Yarışma sona çatdı.

Yarışma sona çatdı.Göndərən: _Sabir_

Yazı: Mübariz İbrahimov Ağakərim oğlu 1988 ci ildə fevarlın 7-də Biləsuvar rayonunun Əliabad kəndində andan olmuşdur. O, 2005-ci ildə orta məktəbi bitirib elə həmin ildə də hərbi xidmətə çağırılıb. Hərbidən gəldikdən sonra yenidən öz istəyi ilə milli orduya getmək istəsələrdə əvvəllər valideyinlərinin razılığı olmayıb. Nəhayət 2009-cu ilin avqust ayında valideyinlərinin razılığını alıb xidmətə yollanılır. Bu səfər gizir kimi faliyyətə başlayır.
Mübariz vətənin, xalqın, toqrpağın, ALLAHIN sevən, haqqı sevən , mübarizə aparmağı sevən bir insan idi. Onun hərbi xidmətə getməyi bunun əsas sübutudur.Mübariz Tərtər rayonunda xidmət edirdi. O, düşmənlə hər an üzbə-üz idi. Sərhəddin düşmənə ən yaxın məsafəsi 70 metrdir. Tərtər rayonunda xidmət 99% təkhlükəlidir.Mübarizin könüllü xidmətə getməsinin bir məqsədi var idi:
-Ermənilərdən indiyə qədər görmədikləri şəkildə intiqam alıb, ən uca sayılan şəhidlər zirvəsinə yüksəlmək.
Mübariz İbrahimov heç kimin edə bilməyəcəyi şeyi həyata keçirdi.Əlbəttə, o tək deyildi, onun yanında ALLAH vardı. Şübhəsiz o bu işdə ALLAHA təvəkkül etmişdi. Atası onun haqda danışanda belə bir cümlə işlətdi:
-O hər işində ALLAHA təvəkkül edərdi. Şübhəsiz ALLAH ona böyük bir kömək göstərdi. Çünki, 1 km neytral məsafəni (minalanmış ərazini) keçmək, həm də gecə vaxtı elə asan iş deyildi. O, axşam namazını qılıb, yeməyini yeyir sonra silahlanıb 23:30 radələrində 1 km minalanmış ərazini keçib, ilk həmlədə düşmənin ön cəhbəsini zərəsizləşdirir. Sonra ermənilərin silahların götürür böyük qəhrəmanlıqla 5 saat tək orduya qarşı mübarizə aparır. Düşmənin ağla gəlməz sayda əsgər və zabitni vuran mərd oğul nəhayət səhərə yaxın şəhadət şərbətini içir. Mübariz İbrahimovun bu qəhrəmanlığı İmam Hüseyinin məktəbinin nümunəsidir.
Kərbəla hadisəsində 72 nəfər, neçə minlərlə qoşuna qarşı mübarizə aparmışdır. Sayca az olduqlarından bir-bir meydana çıxır, neçə minlik qoşuna qarşı döyüşmüşlər və bir nəfər özü şəhid olmağıyla bərabər neçə-neçə kafirləri öldürdülər. Mübariz də bu məktəbin tələbəsi idi. Çünki o, dindar bir ailədə dünyaya gəlmişdir və bu məktəbdən çox təhsil almışdır.Hər kəs belə bir şey edə bilməz. Çoxları övladlarının pul ilə hərbi xidmətdən saxlayır və ya yaxşı şəhərə, təhlükəsiz yerlərə saldırırlar.Amma unutmuşuq ki, bu vətən arxa hissələrdən ibarət deyil, ön cəhbə vacibdir. Qarabağ vacibdir. 20 illik xəcalətin vaxtı çatmayıbmı?!. Torpaqları azad etməyin vaxtı çatmayıbmı?! Haçana qədər ermənilərə yer verəcəyik? Hamı qaçır sakitçiliyə. Amma inanın ki, bizim mərd oğullarımız olmasa, heç heç sakitçiliyə qaça bilmərik.O mərrd oğullar ki qış demir, yay demir səngərdə durur. Gecələr biz şirin yuxuda, isti yorğanda olarkən, onlar min bir təhlükə içində postda dururlar. Çünki, onlar vətən oğludur. Vətənimizin belə oğullara ehtiyacı var. Bizim şirin yuxumuz onların yuxusuzluğu sayəsindədir. Yoxsa onlar səngərdə olmasa biz nə gündə olardıq? məsələn Fələstin xalqı İsrail işğalçı qüvvələri Fələstin camatına nələr eləmir?! Amma bizim Mübariz kimi milyonlarla oğullarımız var.Bu xalq həmişə igidlərlə zəngin olub. Bəs biz niyə Mübariz olmayaq? İnanın ki, hamımız Mübariz olsaq nəinki, Qarabağı, Dünyanı alarıq. Həqiqətən güc birlikdədir. ALLAH Mübarizi rəhmət eləsin.Ruhu şad olsun. O bu hərəkəti ilə neçə-neçə yatmış şəxsləri oyatdı. Artıq hər yerdə Mübariz, vətən, Qarabağ kəlmələri işlənir. Biz fəxr eləməliyik ki, Mübariz kimi oğlumuz var.O bizə görə canından keçdi, bəs biz nə durmuşuq? Erməni quldurlarına böyük şok yaşatdı Mübariz!
Ey nankor erməni , bizim neçə milyonlarla Mübarizimiz var.Sizn gücünüz bir cansız cəsədə çatır. Çünki kaftar həmişə beş yeyər aslandan qalan artıqları yeyər. Narahat olun qisas tezliklə alınacaq?
Biz Mübarizlə fəxr edirik, siz cəsədə cəsədə iyrənc şeylər etməklə fəxr edirisiz?
Bizdən bir nədər öldü, Sizdən neçə yüzü.
Biz ölənlərimizə Şəhid deyirik, bəs siz?
Mübariz İbrahimovun məktubu Atama və Anama məktub.
Canım atam və anam məndən sarı darıxmayın.İnşallah cənnətdə görüşərik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür . Bunu ALLAH üçün etməliyəm. Ən azından ürəyim sərinlik tapsın. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üzərinə gedəcəm. Şəhid olsam ağlamayın , əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. ALLAHA ibadətinizi dəqiq yerinə yetirin. Çoxlu sədaqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. ALLAH böyükdür. Vətən sağ olsun! oğlunuz Mübariz haqqınızı halal edin.
Mübariz İbrahimov.
ALLAH Mübarizi rəhmət eləsin.Ruhu şad olsun.Amin


Yarışma sona çatdı. Ən baxımlı və gözəl məqalə yarışmasının sahibi _Sabir_ nikidir. Siz BiG.AZ saytından Seçilmiş Medal qazandınız. Təbriklər

Sancho (4)
AYNUR_AZERI (8)
GunAY123 (3)
Bone_Head (5)
_Sabir_ (27)
ELik_RaP (1)
Lilorxan_Rap (1)
Nicolescherzinger (4)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sayt xəbərləri   Baxılıb: 3668   Tarix: 12 dekabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

24 saatda üz dərinizi cavanlaşdırın

Məhsul Haqqında BURADA. Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür.Yanağları boşalma və sallanmas

09.09.2021 524
.

Telegram kanalımızda ən son xəbərlər

Azərbaycanda və Dünyada baş verən ən son xəbərləri 1ci almaq üçün Telegram kanalımıza qoşulun. Telegramda izləyin

08.04.2020 25955
.

Dözülməz bel ,əzələ ,sinir , oynaq ağrıları 15 dəqiqədə keçəcək

Flekosteel məlhəminin xüsusiyyətləri və üstünlükləri. İnsan hərəkətsiz yaşaya bilməz. Ancaq hərdən hərəkət insana diskomfort gətirir və o evdə, hətta yataqda qalmaq məcburiyyətində qalır. Əzələlərdə və oynaqlarda yaranan ağrıların bəzi səbəbləri var:. kəskin respirator xəstəliklər, kəskin respirato

13.02.2021 167888