`Min bir gecə` MİNSKDƏ

`Min bir gecə` MİNSKDƏMinskdə dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baletinin premyerası olub.

BiG.AZ AzərTAc - a istinadən xəbər verir ki, Fevralın 14-dən 16-dək Minskdə, Belarus Dövlət musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baletinin premyerası olub.

Quruluşçu baletmeyster, Azərbaycanın Xalq Artisti Mədinə Əliyevanın yeni əsrarəngiz xoreoqrafiyası, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərlik etdiyi simfonik orkestrin parlaq ifası, quruluşçu-rəssam İnarə Aslanovanın yaratdığı, Şərq dünyasının ruhunu təcəssüm etdirən rəngarəng dekorasiya və geyimlər belarus tamaşaçıları tərəfindən böyük coşqu və heyranlıqla qarşılanıb.

Tamaşanın quruluşunda, həmçinin teatrın baş baletmeysteri, Belarus Respublikasının Xalq Artisti Vladimir İvanov, eləcə də quruluşçu-baletmeysterin assistentləri – Belarusun Əməkdar artistləri Janna Lebedeva və Olqa Serko, rəssam - Lyubov Sidelnikova, musiqi redaktoru - Azərbaycanın Əməkdar Artisti Samir Səmədov iştirak ediblər.

Tamaşada aparıcı partiyaları Belarus Dövlət Musiqili Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Sergey Qlux (Şəhriyar), İrina Voytekunas (Şəhrizad), Polina Qarunoviç (Zibeydə), İqor Qonçarik (dənizçi Sindbad), Dmitriy Lazovik (Ələddin), Mika Suzuki (şahzadə Budur), Vitaliy Borovnev (Cin), Mayk Partuş (Quldurların başçısı), Aleksandra Krasnoqlazova (Mərcanə) və Nikolay Umerenkov (Əlibaba) ifa ediblər.

Qeyd edək ki, "Min bir gecə" baletinin ifaçıları - Mayk Partuş (Fransa), Ririko İto, Mayuoko Ono və Mika Suzuki (hər üçün Yaponiya), İrina Voytekunas (Litva) müxtəlif ölkələri və qitələri təmsil etmişlər.
Üç gün ərzində keçirilən bütün tamaşalar anşlaqla keçmişdir. Baletin hər bir nömrəsi sürəkli alqışlarla müşayiət olunmuşdur. Tamaşa başa çatdıqdan sonra dinləyicilər solistlərə, dirijor Əyyub Quliyevə, xoreoqraf Mədinə Əliyevaya və rəssam İnarə Aslanovaya öz məmnunluqlarını sürəkli alqışlarla bildiriblər.

"Min bir gecə" baletinin Minskdə premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə keçirilmişdir. Tamaşanın premyerasında, həmçinin mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Belarus Mədəniyyət Nazirliyinin rəhbərliyi, Azərbaycanın Belarus Respublikasında səfiri İsfəndiyar Vahabzadə iştirak ediblər.

Xatırladaq ki, 2010-cu ildə Belarus Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının, 2013-cü ildə isə Belarus Dövlət Opera və Balet Teatrının səhnəsində Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1282   Tarix: 18 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040