Vikipediyaçıların birinci milli forumu keçiriləcək

Vikipediyaçıların birinci milli forumu keçiriləcəkAzərbaycan vikipediyaçılarının birinci milli forumu keçiriləcək.

Martın 10-da "Park İnn" otelində Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçiriləcək.

BiG.AZ azvision.az-a istinadən xəbər verir ki, "İrəli" İctimai Birliyinin mətbuat xidmətindən bildiriblər ki, forumun məqsədi bu sahənin mütəxəssislərini bir yerə toplayaraq Azərbaycan vikipediyasının mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparmaq, problemləri və onların həlli yollarını müzakirə etməkdir. Eyni zamanda, milli vikipediyanın inkişafı istiqamətində əsaslı addımlar atılması üçün fəaliyyət planının və təkliflər paketinin hazırlanması nəzərdə tutulur.

Forumda ölkənin vikipediya mütəxəssisləri və istifadəçiləri, ziyalılar və elm adamları, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər. Daha ətraflı məlumatı www.wikimedia.az saytından əldə etmək olar.

Qeyd edək ki, vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dildə 30 milyondan çox ensiklopedik məqalə cəmlənmişdir. Azərbaycandilli vikipediyada isə məqalələrin sayı 98 minə çatır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1055   Tarix: 09 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040