Uşaqlarda xoruldamağa diqqət!

Uşaqlarda xoruldamağa diqqət!Uşaqlarda genik əti problemləri xoruldamağa səbəb olur.

BiG.AZ movqe.az-a əsasən bildirir ki, mütəxəssislər, uşaqlarda genik əti problemlərinin uşağın eynilə bir yetkin kimi xoruldamasına səbəb olduğunu, genik ətinin alınmasıyla bu problemin ortadan qalxdığını ifadə edir. Genik əti, hər kəsdə var olan badamcıqlar kimi bir linfa toxuması üzvüdür. Bədəni burun və ağız yoluyla girəcək zərərli mikroorqanizmlərə qarşı qoruyan sistemlərdən biridir. Lakin uşaqlarda görülən genik ətinin bəzən ciddi problemlərə yol aça biləcəyini ifadə edən mütəxəssislər, "Uşağınız tez-tez üst tənəffüs infeksiyası, soyuqdəymə, badamcıq kimi problemlər yaşayırsa genik ətinin böyüməsi təbiidir.

Genik əti böyüdüyü zaman hava yolunu kəsər və uşaq rahat nəfəs ala bilməz "deyir. "Uşaq narahat oyanar" Genik əti böyüyən bir uşağın eynilə bir yetkin kimi Xoruldaya biləcəyini ifadə edən mütəxəssislər, uşağın ağzından su gəlmə, ağzı açıq yatmaq kimi ifadə edilən də diqqətə alınması lazım olduğunu söyləyir. Mütəxəssislər, "Müalicədə gec qalınması vəziyyətində uşağın damaq sümüyündə şişmə meydana gəlir.

Gecə rahat və keyfiyyətli yata bilmədikləri üçün narahat oyanarlar. Müalicədə dərman və əməliyyat variantları mövcuddur. Genik ətində əgər bəzi mikroorqanizmlər varsa, dərman istifadəsi sonrası da problem təkrar edə bilər. Belə vəziyyətlərdə əməliyyat ən yaxşı variantdır "deyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1738   Tarix: 11 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040