Multikulturalizm siyasəti mövzusunda kitab

Multikulturalizm siyasəti mövzusunda kitab"Multikulturalizm siyasəti: Din və Gender Dialoqunda" kitab nəşr edilib.

BiG.AZ-ın məlumatına görə, fəlsəfə elmləri doktoru Rəna Mirzazadənin müəllifi olduğu kitabın elmi məsləhətçisi professor İlham Məmmədzadədir.

Kitabda Azərbaycan siyasətşünaslıq elmində ilk dəfə olaraq multikulturlizm siyasəti, Qərb-Şərq mədəni müxtəlifliyi Din və Gender Dioloqunda təhlil olunub, tarixi inkişaf mərhələlərində cinslərarası münasibətlərə mədəni, mənəvi aspektdə nəzər yetirilib, qloballaşma zəminində gender siyasəti və din məsələləri işıqlandırılıb. Müəllif yüksək əxlaqi keyfiyyətlər xəzinəsi olan İslam dünyagörüşünü gender ölçülərini izləməklə, Şərqlə Qərb arasında yerləşən Azərbaycan məkaninin özəl və özünəməxsus mənəvi dəyərlərini işıqlandırmaqla, Qərb-Şərq mədəni müxtəliflərindəki oxşar və fərqli cəhətlərini araşdırıb. Kitabda Multikulturallıq-Din-Gender Dialoqu "dünyasında" olan çarpazlaşma, qarşılaşma, bərabərləşmə, tarazlaşma, inteqrasiya və s. bu kimi qloballaşan proseslərdə həmin politoloji termin fenomenləri arasında olan "körpünü" və "savaşı" araşdırmağa cəhd edilir. Çoxrəngli mədəniliyin yeni dünya mənzərəsində müxtəlif "çalarlarının" oxşar və fərqliliyi Dövlətlərin Siyasi "palitrasındakı" olan görünüşü və ya reallığını analiz olunur.

Qeyd edək ki, Rəna Mirzəzadə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda "Politologiya və siyasi sosiologiya" şöbəsinin müdiridir. Respublikada elmin inkişafında göstərdiyi fəaliyyətə görə "Tərəqqi" medalı ilə təltif edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1003   Tarix: 14 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040