Qənirə Paşayevə niyə belə qəzəbləndi? - VİDEO

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Türkçə Olimpiyadaları - Musiqi Finalındakı çıxışını yaydığımıza görə bizi sərt tənqid edib. Sayın Qənirə xanıma vəhy gəlib ki, videonu yaymağımız kimlərinsə sifarişidir və guya, biz onu nüfuzdan salmağa çalışırıq. Onun haqımızda səsləndirdiyi böhtanlarına, aşağılayıcı fikirlərinə ayrıca cavabımız olacaq. 
Amma ondan əvvəl millət vəkilinin yazısını təqdim edirik: 

"Bu ölkədə bir qrup cahil, həyatda heç bir zaman xeyirli işlə məşğul olmayan, sadəcə millətin oğul və qızlarına şər-böhtan atmaqla məşğul olan və bundan zövq alan bir qrup insan var. Bir neçə gündür məni nurçuluq təriqətinin mənsubu olmaqda ittiham edirlər və bununla mənə zərbə vuracaqlarını düşünürlər. Ay bədbəxtlər, əvvəlcə sizə xatırladım ki, ölkəmizdə din azadlığı var və hər kəsin inancına sayğı duyulmalıdır. Hər bir insan istədiyi təriqətə inana və bağlı ola bilər. Konstitusiyamıza və qanunlarımıza görə də burada heç bir qanunsuzluq yoxdur. Başqalarının inancına müdaxilə edib, onu hədəf almaq isə ciddi qanun pozuntusudur.

Mən də hər bir Azərbaycan vətəndaşı kimi istədiyim təriqətə inanmaqda, daxil olmaqda sərbəstəm və hər hansı bir təriqətin mənsubu olmaq istəsəm sizdən və başqalarından bunun üçün icazə almamalı və hesab verməməliyəm. Əgər hər hansı bir təriqətin, o cümlədən nurçuluq təriqətinin üzvü olsam bunu qorxmadan, açıq şəkildə söyləyərəm. Burada qanunsuz bir şey olmadığını təkrar siz cahil və xəbis niyyətli insanlara söyləmək istəyirəm. Nurçuluq təriqətinin üzvü olsam bunu açıq şəkildə söyləməkdən çəkinmərəm. Bu gün şok video dediyiniz çıxışı isə mən 1 il əvvəl etmişəm və bir gün məni Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Türkçə Olimpiadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finali) etdiyim çıxışımdan dolayı ittiham edəcəyinizdən qorxsaydım o çıxışı etməzdim. Çünki sizdən fərqli olaraq mən sifarişlərlə işləmirəm. 

Məni o festivaldakı çıxışımdan dolayı ittiham edən bədbəxtlər Seyid Yəhya əş-Şirvani əl-Baküvi həzrətləri ilə bağlı, onun böyük irsi ilə bağlı onlarla tədbirdə, beynəlxalq konfranslarda çıxış etmişəm. Baküvi ən böyük təriqəti - Xəlvətiliyi quran şəxsdir. Yəqin savadınız, ya da xəbəriniz olmayıb, xəbəriniz olsa məni xəlvətilik təriqətinin üzvü olmaqda da suçlayardınız. Çünki ən çox çıxışlarımı Baküvi ilə bağlı edirəm və hətta parlamentdəki çıxışımda da gənclərimizi onun irsini öyrənməyə çağırmışdım. Son kitablarımda ən çox yazdığım və gənclərə oxumağı tövsiyə etdiyim, çıxışlarımda tez-tez sitat çəkdiyim Həzrəti Mövlanadan da yəqin xəbəriniz yoxdur. 

Yoxsa məni Mövləvilik təriqətində də ittiham edərdiniz. Bir müddət əvvəl agentliklərdə Hacı Vəli Bektaş və onun irsi ilə bağlı yazım və çıxışlarım da getmişdi. Yəqin xəbəriniz olmayıb. Yoxsa Bektaşi təriqətinin üzvü olmaqda da suçlayardınız. Yəqin 3 il əvvəl Mir Həmzə Seyid Nigari ilə bağlı beynəlxalq konfranslardakı çıxışlarım da əlinizə düşməyib, yoxsa məni nəqşibəndiyə təriqətində də suçlayardınız. Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Türkçə Olimpiadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finali) etdiyim çıxışıma gəlincə insanlara çirkab atmaq və hədəf göstərməklə məşğul olan Aznews.as saytı və onun sahibinə, onlara istinadən bu xəbəri yayanlara demək istəyirəm ki, ey dünyadan xəbərsizlər, mən bu çıxışları Bakıda Türk məktəblərinin festivallarında hər zaman etmişəm, xəbəri sizə yenimi çatıb? İnternetdə ən çox izlənən və bir il əvvəl canlı yayımda etdiyim çıxışı şok video əldə etmişik kimi yayan bədbəxtlər, bir indiyə qədər o videonu nə qədər insanın izlədiyinə və tarixinə baxın. Yazıqlar olsun sizə… 

Bəli, bu gün də hesab edirəm ki, dünyanın müxtəlif yerlərində açılan türk okulları və Azərbaycandakı türk okulları insanımız, türk milləti üçün zərərli deyil, xeyirli işlərlə məşğul olub. Bunu təkcə mən deyil, ölkəmizin rəhbərliyi, Türkiyə prezidenti, baş naziri, bir çox millət vəkilləri də deyiblər və onların videosunu da internetdən tapa bilərsiniz. Bu kampaniyanın arxasında dayanan adamları isə çox yaxşı tanıyıram. Bu kampaniyanın rəhbərlərindən birinə bu sualı verirəm: əgər bu məktəblər pis idisə, niyə övladınızı orada oxumağa vermişdiniz? O zaman, demək, sizin övladınız da nurçuluq təriqətinin üzvüdür. Bizi, bir qrup gənc insanı çeşidli mətbuat orqanları vasitəsi ilə hədəfə alan bədbəxtlər, sizin dərdiniz başqadır, bunu bilənlər bilir. 

Siz bu ölkəni, onun inkişafını sevmirsiniz, siz sadəcə öz şəxsi maraqlarınızı və mənafeyinizi düşünürsünüz və sizin kimi istedadsız insanların önünə keçən aydın gənclərə nifrət edir və onlara bu yollarla zərbə vurmaq istəyirsiniz. Amma alınmayacaq, Allah böyükdür və ölkəmizin sizin kimi böhtançıların sözləri ilə deyil, faktlarla işləyən Milli Təhlükəsizlik Nazirliyi var. Onlar kimin kim olduğunu çox yaxşı bilirlər. Gücünüz sadəcə əliniz çatan mətbuat orqanlarında bizi hədəf almağa çatır, amma bu reketçiliklə məşğul olan agentliklərlə sabahdan onlar kimi şantaj deyil, hüquq müstəvisində danişacağıq. Mənə vurduqları mənəvi ziyana görə onlardan məhkəmə yolu ilə əldə edəcəyim təzminatı isə ehtiyacı olanlara hədiyyə etməkdən böyük məmnuniyyət duyacam. Bu sizə qısa cavabımdır, daha geniş cavabımı gözləyin…" 
-------
 
Məlum olduğu kimi, Milli Məclisinin bəzi üzvlərinin, eləcə də bir sıra vəzifəli şəxslərin nurçu olması və onların bu təriqətin Azərbaycanda fəaliyyət göstərən şəbəkəsinə bağlılığı barədə fikirlər ölkə mediasının əsas müzakirə mövzusudur. 
"Nurçular siayhısı" günü-gündən genişlənir, bununla bağlı müzakirələr, araşdırmalar, ittiham edilən şəxslərin açıqlamaları intensivləşir. 

Belə bir məqamda AzNews.az şok effekt yarada biləcək bir video əldə edib. Ötən il "yootube"da yayılan materialda millət vəkili, adı nurçıların siyahısında hallanan Qənirə Paşayevanın çıxışı yer alıb.

Videoda deputat Qənirə Paşayeva Türkiyədə nurçuların, daha doğrusu fətullahçıların lideri Fətullah Gülənə bağlı qurumlar tərəfindən reallaşdırıldığı hesab edilən Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Türkçə Olimpiyadaları - Musiqi Finalındakı (Türkçe Olimpiyatları Şarkı Finali) çıxış edir. Mərasim 2013-cü il iyunun 7-də Sinan Erdem adına İdman-Konsert Salonunda keçirilir. Deputat mərasimdə çıxışı zamanı bu aksiyanı yüksək qiymətləndirir və bildirir ki, ora toplaşanlar eyni duyğunu paylaşaraq, bir qardaşlıq nümunəsi göstərirlər: "Dünyanın bu sevgiyə ehtiyacı var. Bu gün qazanan gözəl türk cəmiyyətidir. Mən dünya ölkələrinə gedəndə türk məktəblərini ziyarət etdim. Həmin müəllimlərə alqış istəyirəm. Bəlkə bizim bir çoxumuzun minlərlə dollar pulla gedə bilməyəcəyimiz yerə onlar sevgisi ilə insanlıq adına gedir". 

Daha sonra Q. Paşayeva adıçəkilən tədbirin təşkilatçısı kimi tanınan Fətullah Gülənə işarə edərək, ona xüsusi təşəkkür ismarışı göndərib: "Hər bir işin bir memarı var. Mən bu işin memarına, dünyaya sevgi yayan o gözəl insana da bir alqış istəyirəm. Hamınızın yerinə ona "Allah razı olsun" deyirəm. Çünki bu gün dünyanın ehtiyacı olan şey bu salonda olan sevgidir, anlayışdır, qardaşlıq duyğusudur. Bu gənclər də dünyaya bunu yayacaq". 
Qeyd edək ki, bir neçə gün əvvəl ANS Azərbaycandakı nurçu deputatların siyahısını təqdim etmişdi. Həmin siyahıda Qənirə Paşayevanın da adı çəkilirdi. Qənirə xanım isə AzNews.az-a açıqlamasında bu iddiaları rədd etmişdi. Bildirmişdi ki, bu informasiyaları yayanlarla hüquq dilində danışacaq. 

Bu video isə millət vəkili ilə bağlı yayılan xəbərlərin əsasız olmadığı qənaətini yaradır. 

Həmin videonu təqdim edirik:

Qənirə Paşayevə niyə belə qəzəbləndi? - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3728   Tarix: 03 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740