Uşaq Bərpa Müalicə mərkəzindən dəhşətli görüntülər - VİDEO

Uşaq Bərpa Müalicə mərkəzindən dəhşətli görüntülər - VİDEONərimanov rayonunda yerləşən Uşaq Bərpa Müalicə mərkəzinin bərpaya ehtiyacı var. BiG.AZ xəbər verir ki, ANS-də yayımlanan "Salam, Azərbaycan" verilişində mərkəzinin şəraitsizliyi ilə bağlı dəhşətli süjetlər göstərilib.

Belə ki, mərkəzdə əsasən iflic olan əlil uşaqlar reabilitasiya keçir. Lakin mərkəzin divarları nəmişlikdən kif atıb, üfunət qoxusu ətrafı bürüyüb, otaqlarda yatmağa yerlər bərbad vəziyyətdədir. Bərpa mərkəzinin kitabxanası olan bu otaq nisbətən geniş olduğundan xəstələri bura yığıblar. Mərkəzin baş həkimi Şahin Tağıyev də bu məsələlərdən xəbərdardır.

Park oturacaqlarından belə yataq kimi istifadə olunan mərkəzdə nəinki xəstə, iflic uşaqlar hətta tam sağlam adamlar da müvazinətini saxlamaqda çətinlik çəkə bilər.

Valideynlərin iddiasına görə, burada olunan müalicə, göstərilən xidmət qarşılığında pul tələb olunur. Onlar bildirirlər ki, kim yaxşı pul versə, ona yaxşı baxırlar. Hətta axşam olanda da tualeti valideynlərə təmizlətdirirlər.

Baş həkim isə valideynlərin idddialarını qəbul etmir, onların yalan söylədiyini bildirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4681   Tarix: 08 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040