Çobanyastığı falı

Sevir – qəlbinin həyəcənla döyündüyünü ilk dəfə əlimlə toxunduğumda hiss etmişdim. Sevməsə niyə həyəcanlansın ki. Yanında olmaq ona sevinc, sevgi, həyəcandırsa, deməli sevir.
Çobanyastığı falıSevmir – Son günlər soyuluğunu hiss etmişəm. Bəlkə artıq keçib? Bəlkə soyuyub hissləri, donub bəlkə mənə qarşı. Əvvəlki kimi baxmır nə gözləri, nə ələri əvvəlki tək isti deyil. Həyəcanı da bir kənara çəkilib. Yəqin ki daha sevmir.
Çobanyastığı falıSevir – Bəzən çox darıxdığını hiss edirəm. Zəng edib danışmadan səsimi dinlədiyini. Sonra səbəbsiz mesajlarını oxuyuram. Mən unutdu dediyimdə xatirələrində yer aldığımı. İstisini hiss edirəm. Sevgisinin istisini. Onu mənə his etdirirsə deməli sevir.
Çobanyastığı falıSevmir – Amma bir gün hər şey bitə bilər demişdi. Əmin deyil. Ya mənə, ya hisslərinə. Əmin deyil bizə? Ehtimallarla yaşamaq sıxır ürəyi. Kaş gözlərimə baxıb qəti ola bilsəydi. Kaş nöqtələrdən qaça bilsəydik də yeni vergüllər qoysaydıq cümlələrin sonuna. O bacarmasa, yəqin ki sevmir.
Çobanyastığı falıSevir – Arzularımı həyata keçirməyi sevir. Gülləri necə çox sevdiyimi bilir. Bəzən güllərə qərq edir. Xoş sözlərini əkshik etmir. Qəlbimə dəydiyini xatırlamıram. Bəzən layiq olduğumdan artıq etdiyini düşünürəm bu məni utandırır. Sonra.. düşünürəm hər gücə uzun – uzun..Bəlkə də sevir.
Çobanyastığı falıSevmirSaatlara mənsizliyi dözür. Xatırlatmasam bəzən heç yadına belə düşmədiyimi düşünürəm. Gözündən uzaq olduqca könlü də uzaq olur. Niyəsini soruşmuram. Cavabı eşidə biləcək ürək mi var məndə?! Yəqin ki sevmir.
Çobanyastığı falıSevir – Ayrılmaq asan olsaydı ona, yəqin ki uzaq düşərdi. Unutçmaq asan olsaydı ayrılıb gedərdi. Bitirərdi hər şeyi. Amma etmir. Edə bilmir yəqin ki. Yoxsa niyə bu qədər gözləsin ki? Niyə bu qədər səbirli, təmkinli davransın? Yoxsa niyə çəksin nazımı.Əgər nazım onu yorursa. Əgər mənimlə xoşdursa deməli sevir.
Çobanyastığı falıSevmir – Yəqin ki bir gün bitəcək .O gedəcək, hər şey heç olmamış kimi silinəcək. Məndə xatirələr qalacaq, onda xəyallar qurulacaq. Tərəddüdə ala bilibsə məni... belə ağrı verirsə yoxluğunun qorxusu... tərk etmək ehtimalı yaradıbsa məndə... eh... yəqin ki sevmir...
Çobanyastığı falıİndi atın çobanyastığılarını bir kənara. Atın tərəddüdü, ehtimalı, onsuzluğu. Əgər yanınızdadırsa indi o. Əgər sizinlə birlikdədirsə. Sahib çıxın qəlbinizə əgər qəlbinizdədirsə o, sahib çıxın ona. Sabaha saxlamayın. Sabah gecdi. Elə indi!


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 9654   Tarix: 08 dekabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti