"Böyük səhnə"nin finalında üç nəfər mübarizə aparacaq

"Böyük səhnə"nin finalında üç nəfər mübarizə aparacaqAzərbaycanı "Eurovision-2014" mahnı müsabiqəsində təmsil edəcək ifaçının seçilməsi məqsədilə "Böyük səhnə" şousu davam edir. BiG.AZ-ın məlumatına görə, ölkə üzrə milli seçim turunun final mərhələsində üç nəfər – Dilarə Kazımova, Xana Həsənova, Erkin Osmanlı mübarizə aparacaqlar.

Azad Şabanov, Elton İbrahimov, Samirə Əfəndiyeva şounu qələbənin iki addımlığında tərk ediblərlər.
Yarımfinalda münsiflər heyətinin tərkibi tədricən dəyişib. İfaçılara balları Azərbaycanın caz ifa edən ilk xanım müğənnilərindən biri olan Tünzalə Qəhrəman, prodüser, şairə Zəhra Bədəlbəyi, tanınmış şoumen Murad Dadaşov, rejissor Fuad Əliyev, bəstəkar Dmitris Kontopulos (Yunanıstan) veriblər.

Nəzərinizə çatdıraq ki, müsabiqənin qalibi isə martın 2-də keçiriləcək final şousunda elan olunacaq və həmin ifaçı Azərbaycanı Danimarkada keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsində təmsil edəcək.

Qeyd edək ki, ilkin püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçisi müsabiqənin mayın 6-da keçiriləcək birinci yarımfinalında səhnəyə çıxacaq. "Bizə qoşul" şüarı ilə 37 ölkə təmsilçisini bir araya toplayan müsabiqənin ikinci yarımfinalı mayın 8-də, finalı isə mayın 10-da olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 988   Tarix: 28 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040