Avropa Liqası - BÜTÜN-NƏTİCƏLƏR-VİDEO
Trabzonlular güclü rəqib qarşısında mübariz oyun göstərsələr də, məğlub olublar.
İdman 16 dəqiqə öncə
Fevralın 20-də UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.
Qitənin ikinci dərəcəli turnirində bütün görüşlər bir gündə baş tutub.
Azərbaycan millisinin üzvü Ruslan Abışovun da şərəfini qoruduğu Rusiyanın "Rubin" klubu İspaniyada meydana çıxıb. Kazanlılar La Liqanın autsayderi "Betis"lə münasibətlərinə aydınlıq gətiriblər. Qrup mərhələsini zirvədə başa vuran Rusiya təmsilçisi 10 nəfərlə tamamladığı matçda meydanı 1:1 bərabərliklə tərk edib.
Futbolsevərlərin maraqla gözlədiyi digər görüş isə İtaliyada keçirilib. Türkiyənin bu turnirdəki yeganə təmsilçisi "Trabzonspor" səfərdə A Seriyasının lideri "Yuventus"la üz-üzə gəlib. Trabzonlular güclü rəqib qarşısında mübariz oyun göstərsələr də, məğlub olublar – 2:0.
UEFA Avropa Liqası, 1/16 finalın ilk oyunları
"Anji" (Rusiya) – "Genk" (Belçika) - 0:0
Qırmızı vərəqə: İlya Maksimov, 89 ("Anji")
PAOK (Yunanıstan) – "Benfika" (Portuqaliya) - 0:1
QOL: Lima, 59
"Dinamo" (Kiyev, Ukrayna) – "Valensiya" (İspaniya) - 0:2
QOL: Varqas, 79
"Liberets" (Çexiya) – "Alkmaar" (Hollandiya) - 0:1
QOL: Vierqever, 89
"Dnepr" (Ukrayna) – "Tottnhem" (İngiltərə) - 1:0
QOL: Konoplyanka, 81 (pen.)
"Yuventus" (İtaliya) – "Trabzonspor" (Türkiyə) - 2:0
QOL: Osvaldo, 16, Poqba, 90+4
"Çernomorets" (Ukrayna) – "Lion" (Fransa) - 0:0
"Esbyerq" (Danimarka) – "Fiorentina" (İtaliya) - 1:3
QOL: Pusiç, 10 - Matri, 8, İliçiç, 15, Aquilani, 37 (pen.)
"Ayaks" (Hollandiya) – "Zalsburq" (Avstriya) - 0:3
QOL: Soriano, 14 (pen.), 35, Mane, 21
"Latsio" (İtaliya) – "Ludoqorotes" (Bolqarıstan) - 0:1
QOL: Bezyak, 45
Qırmızı vərəqə: Kavanda, 73 - Svetoslav Dyakov, 55
"Makkabi" (Təl-Əviv, İsrail) – "Bazel" (İsveçrə) - 0:0
"Porto" (Portuqaliya) – "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:2
QOL: Kuarejma, 44, Varela, 68 - Xoselu, 72, Sandro, 77 (avtoqol)
"Maribor" (Sloveniya) – "Sevilya" (İspaniya) - 2:2
QOL: Morales Ta, 33 Vrsiç, 81- Qameyro, 47, Fazio, 72
"Viktoriya" (Çexiya) – "Şaxtyor" (Ukrayna) - 1:1
QOL: Tekl, 62 - Adriano, 65
"Betis" (İspaniya) – "Rubin" (Rusiya) - 1:1
QOL: Vila, 3 - Yeremenko, 74 (pen.)
Qırmızı vərəqə: Aleksandr Prudnikov, 28 ("Rubin")
"Suonsi" (İngiltərə) – "Napoli" (İtaliya) - 0:0
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş