"Miss Eurovision" gözəllik müsabiqəsi artıq Azərbaycanda

"Miss Eurovision" gözəllik müsabiqəsi artıq Azərbaycandaİlk seçim turunda 40 nəfər ikinci tura vəsiqə qazanacaq.

"Eurovision" mahnı müsabiqəsi qədər önəmli olan "Miss Eurovision" gözəllik müsabiqəsinin seçim turlarına start verilib.

BiG.AZ xəbər verir ki, müsabiqənin Azərbaycanda rəsmi təmsilçisi High Life Fashion & Model Academy-dir.

Kastinq fevralın 28-i saat 15.00-da Avropa Hotelində keçiriləcək.

Münsiflər heyətinin tərkibində modelyer Mübariz Allahverdizadə, müğənnilər Zamiq Hüseynov, Nura Suri, aparıcılar Nərgiz Cəlilova, Şəhriyar Əbilov, aktrisa Hüsniyyə Mürvətova, model Oksana Rəsulova, Türkiyənin tanınmış stilisti Tural İşıqlı, High Life Fashion & Model Academy-nin baş direktoru Aqil Məmiyev olacaq.

Kastinq Azərbaycanın ən baxımlı kanalı olan ATV, final isə əlavə olaraq həm də Türkiyənin Kral TV telekanalı tərəfindən işıqlandırılacaq.

İlk seçim turunda 40 nəfər ikinci tura vəsiqə qazanacaq. Finalda isə 16 nəfər iştirak edəcək.

Final mərhələsində münsiflər heyətinin tərkibində dəyişikliklər olacaq. Belə ki, Türkiyədən 3 nəfər məşhur sima, eyni zamanda dünyaca məşhur ulduzların da dəvət olunması gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1734   Tarix: 19 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040