Qadin - kişi bədənindəki fərqləri bu qədər detalli bilmirdiz

Qadin - kişi bədənindəki fərqləri bu qədər detalli bilmirdizİngiltərədə qadın və kişinin orqanizm quruluşu ilə bağlı aparılan araşdırma maraqlı faktlar ortaya çıxarıb. İndi marağınıza səbəb olacağını düşündüyümüz həmin nəticələri sizinlə bölüşmək istəyirik.

1. Kişinin beyni qadın beyni ilə müqayisədə 14 faiz daha ağırdır.
2. Kişinin ürəyi daha böyükdür, ancaq yavaş döyünür: dəqiqədə təxminən 72 dəfə. Qadınlarda isə bu göstərici 80-dir.
3. Kişi bədəninin 60-70, qadın bədəninin isə 50-60 faizi sudan ibarətdir.
4. Kişilər ömürləri boyu qadınlarla müqayisədə 40 gün daha az xəstələnirlər.
5. Kişi dərisinin ümumi çəkisi 1.8 kq, qadınlarda isə 1.6 kq-dır.
6. Kişilərdə əlin uzunluğu təxmini 19.7 sm, qadınlarda isə 17.3 sm-dır.
7. Kişilər qadınlardan daha sürətli qocalır. 55 yaşında bir qadın bədən gücünün 90 faizini qoruyub saxladığı halda, kişilərdə bu 70 faiz olur.
8. 35 yaşında kişinin damar sistemi 55 yaşlı qadının damar sisteminə bənzəyir. Lakin qadınların cildi daha incə olduğu üçün onlarda qocalıq əlamətləri daha tez hiss edilir.
9. Kişi orqanizmində qadın ilə müqayisədə 50% daha çox əzələ hüceyrəsi olur. Fiziki cəhətdən qadınlardan üç dəfə güclü olan kişilər qıçları daha uzun və əzələli olduğu üçün qadınlardan daha yaxşı qaçır və daha uzağa tullana bilirlər.
10. Kişilər dəqiqədə təxminən 16 dəfə, gündə isə 23 min dəfə nəfəs alır. Qadınlar isə dəqiqədə 20-22 dəfə, gündə 30 min dəfə nəfəs alırlar.
11. Kişilər təxmini 71.5 il, qadınlar isə 78 il yaşayır.
12. Kişi orqanizmində 4.5, qadınlarda isə 3.6 litr qan dövr edir.
13. Kişilərin çiyinləri daha geniş, qolları və qıçları daha uzun, sümükləri daha ağırdır.
14. Qadınların səs telləri daha qısa olduğu üçün səsləri daha incədir.
15. Qadınlarda eşitmə, qoxu bilmə qabiliyyəti daha güclüdür. Buna qarşılıq olaraq kişilər isə parlaq işığa qarşı daha həssasdır. Bu da onlara ən incə detalları belə daha asanlıqla aydınlaşdırmağa kömək edir.
16. Kişilərdə bədən temperaturu qadınlarla müqayisədə daha yüksəkdir.
17. Qadınların saçları daha sıx və daha güclüdür. Saç kökləri dərində yerləşdiyi üçün onların saçı kişilərin saçı kimi tez tökülmür.
18. Hər dörd AİDS xəstəsindən biri qadındır.
19. Dəri altında olan yağ təbəqəsi daha qalın olduğu üçün qadınlar kişilərdən daha yaxşı üzür.
20. Qadın orqanizmi daha çox antikor istehsal edir. Buna görə də onlar kişilərlə müqayisədə bakteriya, virus vasitəsilə yayılan xəstəliklərə daha az yoluxurlar. 


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4213   Tarix: 03 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyada cəmi 75 nəfərdə olan xəstəlik: İnsanları şeytan simasında görür - VİDEO

ABŞ-nin Tennessi ştatından olan 59 yaşlı yük maşını sürücüsü dünyada cəmi 75 nəfərdə olan nadir "şeytan üzü" sindromuna tutulub. Üç il əvvəl peyda olan xəstəlik Viktor Şerrahın həyatını qorxu filminə çevirib. İndi o insanların üzünü ağız, qulaq və göz ucları yuxarı dartılmış şəkildə görür

24.03.2024 680
.

Qulaq ağrısının təbii üsulla müalicəsi

Qulaq ağrısı Ciddi bir xroniki xəstəliyin xəbərçisi olaraq can sıxır. Mütəxəssislər ağrılara qulaqla əlaqədar ya da boyun qulaq bölgəsinə yaxın linfa vəzlərinin bir problemi, çənə sümüyündə deformasiya və diş ağrısının səbəb ola biləcəyini ifadə edir. Keçməyən və uzun müddət davam edərsə qulaq agris

23.03.2024 2492
.

Bakıda çörək zavodunun açılış mərasimi - Nadir GÖRÜNTÜLƏR + VİDEO

AzTV-nin "Qızıl Fond"u illər əvvəl Bakı şəhəri Keşlə qəsəbəsində olan çörək zavodunun açılış mərasimindən görüntülər təqdim edib. Həmin görüntülərdə zavodun fəaliyyət istiqamətləri və iş prinsipi əksini tapıb.( )

16.03.2024 435
.

Dünyanın ən varlı beş qadını

Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər. Statistik məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dandır. Onları sizə təqdim edirik:. 5. Miriam Adelson. Narkotik asılılığı ilə mübarizə aparan AB

10.03.2024 596
.

İtlər hətta simvolları anlamaq qabiliyyətinə malikdirlər - ARAŞDIRMA

Alimlər kəşf ediblər ki, itlər əslində bizim düşündüyümüzdən daha çox söz və rəmz başa düşmək qabiliyyətinə malikdirlər. Alimlərin bu yeni araşdırması Britaniyada dərc edilən "Current Biology" jurnalında çap edilib. Belə ki, mütəxəssislər elektroensefaloqrafiya (baş beyinin summar elektri

24.03.2024 298
.

Boşanmaların sayının azalması üçün hansı yaşda evlənməliyik? - Mütəxəssisdən AÇIQLAMA

"Boşanma riskinin daha az olduğu və evlilik üçün ən uyğun yaş həddi 25-30 yaşdır". Bu fikri amerikalı psixoterapevt Lori Qotlib Stiven Bartletin "Diary of a CEO" podkastında bildirib. Qotlib iddia edib ki, çox erkən evliliklərdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağ

16.03.2024 336
.

Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək? - ARAŞDIRMA

Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur. Maraqlıdır, Novruz süfrəsi bu il bi

17.03.2024 673
.

"Bitcoin" alaq, yoxsa qızıl? - ARAŞDIRMA

Həm qızılın, həm də "Bitcoin"in qiymətində artım müşahidə edilir. Bu artım bəzi psixoloji baryerləri belə adlayıb. Ekspertlər düşünürlər ki, hər iki bazar dəyişkən olduğu üçün istənilən an qiymət dəyişiklikləri yaşana bilər. Son zamanlar dünya bazarında "Bitcoin"in qiyməti 70 mi

17.03.2024 438
.

Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı

Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb. Böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb. Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib. Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısınd

24.03.2024 438