Azərbaycanl aktrisa: Çox xoşbəxt ailəm var idi... - MÜSAHİBƏ

Azərbaycanl aktrisa: Çox xoşbəxt ailəm var idi... - MÜSAHİBƏDövlət Rus Dram Teatrının aktrisası İnna İmranovanın müsahibəsi.

-​ Necə oldu ki, aktrisa olmaq qərarına gəldiniz?

-​ Əslində, bu qərarın təməli öz-özlüyündə, bəlkə də, mən uşaq ikən artıq qoyulmuşdu. Çünki beş yaşımdan etibarən incəsənətə meylim olub. Hələ o vaxtlar şeirlər əzbərləmək, onları hafizəmdə saxlamaq məndə adət halına gəlmişdi. Getdiyim bağçada da dram dərnəyinə yazılmışdım. Oranın fəal üzvlərindən biri idim.

-​ Belə çıxır ki, uşaqlıqdan incəsənətə olan marağınız sizi teatra gətirdi...

-​ Bəli, belə desək, daha doğru olar.

-​ Bəs aktirsa olmaq istəyinizi eşidəndə valideynləriniz necə reaksiya verdi?

-​ Bu qərar onlar üçün gözlənilən qərar idi. Çünki onlar bilirdilər ki, mənin incəsənətə çox böyük marağım var. Ona görə də onların xeyir-duası ilə sənətə gəldim.

-​ Teatra qəbul olmağınız yadınızdadır?

-​ 11-ci sinifdə oxuyarkən eşitdim ki, Gənc Tamaşaçılar Teatrının truppasına aktyor cəlb edirlər. Mən də ora müraciət etdim. Məktəbi bitirən kimi sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Cənnət Səlimovanın kursuna qəbul olundum. Uzun illər Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərdim. Sonra isə oradan ayrıldım.

-​ Səbəb nə idi ayırlmağınıza?

-​ Elə də ciddi bir səbəb yox idi. Məni və mənim kimi bir çox aktrisanı təyinatla Dövlət Rus Dram Teatrına göndərdilər. Artıq dörd ilə yaxındır ki, fəaliyyətimi bu teatrda davam etdirirəm.

-​ Rus Dram Teatrına öyrəşməyiniz çox vaxtınızı aldı?

-​ Sözün düzü, yeni teatr səhnəsinə və aktyor heyətinə alışmaq bir o qədər asan deyildi. İlk zamanlar çox darıxırdım və sanki sıxılırdım. Lakin zaman keçdikcə hər şey öz qaydasına düşdü və mən tam şəkildə bura öyrəşə bildim.

-​ Bu teatrda ilk böyük rolunuz hansı oldu?

-​ Rejissor İranə xanım mənim istedadıma güvənib mənə "Karamazov qardaşları" tamaşasında Qruşa rolunu həvalə etdi. Düşünürəm ki, vəzifəmin öhdəsindən layiqincə gəldim. Mənə göstərilən etimadı doğrultmağı bacardım. Məhz bunun məntiqi nəticəsi idi ki, həmin tamaşadan sonra İranə xanım hazırladığı "Ah, bu Anna" tamaşasında yenə də mənə baş rol verdi. Mənə göstərdiyi diqqətə və qayğıya görə ona öz minnətdarlığımı bildirirəm.

-​ Şəxsi həyatınız nə yerdədir?

-​ Ailəli idim. Çox xoşbəxt ailəm var idi. Lakin həyatdır. Gözlənilmədən hər şey ola bilər. Bir neçə müddətdir ki, biz ayrılmışıq.

-​ Səbəb nə oldu?

-​ Sadəcə olaraq, anlaşılmazlıq...

-​ Bəlkə aktrisa olmağınızın da buna təsiri olub? Necə fikirləşirsiniz?

-​ Xeyr, düşünürəm ki, aktrisa olmağımla heç bir əlaqəsi yoxdur. Çünki o, mənimlə ailə quranda mən artıq səhnədə idim. Düzdür, ara-sıra qısqanclıqlar olsa da, ümumilikdə mənim sənətimi dəstəkləyirdi və mənim səhnədə olmağıma etiraz etmirdi.

-​ Övladınız var?

-​ Bəli, bir övladım var.

-​ İkinci dəfə ailə qurmaq barəsində düşünürsünüzmü?

-​ Hər bir qadın istəyər ki, xoşbəxt ailəyə sahib olsun. Ola bilər, ikinci dəfə ailə qurum, ola da bilər qurmayım. Buna indidən qərar verə bilmərəm.

-​ Seriallarda sizi nədənsə az görürük. Buna özəl bir səbəb var?

-​ Sözün düzü, serillarda görünmək bir o qədər də maraq dairəmdə deyil. Amma yaxşı serial olsa, məni qane etsə və ora dəvət alsam, məmnuniyyətlə, çəkilərəm.

-​ Açıq-saçıq sahnələrdə rol alarsınız?

-​ Baxır səhnəyə. Əgər aşırı və qabarıq dərəcədə olarsa, qətiyyətlə deyirəm ki, qəbul etmərəm. Ancaq lazımi və texniki cəhətdən hər şey gözəl olarsa, rejissor onu baxımlı təqdim etməyi bacararsa, hardasa razılaşa bilərəm.

-​ Sənətinizlə bağlı gələcək planlarınız nələrdir?

-​ Hələ ki, yeni tamşalara hazırlaşırıq. Elə də özəl bir planım yoxdur. Hər şeyi gələcək göstərər...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1852   Tarix: 24 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296