Ermənilər indi də pizzanı özününküləşdirdi

Ermənilər indi də pizzanı özününküləşdirdiErmənilər bu dəfə də italiyanların pizzasına yiyələnmək istəyiblər.

Dolma və lavaşdan sonra Ermənilər indi də pizza davasına başlayıblar. Onlar pizzanın əslində erməni milli yeməyi olduğunu, guya ki, bu yeməyin hazırlanma texnikasının Ermənistanda meydana gəldiyini iddia edirlər.

ABŞ-da Pizza dükanı olan Ara Ağayan adli erməni hətta yeməyin adını belə erməniləşdirib. Onun iddialarına görə guya Pizza erməni dilindən tərcümədə sərilmiş mənasını verir. Qeyd edək ki, Pizzanın tarixi hələ qədim Yunanıstana gedib çıxır. Pizza sözü isə latın dilində `pìnsere` sözündən əmələ gəlib və mənası basmaq deməkdir. Qədim yunanlar əllə basılaraq hazırlanmış xəmirin üzərinə yağ və müxtəlif dərman bitkiləri və pendir çəkməklə hazırlayarmışlar. Müasir pizzanın sahibi isə italyanlardır. Pizza sözü İtalyan dilində pizzacare – yəni kəskin dadlı deməkdir. Pizzanı Amerikaya gətirənlər də elə italyanlar olub.

Qeyd edək ki, ermənilərin pizza davası məşhur Oskar mükafatının təqdimetmə mərasimində aparıcı Elen DeGeneresin birinci sırada oturan aktyor və aktrisalara pizza paylamasından sonra baş verib. Başqa sözlə desək Elen ermənilərin yadına daş salıb. Ermənilərin iddialarına görə, guya Elenin mərasimdə payladığı pizza elə "erməni pizzası" olub. Əslində isə pizza yox Elenin yanındakı Pizza daşıyan oğlan erməni olub. Təqdim olunan təamlar isə Pizza Big Mama`s & Papa`s pizzareyasından olub. Sadəcə olaraq həmin pizzareyanın bir neçəsini ermənilər amerikalılarla müştərək işlədir. Şərikli pizza satmaq isə hələ pizzanın yiyəsi olmaq deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2395   Tarix: 08 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040