Məleykə Abbaszadənin "Eurovision"da aparıcılıq edən qızı

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar.

BiG.AZ xəbər verir ki, Modern.az saytı "Məşhurların övladları" adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Azərbaycanın Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadənin qızı Nərgiz Abbaszadə (Birk-Petersen) barəsindədir.

Qeyd edək ki, Məleykə Abbaszadə Azərbaycan hökumətindəki müsbət imicə malik məmurlardan hesab olunur. O, 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunub.

M.Abbaszadənin rəhbərliyi altında tələbə qəbulu prosesində bəzi dəyişikliklər, təkmilləşdirmələr aparılıb, kütləvi tirajla dərc olunan "Abituriyent" jurnalı yaradılıb.

M.Abbaszadənin Nərgiz və Nigar adlı iki qızı, iki nəvəsi var.

Nərgiz Birk-Petersen (Abbaszadə) 1976-cı il avqustun 7-də Bakıda doğulub. Bakıdakı 189 saylı orta məktəbi bitirmiş Nərgiz 16 yaşında Xəzər Universitetinə daxil olub.

O, ali məktəbdə təhsil alarkən universitetin Tələbə Televiziyasının ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-a gedib. Burada hüquq təhsili almaqla yanaşı, bir müddət model kimi çalışıb.

Ali təhsilini tamamladıqdan sonra Nərgiz ABŞ və Rusiyada hüquqşünas işləyib. O, ana dili ilə yanaşı, ingilis, rus, Danimarka dillərini də bilir.

Nərgiz xanım 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan "Bakı-2020" Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktoru vəzifəsini tutub. O, 20102-ci il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib.

Nərgiz xanım Eldar Qasımov və Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən "Eurovision-2012" Mahnı Müsabiqəsinin aparıcısı olub.

"Azərbaycanın bu mötəbər yarışmaya qatılması mənim üçün çox maraqlı oldu. Qalib gədiyimiz zaman sevincimin həddi-hüdudu yox idi. Mən dərhal hiss etdim ki, 2012-ci ildəki yarışmanın bir parçası olmalıyam. Belə mühüm yarışmanı dünyaya təqdim edəcəyimdən qürur hissi duyuram"-deyə Nərgiz müsahibələrinin birində qeyd edib.

Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurmuş Nərgiz xanım hazırda bu ölkənin paytaxtı Kopenhagendə yaşayır. O, Danimarka vətəndaşıdır. Nərgiz Birk-Petersenin iki övladı var.

Məleykə Abbaszadənin "Eurovision"da aparıcılıq edən qızıMəleykə Abbaszadənin "Eurovision"da aparıcılıq edən qızıMəleykə Abbaszadənin "Eurovision"da aparıcılıq edən qızıMəleykə Abbaszadənin "Eurovision"da aparıcılıq edən qızıMəleykə Abbaszadənin "Eurovision"da aparıcılıq edən qızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7826   Tarix: 03 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423