının balansındakı vəsaitin qeyri-müəyyən formada yoxa çıxması paytaxtda fəaliyyət göstərən cinayətkar qruplaşmanın fəaliyyətinin nəticəsidir. Bu formada yüzlərlə təqaüdçünün pulu "itib".

Araşdırmalarla müəyyən edilib ki, Bakının müxtəlif ərazilərində, əsasən Yasamal rayonu ərazisində dolaşan qara eynəkli, baş geyimindən istifadə edən şəxs müxtəlif vaxtlarda bankomatlardan pul çıxarmağa çalışan və bu işdə çətinlik çəkən şəxslərə yaxınlaşır. Vətəndaşların etibarından sui-istifadə edən şəxs kartın aparata salınmasından sonra onlayn əməliyyat vasitəsi ilə balansdakı pulu bank hesabına köçürür.

Daha sonra sistemdə problemin olduğunu deyən həmin şəxs təqaüdçünün kartını özünə qaytararaq uzaqlaşır. Bankomatdan pul çıxarılmadığını görən şəxslər isə nəyin baş verdiyini çox-çox sonra anlayır.

Vətəndaşların ifadələri və bankomatların çəkdiyi fotolar vasitəsi ilə qara eynəkli şəxslə bağlı müəyyən məlumatlar toplansa da, onun şəxsiyyəti hələ də müəyyənləşdirilməyib. Ehtimal edilir ki, bankomat "yardımçısı" üst geyimi, eynək və baş geyimini dəyişdirməsi nəticəsində hələ də məsuliyyətdən yayına bilir. Bununla belə onun eynəkli fotoları polis bölmələrinə paylanılıb.

O da bildirilir ki, bankomatdan hansısa bank hesabına köçürülən vəsait sürətlə müxtəlif hesablar arasında dövriyyə edərək iz azdırmağa çalışır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6658   Tarix: 19 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 48
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

16:21 238
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

14:25 124
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

20:45 76
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

21:00 68
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 185
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

20:44 134
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 715
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 509