Hansı ölkələrə səyahət təhlükəlidir?

Hansı ölkələrə səyahət təhlükəlidir?BiG.AZ Banker.az-a əsasən bildirir ki,bəzi ölkələrə səyahət edilən zaman şəxsiyyət vəsiqənizə vurulan möhür digər bir ölkəyə səfər edən zaman sizə əsl maneə yarada bilər və hətta məhkəmədə əleyhinizə dəlil olaraq da istifadə edilə bilər. Məsələn, Gürcüstana Abxaziyadan, Serbiyaya isə Kosovadan gəlmək qanunsuz hesab edilir. Şəxsiyyət vəsiqənizdə möhür səbəbindən cərimələnə, deportasiya oluna və hətta məsuliyyətə cəlb edilə bilərsiniz. Aşağıda sizə münasibətləri heç də yaxşı olmayan bəzi ölkələri təqdim edirik. Əgər aralarında konflikt yaşayan bu ölkələrə səfər etmək istəyirsinizsə, daha sonradan başınıza gələnləri nəzərdən keçirin.

İsrail — Ərəb dövlətləri

Bu yaxınlarda İsrail möhürü ilə bir çox Ərəb ölkələrinə səfər etmək qadağan edildi. Bu ölkələrə Səudiyyə Ərəbistanı, İran, Küveyt, Livan, Liviya, Pakistan, Suriya, Sudan və s. daxildir. Lakin hal-hazırda hər şey daha sadədir: İsrail sərhədçiləri xarici pasporta möhür vurmur və onun əvəzinə ona çıxarış təqdim edir. Bu çıxarışı əldə edən şəxs təyyarəyə minən zaman onu təqdim edir və rahatlıqla Ərəb ölkələrinə səfər edir.

Abxaziya və Cənubi Osetiya — Gürcüstan

Gürcüstan Abxaziya və Cənubi Osetiyanı öz işğal edilmiş əraziləri hesab edir. Buna görə də, bu iki respublikadan Gürcüstana gəlmək qanunsuz hesab edilir. Bunun nəticələri isə çox ciddidir: cərimə edilməkdən həbsə qədər. Şəxsiyyət vəsiqəsində Abxaziya və Cənubi Osetiya möhürü ilə Gürcüstanda sizi 5 ilə qədər həbs cəzası gözləyir.

Kuba — Amerika

1962-ci ildə Amerikanın Kuba ilə ticarətə embarqo qoyması ABŞ qanunvericiliyinə tabe olan hər bir şəxsin Kubaya səfər etməsi və istənilən ticarət əlaqələrini qadağan etdi. Siz adi turist olsanız və Kubadan sonra ABŞ-a getmək istəsəniz bəzi cəhətlərə diqqət etməlisiniz. Kubalı sərhədçilər artıq şəxsiyyət vəsiqəsinə möhür vurmur və ayrılıqda viza təqdim edirlər. Həmçinin özünüz ilə ABŞ-a Kuba suvenirləri gətirməyin. Buna görə sizi hətta cərimələyə də bilərlər. Kubadan ABŞ-a yalnızca üçüncü ölkə vasitəçiliyi ilə gələ bilərsiniz. Kuba ərazisində Amerikan banklarına məxsus kartlardan və dollardan istifadə etmək də olmaz.

Kosovo — Serbiya

Serbiya Kosovo Respublikasını idarə altından çıxmış öz ərazisi hesab edir və Kosovo sərhədçiləri tərəfindən vurulmuş möhürü qəbul etmir. Əvvəllər Kosovo tərəfindən vurulmuş möhürü Serbiya sərhədçiləri ləğv edirdilər. Lakin bu yaxınlarda Serbiya Kosovodan öz ölkələrinə gəlməyi sərhədi qanunsuz olaraq keçmək kimi qəbul etməyə başladı. Nəticədə cərimə oluna və ölkədən deportasiya oluna bilərsiniz. Bunun üçün Çernoqoriya və Makedoniyadan üçüncü ölkə olaraq istifadə edə bilərsiniz.

Kipr: yunan və türk tərəfi

Kipr və onun paytaxtı iki hissəyə bölünüb: yunanların Kipr Respublikası Şimali Kipr Türk Respublikasını tanımır və şəxsiyyət vəsiqənizdə türklərin möhürü varsa sizi yunan sərhədçiləri öz ərazilərinə buraxmayacaqlar. Bu zaman istisna yalnız Şengen vizasına sahib olanlara şamil edilir. Kiprin türklər olan hissəsinə isə maneəsiz keçə bilərsiz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1021   Tarix: 16 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960