Xocalı qurbanları: Biz "Xocalıya ədalət" istəyirik – FOTO

Xocalı qurbanları: Biz "Xocalıya ədalət" istəyirik – FOTO"O dəhşətli hadisələr baş verərkən bizlərin 4-11 yaşları vardı".

Soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşaq (indi onların ən kiçiyinin 22 yaşı var) mətbuat vasitəsilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

BiG.AZ Modern.az-a istinadən, həmin müraciəti olduğu kimi təqdim edir.

"1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə bütün bəşəriyyət, çağdaş dünya böyük bir dəhşət yaşadı. Həmin gecə Ermənistan Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Azərbaycanın Xocalı şəhərində insanlığa sığmayan, tükürpərdici faciə törətdi.

Bu gün o soyqırımdan 22 il ötür. 613 nəfərin öldürüldüyü, 1000-lərlə insanın yaralandığı bu qətliam Azərbaycan xalqına qarşı bilərəkdən törədilmiş soyqırımdır.

O dəhşətli hadisələr baş verərkən bu müraciəti imzalayan bizlərin 4-11 yaşları vardı.

O dəhşətli gecədə biz dünyada hər bir körpənin daima qayğısına ehtiyac hiss etdiyi valideyn qayğısından ömürlük məhrum olduq.

Biz həmin dəhşətli gecədə yarıçılpaq, ayaqyalın, şaxtada, qarda düşmən gülləsinin atəşindən qaçarkən ətrafımızda güllələnən valideynlərimizin axan qanını, bizi son dəfə qucaqlayaraq bağırlarına basan əllərini, gözümüzün önündə baş verən bu qandonduran hadisələri unuda bilmirik. Bu dəhşətlər sonradan bizim yaşanacaq ömrümüz üçün uşaq yaddaşının çəkə bilməyəcəyi bir ağır yük oldu. O gecə güllələrdə çilik-çilik olan arzularımız uşaqlıq həyatımıza son qoydu. Biz - həmin dəhşətli gecədə hər iki valideynini itirmiş 25 uşaq dünya birliyinə, dünyanın hər bir ölkəsinə, beynəlxalq təşkilatlara müraciət edərək Xocalıda baş vermiş soyqırıma hüquqi qiymət verilməsini tələb edirik.

Bu soyqırımı günahkarlarının Avropa İnsan Haqları məhkəməsində ədaləti mühakimə olunmasını istəyirik.

Biz "Xocalıya ədalət" istəyirik.

Bu qanlı soyqırıma heç bir bəraət yoxdur. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri Qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib.

Cinayət cəzasız qalmamalıdır. Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1242   Tarix: 26 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 540
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 121
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 587
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 40
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 108
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 121
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

14:08 69
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 466
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 549