20 il sonra həyat necə olacaq?

20 il sonra həyat necə olacaq?Çips – kola, pivə, gəzinti və kinoteatrla məsum tandem təşkil edən quru kartof. İlk baxışdan adi və ləzzətli görünən bu məhsul, əslində, nəzərə çarpmayan dadlı ölüm maşınıdır. Tərkibində zəhərli qatqılar olmaqla yanaşı, çipsin narkotik xüsusiyyəti də var.

Əksər valideynləri hər zaman bu suallar narahat edir: övladımın təhsilə marağı niyə bu qədər azdır? Qavrama probleminin səbəbi nədir? Nə üçün onu maraqlı nağıl kitabları deyil, şiddət və qorxu məzmunlu cizgi filmləri cəzb edir?

Gündəlik iş prosesinə, vaxt azlığına və bir sıra səbəblərə görə insanlara asan başa gələn ərzaq məhsullarına üz tuturlar. Bu hazır məhsullardan qida kimi ən çox istifadə olunanlar çips və hazır paket yeməklərdir. Dünyada hər il 35 milyard paket çips satılır. Ölkəmizdə isə hər il, təxminən, 20 ton çips yeyilir. Bir paket çips yemək 5 litr yağ içməyə bərabərdir. Yağ normadan artıq qəbul olunanda spermanı zədələyir və belə olan halda sonsuzluq qaçılmaz olur.

Ucuz və dadlı olan bu məhsullar qana vurulan virus qədər təhlükəlidir. Araşdırmalar göstərir ki, bu yeməklərin zərərli təsirləri 5-10 ildən sonra yavaş-yavaş üzə çıxır. İnsanlarda sonsuzluq, yaddaşsızlıq, daxili orqanların sıradan çıxması halları müşahidə olunur. Bütün bunlar dünya əhalisinin sayını azaltmaq üçün qurulmuş böyük sistemin kiçik bir hissəsidir. Təsadüfi deyil ki, çips insanı yavaş-yavaş öldürən məhsullar siyahısındadır.

Artıq İngiltərə başda olmaqla, bəzi ölkələrdə çipsin satışına qadağa qoyulub. Qadağanın bir neçə səbəbi var:
1.İnsan orqanizmi üçün zərərli və yararsız maddələrlə zəngin olan çips daxili orqanların piylənməsinə səbəb olur.
2.Tərkibindəki yağlar qanda xolesterin miqdarını artırmaqla infarkt riskini 40% artırır.
3.Xromosomlara nüfuz edərək sonsuzluq yaradır.
4.Ürək damar sistemində tıxanıqlar yaradıb, qan dövranını zəiflədir.
5.Bir uşaq gün ərzində 3 qram duz qəbul etməli olduğu halda, çips ilə bu qəbuletmə 20 qrama çatır.
6.Hamilə qadın çips və hazır yeməklər yedikdə onun tərkibindəki maddələr bətnindəki uşağın qanına keçir və nəticədə onun beyin hüceyrələrini zədələyir. Beləcə, doğulan uşaqda zəka problemi olur.
İndi isə gələk çipsin narkotik xüsusiyyətinə.

Çipsin tərkibindəki asılılıq yaradan bu maddə monosodium qlutamat adlanan duzdur. Məhsula xüsusi, gözəl dad qatdığı üçün hal-hazırda əksər dönərxanalarda da bu duzdan istifadə edirlər. Əslində isə məsələ duzun dadında deyil. Bu duz yeyilən məhsulun dadlı olduğunu beyinə ötürür, asılılıq xüsusiyyəti isə həmin məhsulun yenidən yeyilməsini qaçılmaz edir. Beləcə, insan çipsdən doymur.

Amerikalı mütəxəssislərin araşdırmalarına görə çips və hazır yeməklər insan orqanizminə vurduğu ömürlük fəsadlar bunlardır:
1.Böyümə hormonunun zəifləməsi.
2.Mədəaltı vəzinin çürüməsi.
3.Şəkərin yüksəlməsi.
4.Böyrəklərdə və qaraciyərdə çürümənin başlaması.
Vəziyyət o həddə çatıb ki, mütəxəssislər çips paketlərinin üzərinə "sağlamlığınız üçün təhlükəlidir" sözlərini yazmağı təklif edirlər. Onlar bu məhsulun, xüsusilə, azyaşlı uşaqlar tərəfindən yeyilməsinin 20 il sonrakı nəsil üçün dəhşətli fəsadlar doğuracağını iddia edirlər: erkən yaşlanma, əqli pozğunluq, cinsi xəstəliklər, dişlərin çürüməsi və ən əsası da ölüm yaşının aşağı düşməsi. Çipsin tərkibindəki akrilamid adlanan toksik maddə insanın DNT-nə nüfuz edərək onun sonsuz olmasına zəmin yaradır. Bundan başqa həmin maddə beyinin funksiyasını da zədələyərək, insanda gerizəkalılığın artmasna səbəb olur. Bu nazik ölüm maşını uşaqlarda təhsilə, kitaba, incəsənətə olan marağı azaldır, onun normal düşüncəli, zəkalı bir fərd olaraq yetişməsinin qarşısını alır. Çips insanın ulğumunu üzən gözəgörünməz ülgücdür.
menbe:axar.az
20 il sonra həyat necə olacaq?20 il sonra həyat necə olacaq?20 il sonra həyat necə olacaq?20 il sonra həyat necə olacaq?20 il sonra həyat necə olacaq?20 il sonra həyat necə olacaq?20 il sonra həyat necə olacaq?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2883   Tarix: 17 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168