Ölkədən qaçan İdris danışdı - VIDEO

Ölkədən qaçan İdris danışdı - VIDEOİdris:"Müğənniləri yarım saatlıq çıxışları üçün 10-20 manat pul qazanırdılarsa Hüseynin 4 mahnı ifa etməsi üçün bunun 10 qatında məbləq təklif olunurdu"

Ötən il bəzi problemlər ucbatından Azərbaycanı tərk edən aparıcı İdris Cəfərov vəfat etmiş rep ifaçısı Hüseyn Dərya ilə əlaqəli açıqlamalar verib. Kamera qarşısına keçib reper barədə ağız dolusu danışan aparıcı video görüntünü sosial şəbəkədə yerləşdirib. İdris hörmət etdiyi, uğurlarına inandığı və sağ olsaydı bundan sonra da yüksəyə qalxacağına inandığını bildirib.

"Hüseyn bu ölkədə ilk dəfə olaraq milli rep yaratmağa nail oldu. İlk dəfə olaraq o ölkədə öz obrazını yaratdı.İlk çıxışından yüzlərlə pərəstişkar toplamağı bacardı, ilk görüşümüzdə 10 dəqiqə ərzində o məni inandırdı ki, bu səhnədə nələr edə bilər. Çox qeyri-adi bir insan idi. O hər zaman qarşısındakı insanı öz düşüncələrinə inandıra bilirdi".

O eləcə də vurğulayıb ki, əgər 10 nəfər bir məkanda oturursa hər kəsin fikrini özünə cəlb etmə bacarırdı, məkandan ayrıldıqdan sonra isə bəziləri kimi insanların yaddaşından çıxmırdı. "Hüseyn Dərya o vaxtlar reperlər arasında birinci olmağı bacarmışdı, 2002-ci ildə şou-biznesin məşhur müğənniləri yarım saatlıq çıxışları üçün 10-20 manat pul qazanırdılarsa Hüseynin 4 mahnı ifa etməsi üçün bunun 10 qatında məbləq təklif olunurdu".

Artıq hər kəsə məlumdur ki, bir çoxları onun fəaliyyətində nöqsanlar axtarsa, tənqid etmək istəsələrdə alınmadı çünki onun uğurunun qarşısında kimsə dura bilməzdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3369   Tarix: 20 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390