Azərbaycan cütlüyü olimpiadada ilk üçlükdə
Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında qısa proqramla çıxış etdi.
Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının onuncu günündə - fevralın 16-da cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlayıb.
BiG.AZ AzərTAc-a istinadən xəbər verir ki, "Aysberq" Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər. Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar. Hesablarına 58,15 xal yazdıran idmançılarımız bu nəticə ilə indiyədək çıxış edən 13 cütlük arasında ilk üçlüyə daxildirlər.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş