Huş itəndə

Huş itəndəBiG.AZ publika.az-a istinadən xəbər verir ki, Birdən-birə baş verən halsızlıq, zəiflik, əl və ayaqlarda keyimə, tərləmə, başgicəllənmə... və sonunda şüurun (huşun) itməsi. Sadalananlar ürəkkeçmənin - bayılmanın ilkin əlamətləridir. Ürəkkeçmə, əsasən, beyin anemiyası, yəni beynə qan axınının azalması, qeyri-bərabər paylanması nəticəsində baş verir. Ürəyi keçmiş insanın şüuru qısa müddət ərzində sönüb yenidən canlanır.

Hisslər cilovlanmayanda

Yeddi ildir ki, ürəkkeçmədən əziyyət çəkdiyini deyən Zakirə Nağıyevanın dediyi sözlərinə görə, həyəcan, stress keçirən kimi huşunu itirib yıxılır: "Təbiətcə həddindən artıq emosional, həssas bir insanam. Ətrafda baş verən hər şeyə ciddi reaksiya verir və tez həyəcanlanıram. Özümü sakitləşdirə bilməyib stress keçirir və bundan sonra da huşumu itirib yıxılıram. Dəfələrlə həkimə müraciət edib müayinə olunmuşam. Bir kurs müalicə də almışam. Ancaq bir nəticə olmayıb. Həkimlərin dediyinə görə, ciddi bir xəstəliyim yoxdu, sadəcə həyəcanlananda, stress keçirəndə beynimə qan yaxşı getmir və bu səbəbdən də huşumu itirirəm".

Gözlər qaralır, baş gicəllənir...

Həkim-terapevt Şəhla Abbasovanın Milli.Az-a açıqlamasına görə, beyinə qan iki arteriya - daxili yuxu və onurğa arteriyaları vasitəsilə keçir. Bu arteriyalarda yaranan problem səbəbiylə beyinə qan getmədikdə beyin anemiyası yaranır və ürəkkeçmə halı baş verir.

Əksər hallarda insanın ürəyi qəflətən keçir. Lakin çox vaxt özündən gedib huşunu itirməmiş bir sıra əlamətlər müşahidə edilir. Rəngi bütünlüklə solur, özünü pis hiss edir, sıxılır, ürəyi bulanır, gözləri qaralır, qulaqları cingildəyir, başı gicəllənir, dərin nəfəs ala bilmir, bəzən bədəni soyuq tərlə örtülür. Ürəkkeçmə başlanan kimi huşunu itirib yıxılır, bəbəkləri genişlənir, nəbz kiçik və sürətli, tənəffüs səthi və gec-gec olur, dəri örtükləri, görünən selikli qişaları kəskin surətdə solur. Ürəkkeçmə adətən çox çəkmir. Bir neçə saniyə, yaxud dəqiqə sonra xəstə yenidən özünə gəlir. Tədricən özünü normal hiss etməyə başlayır: "Ürək keçib yıxılan zaman bəzən bədəninin hər hansı bir hissəsi, xüsusilə aşağı ətraflar zədə almış olur. Bu səbəbdən huşunu itirib yıxılan insanın özünə gəldikdən sonra bədənin müəyyən hissələrində cüzi ağrılar hiss etməsi normaldır".

Ürəkkeçmə yaradan səbəblər

Həkimin sözlərinə görə, bayılma bəzən psixi amillər, diksinmə, şiddətli ağrının təsirindən də baş verir. Qadınların və ümumiyyətlə, həssas, emosional, əsəbi, zəif adamların ürəyi tez-tez keçir. Yorğunluq, stress, həyəcan, qorxu, təzyiqin yüksək və ya aşağı olması, qanazlığı, qan itirmə, aclıq zamanı da bayılma halları müşahidə olunur. Hər hansı bir hadisəyə ürəkdən sevindikdə də sevincdən ürəkkeçmə baş verir. Bəzən uzun müddət yatmış, uzanmış xəstə ayağa durarkən, zəif düşdüyü üçün, özündən gedir, huşunu itirir. Çox vaxt ağrı hissi olmadığı halda hələ başlanmamış ağrını yalnız təsəvvür edib ondan qorxur, qan, yara gördükdə, həm ağrı çəkib, həm də qorxduqda və sair hallarda huşunu itirib yıxılır: "Ürəkkeçmənin bu forması təhlükəli sayılmır və sadalanan səbəblər ucbatından huşunu itirən insanın həkim müayinəsindən keçib müalicə almasına ehtiyacı yoxdur".

Kardiogen bayılma

Ş.Abbasova deyir ki, bəzən ürəkkeçmə müxtəlif ürək xəstəlikləri səbəbindən də baş verir. Bu kardiogen bayılma sayılır. Kardiogen bayılma ürək ritminin pozğunluqları - aritmiyalar zamanı müşahidə olunur. Yorğunluq, nikotin, alkoqol, müxtəlif mənfi, hətta müsbət emosiyalar, həddi-buluq dövrü, klimaks, hamiləlik, vegetativ nevrozlar, angina, şəkərli diabet, narkoz, qarın boşluğu üzvlərinin patologiyası, infeksion xəstəliklər, ürək qüsurları, arterial hipertoniyalar, ürəyin işemik xəstəliyi, bir çox digər xəstəliklər və müxtəlif faktorlar ürək ritminin pozulmasına gətirib çıxarır. Ürək ritmi pozulan zaman tez-tez müşahidə olunan əlamətlərdən biri də ürəkkeçmədir: "Miokard infarktı zamanı da ilk olaraq xəstədə kardiogen bayılma baş verir. Döş qəfəsində sıxılma, kəskin ağrı hiss edən xəstənin bir neçə dəqiqədən sonra ürəyi keçir. Digər ürəkkeçmədən fərqli olaraq kardiogen bayılma zamanı xəstə uzun müddət huşsuz qalır və çətinliklə özünə gəlir".

Ürəyi keçənə yardım

Həkim-terapevtin söylədiyinə görə, beyin anemiyası səbəbindən baş verən ürəkkeçməni müalicə etmək üçün ilk olaraq beyindəki qan dövranı bərpa edilməlidir. Bu məqsədlə xəstəni dərhal uzandırmaq və başını aşağı əymək lazımdır. Belə vəziyyət qanın beyinə axmasına kömək edir. Xəstənin döş qəfəsini sıxan və onun sərbəst tənəffüs almasına mane olan geyimləri çıxarmaq, yaxud genəltmək, pəncərəni açıb otağa təmiz hava buraxmaq lazımdır. Xəstəni naşatır spirti kimi qıcıqlandırıcı maddələr iylədib burnunun selikli qişasını qıcıqlandırmaq da məqsədə müvafiqdir. Xəstə özünə gəldikdən sonra ona oyadıcı maddələr - qəhvə, pişikotu damcısı kimi şeylər verilməlidir. Xəstə bir müddət dinc və rahat vəziyyətdə uzanmalıdır: "Ürək xəstəlikləri səbəbindən baş verən ürəkkeçmə təhlükəli sayılır və bu səbəbdən də xəstə mütləq həkimə müraciət edib müayinə olunmalıdır. Əks təqdirdə ürəkkeçmələr tez-tez təkrarlana və xəstənin vəziyyəti daha da ağırlaşa bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2578   Tarix: 27 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580