Azərbaycan o siyahıda yoxdur

Azərbaycan o siyahıda yoxdurABŞ universitetləri dünyanın ən yaxşı ali təhsil ocaqları siyahısında yerlərini inamla qoruyurlar.

BiG.AZ Qafqazinfo-ya istinadən bildirir ki, Londonda yerləşən "Times Higher Education" dərgisinin hazırladığı universitetlərin 2014-cü ilə dair reytinq cədvəlinə yenə də ABŞ-ın Harvard Universiteti rəhbərlik edir. Cədvəldə ilk 10 yerdən 8-də ABŞ universitetləri dayanır.

Britaniyanın Cambridge və Oxford universitetləri keçən ilki reytinqlərini bir pillə itirərək bu il uyğun olaraq 4-cü və 5-ci sırada qərarlaşırlar. Sonra yenə də ABŞ universitetləri ilk onluğu tamamlayırlar.

Dərgiyə görə Almaniya universitetləri reytinq cədvəlində çox ciddi irəliləyiş əldə ediblər. Builki reytinq cədvəlində 6 Almaniya universiteti də yer alır.

"Times Higher Education" dərgisinin hazırladığı illik "Dünya Universitetləri Reytinq Cədvəli" hazırda ən nüfuzlu sənəd hesab edilir. Reytinq elmi dairələrdə keçirilən sorğu nəticəsində müəyyən edilir. Siyahı əsasən şəxsi fikirlər əsasında müəyyən edilsə də fikir bildirənlər tanınmış alimlər, ekspertlərdir.

Dünyanın 100 ən yaxşı universitetləri arasında Azərbaycandan heç bir ali məktəbin adı yoxdur. Azərbaycanın qonşuları arasında yalnız Rusiyadan bir (Lomonosov adına Moskva Dövlət Universiteti) və Türkiyədən də bir (Yaxın Şərq Texniki Universiteti) ali məktəb var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2512   Tarix: 10 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040