"Bu tip verilişlər narazılığa səbəb olur" - rəsmi məlumat

"Bu tip verilişlər narazılığa səbəb olur" - rəsmi məlumatBu gün MTRŞ-nin növbəti iclası keçirilib.
BiG.AZ xəbər verir ki,qafqazinfo-ya daxil olan məlumatda bildirilir ki, iclasda "ANS" telekanalında yayımlanan "Adam içində", "Azad Azərbaycan" telekanalında yayımlanan "Ümid var" və "Space" telekanalında yayımlanan "Üz-üzə" verilişlərində milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması və bununla bağlı süjetlərin yayımlanması müzakirə edilib. Bu tipli verilişlərin yayımlanmasının ictimaiyyət arasında haqlı narazılığa səbəb olduğu vurğulanmış, insanların şəxsi və ailə həyatı ilə bağlı olan, ümumilikdə isə Azərbaycan cəmiyyəti və mənəviyyatı üçün səciyyəvi olmayan bəzi neqativ faktların şişirdilərək təkrar-təkrar gündəmə gətirilməsi yolu ilə şou yaradılması və süni reytinq qazanmaq cəhdlərinin həm qanunvericiliyin tələbinə, həm də əxlaq normalarına zidd olduğu qeyd edilib.

Milli Televiziya və Radio Şurası tərəfindən telekanal rəhbərlərinə gələcəkdə öz proqram siyasətlərini tənzimləyərkən cəmiyyətdə formalaşmış ictimai rəyin nəzərə alınması, bu cür hallara daha həssaslıqla yanaşılması tövsiyə edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3600   Tarix: 16 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040